Czech Airlines
CSA Czech Airlines (çex. ČSA; rəsmi adı: çex. České aerolinie, ing. Czech Airlines, «Çexiya Hava Yolları») — Çexiya Respublikasının ən iri aviaşirkəti, milli aviadaşıyıcısıdır. Qərargahı Praqa Hava limanında yerləşir. Aviaşirkət Avropa, Yaxın Şərq və Asiyanın müxtəlif regionlarına avia daşımalar həyata keçirir. Aviaşirkət həmçinin, Çarter reysləri və yük daşımaları da həyata keçirir. SkyTeam avia alyansının üzvüdür. Tez-tez uçan sərnişinlər üçün sadiqlik proqramı "OK Plus" adlanır.
== Rəhbərliyi ==
Bir səhmdar şirkət olan Czech Airlines avia şirkətinin əsas səhmdarları Travel Service Airlines şirkətidir.