Azərbaycan Təbiəti Mühafizə Cəmiyyəti 25 illiyinə həsr olunmuş bu film Azərbaycanın nadir təbiətini qorumağa çağırır. İnsanlar başa düşməlidirlər ki, məhv edilmişləri təbiət qaytara bilmir.
Cəh-cəh həsrətində | |
---|---|
Janr | sənədli film |
Rejissor | Cəmil Fərəcov |
Ssenari müəllifi | Cahangir Məlikov |
Operator | Sərdar Vəliyev |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 1983 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1983 |
Texniki məlumatlar |
2 hissə 485 metr 35 mm |
Rəng | rəngli |
Kinolentdə qarşıya qoyulmuş əsas məqsəd ictimaiyyətin diqqətini müasir dövrün ən vacib problemlərindən birinə-ətraf mühitin qorunmasına, bu işdə ictimaiyyətin əhəmiyyətli rol oynamasına cəlb etməkdir.
Film Respublika Təbiəti Mühafizə Cəmiyyətinin çoxcəhətli fəaliyyətini də işıqlandırır.
Film Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin sifarişi ilə çəkilmişdir.