Quşların cəh-cəhi havaya ucaldı.
Quşlar… cəh-cəh ilə min cürə nəğmələr oxuyub, meşəni sədaları ilə doldurmuşdular.
Qarışdı qaqqıltılar; Büllur səsli cəh-cəhə; Yüksəldi hər budaqdan; Bir nazənin qəhqəhə.
□ Cəh-cəh vurmaq – etmək, oxumaq (quşlar haqqında).
Bu quş göy çəmənin içindən naqafil cəh-cəh vurub havaya tullanır.
Quşlar, quşlar, a quşlar! Cəh-cəh vurun burada; Gah yerdə, gah yuvada.
Bir də gördülər, birdən bülbül gəlib, mənim qarşımda bitmiş ağacın budağında əyləşib başladı cəh-cəh vurmağa.
◊ Bülbül kimi cəh-cəh vurmaq (ötmək) – xoş avazla, xoş səslə, şirin-şirin oxumaq.
[Hacı:] Şərab həmişə insanın mizacını açır, … görürsən ki, şairin təbi gəlir, natiqin nitqi açılır, xanəndə bülbül kimi cəh-cəh edir.
Bülbül cəh-cəh vurub oxumazdı; Ona bülbül adı qoyulmasaydı?