Commons
Vikianbar və yaxud Vikixəzinə (ing. Wikimedia Commons və ya sadə şəkildə Commons) — Vikipediyanın ümumi mediafayl anbarı.
Vikianbar — şəkil, səs, videoçarx və s. multimedia faylların saxlandığı virtual qlobal layihədir. Anbar qlobal olduğundan onun dil prinsipinə əsasən bölünməsi vacib deyildir.
Vikianbarda materialları azad surətdə yaymaq, dəyişmək və istənilən məqsəd üçün (o cümlədən, kommersiya) istifadə etmək olar. Burada saxlanılan faylların ümumi sayı 2013-cü ilin iyuluna olan məlumata görə, 23 milyon ədəd, redaktələrin sayı 100 milyondan çoxdur.
Vikipediya istifadəçilərinə malik olduqları mediafaylları Vikianbara yükləmək məsləhət bilinir. Bu halda, dil bölümündən asılı olmayaraq, bütün istifadəçilər həmin faylları azad istifadə edə bilərlər.
Vikianbara yüklənən bütün fayllar hüquqi cəhətcə azad istifadəyə tam sərbəst olmalıdırlar.