dietilsulfit 2021
difenilamin
OBASTAN VİKİ
Difenilxlorarsin
Difenilxlorarsin (Norin, Motron, İntar, Klark I, DA) — arsenin üzvi birləşməsi və sternitlər qrupun qıcıqlandırıcı maddəsi. Mixaelis və La Kosta tərəfindən 1878 ildə kəşf edilmişdir. == Xassələri == Difenilxloroarsin, kimyəvi cəhətdən difenilkianarsin ilə müqayisədə daha davamlıdır. xüsusən də qızdırıldıqda. 230 °C-də difenilxlorarsin saralır və dağılmağa başlayır. == İstifadəsi == İlk dədə 1917-ci ildə Birinci Dünya Müharibəsində kimyəvi silah kimi istifadə olunmuşdur. 0.1 mkq / l konsentrasiyasında, difenilxloroarsinin təsiri hiss olunmağa başlayır və insan üçün 1 μg / l -dən yuxarı konsentrasiyası artıq dözülməzdir. Bununla birlikdə, aerozol hissəcikləri dəriyə düşərsə,dəridə də qıcıqlandırıcı təsiri hiss edilə bilər. 0,05 mq / sm 2 olduqda, difenilxloroarsin qızartı yaradır və daha yüksək sıxlığı olan lezyonlarla eritema, şişlər və hətta blisterlər meydana gələ bilər. == Tətbiqi == Difenilxlorarsin, Qrinyar reaksiyasına görə digər difenil arsen birləşmələrinin istehsalı üçün faydalı bir reagentdi: Ph 2 AsCl + RMgBr → Ph 2 AsR + MgBrCl {\displaystyle {\ce {{Ph_{2}AsCl}+{RMgBr}\to {Ph_{2}AsR}+{MgBrCl}}}} R — alkil və ya aril radikalıdı.