CƏLƏ

is. At quyruğu qılından ilmək şəklində düzəldilən tələ; duzaq.
Hər səhər malların altını təmizləyib, su və yemlərini verdikdən sonra mən həyətimizdəki peyinlikdə cələ qurardım. M.İbrahimov.

// Məc. mənada. [Ağa:] Gözəl bir arvad da olsa, başı əziləsi bir ilandır.
Az-az kişi onun cələsindən çıxa bilər. S.Rəhimov.

◊ Cələ qurmaq məc. – birinə qarşı hiylə qurmaq, tor qurmaq, tələ qurmaq.
Cələyə salmaq – tora salmaq.
Üç nəfər mərd, sahibi-iman; Üçü bir yerdə etdilər peyman; İstəyib salsın özgəsin cələyə; Düşdülər özləri haman tələyə. Ə.Qəmküsar.

Синонимы

  • CƏLƏ cələ bax tələ
  • CƏLƏ tələ — tor — duzaq
CƏLDLİK
CƏLƏSƏ
OBASTAN VİKİ
Cələb Əhməd Paşa
Cələb Əhməd Paşa (v. noyabr 1644, Konstantinopol, Osmanlı imperiyası) — Osmanlı sultanı IV Murad və Sultan İbrahimin dönəmlərində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Əsli və saraya necə alındığı bilinmir. Əndərunda yetişmiş, daha sonra Sultan Muradın silahdarı olmuşdur. 1633-cü ilin sentyabrında Hələb bəylərbəyliyi ilə saraydan ayrılmışdır. Qısa müddətlik fasilə sayılmazsa, 1638-ci ilədək bu vəzifədə qaldı. Ardından qübbə vəziri təyin edilərək paytaxta çağırıldı və Sultan Əhmədin qızlarından Ayşə Sultanla nigahlandı. Ancaq Sultan Muradın vəfatı və Sultan İbrahimin taxta cülusunun ardından Şam bəylərbəyi təyin edilərək yenidən paytaxtdan uzaqlaşdırıldı. 1641-ci ildə vəzifədən alınsa da, ertəsi il yenidən eyni vəzifəyə təyin olundu. 1643-cü ildə yenidən qübbə vəziri olsa da, bir il sonra İstanbulda vəfat etdi.
Cələbər (Urmiya)
Cələbər — İranın Qərbi Azərbaycan ostanında kənd. == Coğrafi yerləşməsi == Urmiya şəhristanının Ətraf bölgəsinin Dulbəkş kəndistanında, Urmiya şəhərindən 53 km cənub-şərqdədir.
Cələqıran (Ərdəbil)
Cələqıran — İranın Ərdəbil ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində, Ərdəbil şəhərindən 22 km şimaldadır.
Əhməd Əfəndi Cələbi
Əhməd Əfəndi Çələbizadə (1892, Quba – 1 sentyabr 1937, Bakı) — Quba Cümə məscidinin axundu, Quba tarix-diyarşünaslıq muzeyinin yaradıcısı, yazıçı, etnoqraf, repressiya qurbanı. 1922–1924-cü illərdə Quba Cümə məscidinin axundu olub. 1924-cü ildə Qubada tarix-diyarşünaslıq muzeyinin əsasını qoyub. 1935–1937-ci illərdə Quba rayonunun adət-ənənələri haqqında "Quba – dövrün adət və qaydaları" adlı kitab yazıb. 1937-ci il sentyabrın 1-də güllələnib. == Həyatı == Əhməd Əfəndi Əbdülrəhim oğlu Çələbizadə 1892-ci ildə Quba şəhərində anadan olub. Atası Əbdülrəhim Əfəndi Quba Cümə məscidinin imamı olub. İbtidai təhsilini atasının dərs dediyi mədrəsədə alıb və burada ərəb və fars dillərini öyrənib. 1912-ci ildə Tiflisdəki Sunitski adına Cənubi Qafqaz ruhani məktəbində təhsil alıb. 1913-cü ildə təhsilini bitirdikdən sonra Qubaya gələrək Cümə məscidində məscidin imamının köməkçisi təyin olunub.

Значение слова в других словарях