DARKNESS

n 1. qaranlıq; zülmət; gecə; 2. cəhalət, avamlıq, mədəniyyətsizlik; 3. sirr, gizlilik, məxfilik

DARKEN
DARLING
OBASTAN VİKİ
Vikipediyada Star Trek Into Darkness mübahisəsi
Vikipediyada Star Trek Into Darkness mübahisəsi – 1 dekabr 2012-ci ildən 31 yanvar 2013-cü ilə qədər vikipediyanın ingilisdilli bölməsində davam etmiş müzakirə. Mübahisə 2013-cü ildə buraxılmış "Ulduz yolu qaranlığa doğru" filminin (ing. Star Trek Into Darkness) adlandırılması zamanı "into" sözünün böyük hərflə yoxsa kiçik hərflə yazılması barəsində yaranmışdır. Məqalənin müzakirə səhifəsində (redaktorların məqalə üzərində dəyişiklikləri müzakirə etməsi üçün səhifə) 40.000-dən çox söz yazılmış, sonda sözün böyük hərflə yazılması barədə konsensus əldə olunmuşdur. == Mübahisə == Rejissor Cefri Ceykob Abrams "Ulduz yolu qaranlığa doğru" (ing. Star Trek Into Darkness) filmini 2013-cü ilin aprelində buraxmağı planlaşdırmışdır. Digər "Ulduz yolu" filmlərinin adlarından fərqli olaraq, bu filmin ingiliscə adında "Star Trek" sözlərindən sonra iki nöqtədən istifadə olunmamışdı. Filmin rəsmi adında "into" sözü böyük hərflə yazılsa da, ingiliscə vikipediyanın stil kitabçası qaydasına görə beş hərfdən az olan bağlayıcılar kiçik hərflə yazılmalı idi. Məqalənin adındakı "into" sözünü böyük hərflə yoxsa kiçik hərflə yazmaq barədə mübahisə məqalənin müzakirə səhifəsində 1 dekabr 2012-ci ildən 9 yanvar 2013-cü ilə qədər, daha sonra 13 yanvardan 31 yanvar 2013-cü ilə qədər davam etmişdir. Vikipediyanın qaydalarına uyğun hərəkət etmək yaxud istisnaya yol vermək barədə olan bu müzakirə 40.000-dən çox sözü əhatə etmişdir.