demantoid

demantoid (miner.)
demaqoqluq
demarkasiya
OBASTAN VİKİ
Comərd demantoid təzahürü
== Yerləşməsi == Comərd kəndinin 2,5 km. şimal-qərbində yerləşir. == Ümumi məlumat == Sahənin şimal-şərq hissəsində qalınlığı 4-4,5 m. olan bazalt qatı aşkar edilib. Bu qat xırda qırıntılı konqlomerata keçən xırda qırıntılı qravelitlə təmsil olunur. Qırılma pozulmaları boyu sərt düşən çatlıq sistemləri aşkar edilib. Burada nazik xrizotil-asbest damarcıqları nəzərə çarpır. Damarcıqların eni 1,5 m, uzunluğu 1,5-2 m.-dir. Onların qalınlığı 0,5 sm.-dən 3 sm. arasında dəyişir.
Kazımbinə demantoid təzahürü
== Yerləşməsi == Comərd təzahüründən 3,5 km. şimal-qərbdə yerləşir. == Ümumi məlumat == Sahəsinin mərkəzi hissəsində xromit daşıyan serpentinitləşmiş hiperbazitlər çıxır. Çatlarda və onların serpentinitlərlə təmaslarında izometrik formada demantoid dənələri müşahidə edilir. Həmin dənələrin ölçüləri lap nazikdən 1,5 mm. arasında dəyişir. Çat zonalarında kiçik boşluqlarda serpentinləşmiş dunitlərlə, nadir hallarda isə nazik çat təmaslarında xırda dənə və örtük halında demantoidlər qeyd edilib.