DAYLIGHT

n 1. gündüz işığı; günəş işığı; in broad ~ 1) gün işığında, parlaq işıqda; 2) məc. açıq, camaat içində / qarşısında; 2. şəfəq, gün; at ~ dan yeri ağaranda / ağararkən; to work from ~ till dark səhərdən axşama kimi işləmək; 3. açıqlıq, aşkarlıq; xəbərdar / məlumatı olma; to throw ~ upon smth. bir şeyi aydınlaşdırmaq / işıqlandırmaq;

◊ as clear as ~ gün kimi aydın; to see ~ vəziyyətdən çıxış yolu görmək

DAYBREAK
DAYLIGHT-SAVING
OBASTAN VİKİ
Dead by Daylight
Dead by Daylight — Kanada oyun studiyası "Behaviour Interactive" tərəfindən hazırlanmış onlayn survival horror videooyunu. Oyunda beş oyunçu iştirak edir, dörd oyunçu sağ qalanlar rolunu, bir oyunçu isə qatil rolunu öz üzərinə götürür. Sağ qalanlar generatorları təmir edərək qatil tərəfindən yaxalanmadan çıxış qapılarından qaçmaq üçün birlikdə işləyirlər. Qatil onları tutub başqa bir aləmin varlığına qurban verməyə çalışır. Oyun ilk dəfə 2016-cı ildə Windows üçün buraxılmışdır. Bundan bir il sonra 2017-ci ildə PlayStation 4 və Xbox One üçün yayımlanıb. Oyun Nintendo Switch üçün 2019-cu ildə, Android, iOS, PlayStation 5, Stadia və Xbox Series X/S üçün isə 2020-ci ildə buraxılmışdır. Oyunun Steam Deck üçün versiyası 2023-cü ildə işıq üzü görüb. Oyun bu günə kimi 50 milyondan çox oyunçu yığmağı bacarmışdır. Hazırda Blumhouse Productions və Atomic Monster tərəfindən "Dead by Daylight" əsasında filmin çəkilməsi planlaşdırılır.