1962 FİFA Dünya Kuboku
VII Dünya Çempionatı
== Çili – 1962 ==
== Final Mərhələsi ==
30 may – 17 iyun
Çilidəki dünya çempionatı ikili təəssürat yaratdı. Bir tərəfdən Pele, Qarrinça, Puşkaş, Albert, Skobar, Masopust, Bobbi Çarlton, Rivera kimi istedadların oynaması mundiala rəng qatdı. Digər tərəfdən, kobudluq, dava-dalaş çox oldu. Turnirin gedişində ağır zədə alan oyunçuların sayı 20-dən çox oldu. Onlardan 12-i evə "əlavə ayağ2ın kpməyi ilə qayıtmalı oldu. Hətta FİFA mundial zamanı meydandakı vandalizmlə bağlı iclas da keçirdi.
DÇ Dittbornun həyatı bahasına başa gəldi
DÇ təşkilatçılığının Çiliyə həvalə olunması çoxları üçün sirr olaraq qaldı. Bu ölkənin yığması futbolda ciddi nailiyyətlər qazamamışdı. , iqtisadiyyatı da durğunluqda idi. Hətta Pinoçetin gəlişinə 11 il qalmış Çilidə siyasi vəziyyət stabil deyildi.