UEFA Cup
UEFA Avropa Liqası, əvvəlki adı: UEFA Kuboku (ing. UEFA Cup) — UEFA-nın təşkil etdiyi klub turniri.
UEFA Çempionlar Liqasından sonrakı ən əhəmiyyətli klub turniridir.
2009-cu ilin iyun ayında köhnə adı UEFA Kuboku olan çempionat, turnirin USL standartlarına çatması üçün köklü bir sıra status dəyişikliklərinə gedilmiş, bununla da 2009-10 mövsümündən etibarən indiki adıyla təşkil başlanmışdır. Bu dəyişikliklər nəticəsində UEFA Avropa Liqası, UEFA Kubokunun davamı olaraq qəbul edilmişdir.
1955-ci ildə başladılan Şəhərlər Kuboku, UEFA Kubokunun öncəki adıdır. 1971-ci ildə Şəhərlər Kubokunun adı UEFA Kuboku olaraq dəyişdirilmişdir. 1999-ci ildə isə UEFA Kubok Qalibləri Kuboku qaldırılaraq UEFA Kuboku ilə birləşdirilmişdir. 2004-05 mövsümü əvvəli qrup mərhələlərində bəzi status dəyişiklikləri edilən kubok 2009-ci ildəki son tənzimləmə ilə indiki halını almışdır. Son dəyişikliklərdə ad və status yenilənməsinin yanında kubok UEFA Intertoto Kuboku ilə də birləşdirilmişdir.