DİNÇ

sağlam, möhkəm, gümrah, canıbərk, qıvraq
canıbərk, gümrah, qıvraq, möhkəm, sağlam
DİN
DİNDAR
OBASTAN VİKİ
Faruk Dinç
Faruk Dinç (1985, Diyarbəkir ili) — əczaçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Faruk Dinç 1985-ci ildə Diyarbəkir ilinin Dicle ilçəsində anadan olub. İbtidai və orta təhsilini Diyarbəkir ilində alıb. Malatya İnönü Universiteti Əczaçılıq Bölməsindən məzun olub. Tələbə illərində İhya Təhsil-Mədəniyyət Dayanışma Dərnəyinin (İHYA-DER) üzvü olub. Dərnəyin “Başsağlığı və Dəfn Komissiyası”nda çalışıb. 2009-cu ildə İHYA-DER üzvü olduğu səbəbilə həbs edilib və 2 ay yarım həbsxanada saxlanılıb. Azadlığa çıxandan sonra universiteti bitirib və 2010-cu ildə bəraət alıb. Siyasi fəaliyyəti ərzində Hürr Dava Partiyasında gənclər qanadının sədri, Diyarbəkir il şöbəsinin sədri, İdarə Heyətinin üzvü və sədr müavini vəzifələrində çalışıb. 2023-cü il mayın 14-də Hürr Dava Partiyasının namizədi olaraq Ədalət və İnkişaf Partiyası siyahısından Mərsin ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib.
Səmra Dinçər
Səmra Dinçər (1966, Ankara) — iqtisadçı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Səmra Dinçər 1966-cı ildə Ankara şəhərində anadan olub. Qazi Universiteti İqtisadi bölməsindən məzun olub. İnşaat və turizm sahəsində fəaliyyət göstərən müəssisələrdə maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında qoşulub. 2018 və 2020-ci illərdə CHP Məclisinin üzvü seçilib. noyabr 2023-cü ildə CHP İdarə Heyətinin təbiət haqlarından məsul sədr müavini seçilib. 2023-cü ildə Ankaradan Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. İngiliscə bilir. Evli və 1 uşaq anasıdır.