DOG

dog1

n 1. it, köpək; to take the ~ for a walk iti gəzintiyə çıxarmaq; 2. erkək (qurd, ayı, tülkü, çaqqal); 3. yaramaz, alçaq, əclaf, namərd; 4. aşağı keyfiyyətli şey; zibil; Her last film was an absolute dog Onun son filmi lap zibil idi;

◊ hot ~ amer. isti sosiskadan hazırlanmış buterbrod; a ~’s life it günü, it həyatı; to lead a ~’s life it kimi yaşamaq / həyat sürmək; to die a ~’s death it kimi gəbərmək; Every dog has his day at. söz. ≅ Hər aşiqin bir dövranı olur; Love me, love my dog at. söz. Məni sevirsən, itimi də sev; A barking dog doesn’t bite Hürən it dişləməz / tutmaz

dog2

v (-gg-) 1. bir kəsi aramsız olaraq izləmək, bir kəsin arxasınca düşmək; to ~ smb. / smb.’s footsteps bir kəsi izləmək / təqib etmək; 2. əl çəkməmək; sakitlik verməmək, sakit buraxmamaq; He is dogged by misfortune Bədbəxtlik onu izləyir

DOFF
DOG-COLLAR
OBASTAN VİKİ
Atomic Dog
Atomic Dog — Corc Klintonun 1982-ci ildə çıxardığı Computer Games albomunda yer alan sinql.
Hot dog
Hot-doq (ing. Hot dog) — Almaniya-da yaranan və çörək içərisində sosislərdan ibarət sendviç bənzəri qida növü. == Tarixçə == Hot-doq Amerika mətbəxinin klassik yemək növlərindən biridir. Bu yemək 1860-cı ildən başlayaraq, demək olar ki, ABŞ-nin simvoluna çevrilmişdir. Belə ki, həmin ildən alman immiqrantları bu yeməyi özlərilə ABŞ-ya gətirmişlər və elə həmin ildən də (yəni, 1860-cı ildən) hot-doq ABŞ-nın yerli əhalisi tərəfindən çox bəyənilmişdir. Sonralar, yəni 1893-cü ildə Çikaqoda keçirilən Beynəlxalq Sərginin iştirakçılarının hər birinə həmin yeməkdən verilmişdir. Bu yemək sərgidə iştirak edənlər tərəfindən kifayət qədər bəyənilmişdir. 1900-cü ildə Almaniyadan ABŞ-yə gəlmiş qəssab Çarlz Feltman burada hot-doqun kütləvi istehsalına başlamışdır. 1910-cu ildə Ç. Feltman dünyasını dəyişidi. Ondan sonra qalan restoran və otellerin ümumi dəyəri milyonlarla ölçülürdü.
Kane & Lynch 2: Dog Days
Kane & Lynch 2: Dog Days (azərb. Keyn və Linç: İt günləri‎) — IO Interactive tərəfindən yaradılan, Eidos Interactive və Square Enix (distribyutor olaraq) tərəfindən isə nəşr edilən üçüncü-şəxs atıcı janrında olan video-oyundur. 2007-ci ildə çıxan Kane & Lynch: Dead Men oyununun davamıdır. Oyun PlayStation 3, Xbox 360 və Microsoft Windows platformalarında buraxılıb. Baş qəhrəmanlar cinayətkarlar - Keyn və Linçdir. Hadisələr Şanxay şəhərində cərəyan edir. == Maraqlı faktlar == Birinci mərhələdə küçədə, kiçik kompüter video-oyun mağazası var. Orada Mini Ninjas və Hitman seriyasından olan oyunlarında üzlüklərini görmək olar. Hər iki oyun IO Interecative tərəfindən yaradılıb. Oyundakı nəzər həvəskar kamera çəkilişi stilində yaradılıb.
On the Internet, nobody knows you're a dog
İnternetdə heç kim sizin it olduğunuzu bilmir (ing. On the Internet, nobody knows you're a dog) — Piter Ştaynerin 5 iyul 1993-cü ildə "The New Yorker"da dərc olunan karikaturasının başlığı, internet anonimliyi haqqında məsəl və internet memi. Bu sözlər iş masasının arxasındakı stulda oturan, pəncəsini qarşısındakı kompüterin klaviaturasına qoymuş, yanındakı yerdə oturan daha kiçik itlə danışan böyük bir itin sözləridir. Ştayner 2013-cü ilə qədər onun təkrar nəşrindən 200,000 ilə 250,000 ABŞ dolları arasında gəlir əldə etmişdi və bu, "The New Yorker"dən ən çox reproduksiya edilən karikaturaya çevrilmişdi. Orijinal karikatura auksionda satımış və komiks üçün ödənilən ən yüksək qiymətə görə rekord qırmışdır. == Tarixi == Karikaturaçı rəssam və 1979-cu ildən "The New Yorker" jurnalının müəllifi olan Piter Ştayner 1993-cü ildə onlayn hesaba sahib olmasına baxmayaraq, o zaman internetə xüsusi maraq hiss etmədiyini söyləmişdi. O, karikaturanı yalnız "başlıq uydurmaq" elementi ilə çəkmiş, ona heç bir "dərin" məna əlavə etmədiyini xatırlatmışdır. Ştayner daha sonra onun karikaturası özünəməxsus bir həyat alan zaman özünü "smaylik" yaratmış kimi hiss etdiyini və "onun necə bu qədər məşhur və tanınmış hala gəldiyini başa düşə bilmədiyini" qeyd etmişdir. 6 oktyabr 2023-cü ildə orijinal sənət əsəri "Heritage Auctions" illüstrasiya sənəti satışında 175.000 ABŞ dollarına satılmışdır. == Konteksti == Bir vaxtlar dövlət mühəndislərinin və akademiklərinin eksklüziv sahəsi olan internet o vaxtdan "The New Yorker" kimi ümumi maraq doğuran jurnalların müzakirə mövzusuna çevrilmişdi.
Bungo Stray Dogs
Bungo Stray Dogs (文豪ストレイドッグス, Bungō Sutorei Doggusu, azərb. Ədəbi küçə itləri‎) — 2012-cu ildən Sanko Harukavanın rəssamlıği ilə Kafka Asaqiri tərəfindən yazılan manqa seriyası. Manqa seriyası Liman mafiyası və Gildiya kimi cinayətkar qruplaşmalarla mübarizə aparan, fövqəltəbii güclərə malik olan Silahlı Detektiv Agentliyindən bəhs edir. Manqa seriyası 4 dekabr 2012-ci ildən Kadokawa Shoten nəşriyyatı tərəfindən nəşr olunur və indiyə qədər 24 cildi buraxılmışdır. 2014-cü ildən isə ranobe adaptasiyası nəşr olunur. Manqa seriyası Yen Press tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır. Bones studiyası tərəfindən istehsal olunmuş eyniadlı anime serialı adaptasiyası Yaponiyada 2016-ci ilin aprelindən dekabrına kimi yayımlanmış və 24 seriya davam etmişdir. Üçüncü mövsümü anons edilmişdir. "Bungo Stray Dogs: Dead Apple" adlı anime filmi 3 mart 2018-ci ildə Yaponiyada ekranlaşdırılmışdır. == Məzmun == Hadisələr Yaponiyanın Yokohama şəhərində xüsusi güclərə malik olan şəxslər ətrafında cərəyan edir.
Doga Kobo
Doga Kobo (株式会社動画工房, Kabushiki-gaisha Dōga Kōbō) — Tokio şəhərinin Nerima xüsusi rayonunda yerləşən Yaponiya animasiya studiyası. 11 iyul 1973-cü ildə Toei Animation studiyasının keçmiş əməkdaşı Hideo Furusava tərəfindən qurulmuşdur. Studiya illərlə bir çox animelərin istehsalında iştirak etmişdir.
Doge (mem)
Doge — Internet memidir. 2013-ci ildə məşhurlaşmışdır. Mem tipik olaraq ön planda Comic Sans şriftində çox rəngli mətn ilə müşayiət olunan bir Shiba Inu köpəyinin şəklindən ibarətdir. Bir növ daxili monoloqu təmsil edən mətn qəsdən qırıq ingilis dilində yazılmışdır. Mem 2010-cu ildə yaranmışdır və 2013-cü ildə populyar olmuşdur.
Dogecoin
Dogecoin (rəmzi Ɖ vəya D qısaltılmış:: DOGE ) bir kriptovalyutadır. [1] Billy Markus və Jackson Palmer tərəfindən yaradılmıştır. Dogecoin-in logosunda və adında olan Doge olaraq bilinən Shiba Inu cinsindən bir itdir. 2 Fevral 2021 tarihindən sonra r/dogecoin subredditi 781.000 üzvə çatmışdır. Zarafat olaraq düzəldilən coin 0.57$ -ə qədər çıxaraq cəmiyyəti təəccübləndirdi.[2] Dogecoin, həm fiat valyutası, həm də nüfuzlu kriptovenlilik birjaları və pərakəndə investisiya platformalarında həm Fiat valyutası, həm də digər kriptokurlar ilə satılan böyük bir istifadəçi bazası olan bir altkoindir. Fiziki, maddi ticarəti Doge müqabilində onlayn icmalarda, reddit və twitter kimi, bu cür dairələrdə istifadəçilərin tez-tez kriptokurrensiya məlumatlarına bölündüyü kimi onlayn icmalarda meydana gəlir. Dogecoin də əmlak satmağa çalışırdı və pornoqrafiya sənayesində istifadə olunur və qumar oyunu. === İnternetdə göstərişlər === Kriptokurorların əsas kommersiya tətbiqlərindən biri sosial şəbəkələrin istifadəçilərinin digər istifadəçilərə maraqlı və ya diqqətəlayiq məzmun təmin etmək üçün məsləhətlər verdiyi internet sistemləri idi. === Dogetipbot === DogetipBot, reddit və bükülmə kimi populyar saytlarda istifadə olunan bir kriptokurrensiya əməliyyatları xidməti idi. Bu istifadəçilərə reddit şərhlər vasitəsilə əmrlərdən istifadə edərək digər istifadəçilərə dogecoins göndərməyə imkan verdi.
Dogünbədan
Dogünbədan — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Gəçsaran şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 81,902 nəfər və 18,264 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti lurlar və qaşqaylardən ibarətdir, lur və qaşqay türkcesi dilləridir və şiə müsəlmandırlar.
Nate Dogg
Nataniyel Daveyn Heyl (Nate Dogg kimi tanınır, 19 avqust 1969 – 15 mart 2011, Lonq-Biç, Kaliforniya) — G-Funk müğənnisi və şou-biznes xadimi. == Həyatı == Nate Dogg, solo layihələri ilə deyil, ən böyük uğurunu digər reperlərlə ilə əməkdaşlıq etməklə qazanıb. == Diskoqrafiya == 1998: "G-Funk Classics, Vol.
Sleeping Dogs
Sleeping dogs oyunu 14 avqust 2012-ci ildə United Front Games firması tərəfindən hazırlanmış və Square Enix şirkəti tərəfindən satışa çıxarılmışdır. Oyun açıq-dünya aksion-macəra janrındadır. Oyunda əsas döyüşə üstünlük verilir. Sleeping dogs oyunu True Crime seriyalarının davamıdır. Bu oyunun əvvəlki adı True Crime:Hong Kong olmuşdur. Activision şirkətində oyunun tam başa gəlməsi üçün lazım olan büdcə olmadığından 2011-ci ildə oyunun hazırlanması işi dayandırılmışdır. 6 ay sonra bu oyunu Square Enix firması aldı və adını Sleeping dogs olaraq dəyişdi. Bir müddət oyun üzərində işləyərək 14 avqust 2012-ci ildə satışa çıxardı. Microsoft Windows platforması üçün olan versiya Windows XP əməliyyat sistemini dəstəkləmir. Sleeping Dogs açıq dünya mühitində qurulmuş və üçüncü şəxs nöqteyi-nəzərindən oynanılan fəaliyyət-macəra oyunudur.
Snoop Dogg
Snoop Dogg (ing. Calvin Cordozar Broadus Jr.; 20 oktyabr 1971[…], Lonq-Biç, Kaliforniya) — amerikalı repçi, aktyor. 1992-ci ildə Dr. Dre ilə çoxsaylı əsərlərə imza ataraq məşhurlaşıb. Snoop Dogg ABŞ-də 23 milyondan çox, dünya üzrə isə 35 milyondan çox albom satmağa müvəffəq olmuşdur. O, "Amerika Musiqi" mükafatı və "Praymtaym Emmi" mükafatı laureatıdır, 17 dəfə "Qremmi" mükafatına namizəd olmuşdur. "Doggystyle" Snoop Dogg-un 1993-cü ildə buraxdığı ilk solo albomu olmuşdur. Albomun prodüserliyini əfsanəvi Dr. Dre etmişdir. Death Row Records tərəfindən buraxılan bu albom Snoop Dogg-a böyük uğur qazandırmışdır.
Watch Dogs
Watch dogs - Ubisoft Montreal tərəfindən hazırlanan, Ubisoft tərəfindən satışa çıxarılan açıq-dünya aksion-macəra oyunudur. Bu oyun 27 may 2014-cü il tarixində satışa çıxarılmışdır. Oyundakı hadisələr Amerikanın Çikaqo şəhərində cərəyan edir. Baş qəhrəman Aiden Pearce yüksək ixtisaslı hackerdir. O şəhərin operativ sistemi ilə əlaqədar olan və onları kontrolda saxlamaq üçün lazım olan hər bir cihaza çıxış əldə edə bilir. Bu oyunun şüarı belədir: "Hər şey qarşılıqlı təsir ilə biri o birinə bağlıdır, əlaqə - bu gücdür". Watch dogs-da olacaq bütün hadisələr açıq dünyada olacaq. Həmçinin, Gameplay özündə gizli elementləri - mobil əlaqəni, işıqforları, idarə etməni, müşahidəni cəmləşdirir. Bu oyun təkcə tək oyunçulu deyil, həm də korporativ çox oyunçulu rejimdə də mövcuddur.
For All the Dogs
For All the Dogs — kanadalı repçi-müğənni Dreykin səkkizinci studiya albomu. 6 oktyabr 2023-cü ildə OVO Sound və Republic Records tərəfindən buraxılıb. == Trek siyahısı == 01. Virginia Beach 02. Amen (featuring Teezo Touchdown) 03. Calling for You (featuring 21 Savage) 04. Fear of Heights 05. Daylight 06. First Person Shooter (featuring J. Cole) 07. IDGAF (featuring Yeat) 08.