Co Freyzer (ing. Joseph William Frazier) - 70-ci illərin tanınmış boksçusu. Məhəmməd Əli ilə aralarında olan rəqabət dünya boks tarixinin ən güclü çəkişməsi hesab olunur.Freyzerlə Əlinin arasında baş tutan Filippinin paytaxtı Manilada keçirilən 3-cü döyüş isə illər keçməsinə baxmayaraq hələ də bütün dünyada hər kəs tərəfindən ən böyük boks qarşılaşması olaraq qəbul edilməktədir,qarşılaşma "Manilada Triller" adı ilə boks tarixinin qızıl səhifəsinə çevrildi. Məhəmməd Əli ilə 1971-ci ildə baş tutan görüşdə ilk matçı qazanmış və həmin məğlubiyyət Məhəmməd Əlinin peşəkar karyerasındakı ilk məğlubiyyəti olmuşdur. Peşəkar boks karyerası 1965-1976-cı illər aralığında baş tutmuş Freyzer 1981-ci ildə bir döyüş üçün yenidən rinqlərə qayıtmışdır.
Cozef Uilyam Freyzer | |
---|---|
Joseph William Frazier | |
Ümumi məlumatlar | |
Ləqəbi | Smokin Co |
Çəkisi | 103 kq |
Boyu | 1.80 |
Vətəndaşlığı | ABŞ |
Doğum tarixi | |
Doğum yeri | Cənubi Karolina, ABŞ |
Vəfat tarixi | (67 yaşında) |
Vəfat yeri | Filadelfiya, Pensilvaniya |
Nəticələri | |
Döyüş | 37 |
Qələbə | 32 |
Nokautla | 27 |
Məğlubiyyət | 4 |
Heç-heçə | 1 |
Natamam | 0 |
joefrazier.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Smokin Co ləqəbi ilə tanınan Freyzer 1964-cü ildə Tokioda keçirilən Olimpiya Oyunları zamanı çıxış etdiyi ağır çəkidə bütün rəqiblərini məğlub edərək qızıl medala sahib olmuşdur. 1971-ci ilin 8 martında Manhettendə Məhəmməd Əli ilə baş tutan görüş Əsrin döyüşü adını almış və dünya tarixində ən çox izləyici marağına səbəb olmuş boks qarşılaşması olmuşdur. Freyzerin karyerası ərzində keçirdiyi 37 görüşün 32 görüşü qələbə ilə 4 görüş isə məğlubiyyətlə başa çatmışdır. Əldə edilən qələbələrin 27 si nokautla nəticələnmişdir. Co Freyzer 2011-ci ilin 7 noyabr tarixində yaşadığı Pensilvaniya ştatının Filadelfiya şəhərində vəfat edib.