Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dilvar
Delvar— İranın Buşehr ostanının Təngistan şəhristanının Dilvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,201 nəfər və 723 ailədən ibarət idi.
Dizdar
Dizdar (fars. qala keşikçisi‎) — Osmanlı imperiyası dövründə qalaların idarə olunmasından məsul olan komandirlərə verilən addır. Qalanın xarici təhlükələrdən mühafizə və müdafiə edilməsi, eyni zamanda da qalanın daxilində nizam-intizamın yaradılması dizdarın vəzifəsi idi. Bəylərbəyinin, sancaqbəyinin və qazıların dizdarları işdən çıxarmaq səlahiyyətləri var idi. 1826-cı ildən bu vəzifə qala komandanlığı ilə əvəz olunmuşdur.
Dilədar (Urmiya)
Dilədar (fars. ‎دلادر‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 561 nəfər yaşayır (91 ailə).
Zeynep Dizdar
Zeynep Dizdar (14 iyul 1976, İstanbul), Türk pop musiqiçisi, söz yazarı.
Ece Dizdar
Ece Dizdar(13 may 1979 və ya 23 noyabr 1981, İstanbul) — O, Türk aktrisa və tərcüməçidir. == Həyatı == 23 noyabr 1981-ci ildə İstanbulda anadan olub. Atasının sualtı qayıqlarda işləməsi səbəbindən uşaqlıq illərində Türkiyənin bir çox şəhərlərində və Pakistan, Belçika, İngiltərə kimi ölkələrdə yaşayıb. O, ümumiyyətlə getdiyi yerlərdə DoDDS Amerika məktəblərində oxuyub. O, 12 yaşında Belçikada məktəb klubu musiqilərində oynayaraq aktyorluğa başlayıb. Orta məktəb illərində musiqili aktyorluq, səs və rəqs ixtisasları üzrə təhsil alıb, uşaq konservatoriyasının tərkibində 2 il səhnəyə çıxıb. Marmara Universitetinin Ünsiyyət fakültəsini bitirdikdən sonra Londona köçən aktrisa ARTSED aktyorluq akademiyasında təqaüdlə aktyorluq təhsilini tamamlayıb və peşəkar aktyorluq karyerasına qədəm qoyub. O, 2002-ci ildə "En Son Babalar Duyar" serialında adını açıqlayıb. İstanbulda "Esir Şehrin İnsanları", "Karakol", "Al Yazmalım", "Şubat", "Güneşi Beklerken" kimi bir çox televiziya layihələrində iştirak edib. Daha sonra rejissorluğu və ssenarisini Onur Ünlü olan "Beş Kardeş" serialında "Taverna şarkıcısı Şevval" obrazını canlandırıb.
Merve Dizdar
Merve Dizdar (25 iyun 1986, İzmir) — türk aktrisası. Kann və Qızıl Portağal kinofestivallarının "Ən yaxşı aktrisa" mükafatları da daxil olmaqla müxtəlif mükafatlara sahibdir. == Həyatı == === Karyerası === Merve Dizdar 25 iyun 1986-cı ildə İzmirdə anadan olub. Çanaqqala 18 Mart Universitetinin Aktyorluq fakültəsini bitirib. Kadir Has Universitetində yüksək səviyyəli aktyorluq proqramı üzrə magistr təhsilini tamamlayıb. Teatr karyerasına Semaver Kumpanya ilə başlayıb və "Craft Theatr"-da davam etdirir. İlk tammetrajlı filmi olan "Bir Ses Böler Geceyi" filmində Cem Davranla birlikdə oynayıb. "Kavak Yelleri", "Geniş Aile", "Bir Yastıkta", "Doksanlar" və "Çılgın Dersane Üniversitede", "Masumlar Apartmanı" kimi seriallarda çəkilib. === Şəxsi həyatı === 2018-ci ildə ailə quran aktrisa 2021-ci ildə həyat yoldaşı Gürhan Altundaşardan boşanıb.
Mahmut Dindar
Mahmut Dindar (1964, Daldərə[d], Van ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. == Həyatı == Mahmut Dindar 1964-cü ildə Van ilinin Gevaş ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Vanda alıb. 1989-2015-ci illərdə Erciş Qənd Zavodunda çalışıb. Hazırda təqaüdçüdür. Təqaüdə çıxdıqdan sonra “Sivilizasiyalar Beşiği”ndə Qohumlarını İtirmiş Ailələrin Həmrəyliyi, Birliyi, Yardımı və Mədəniyyət Dərnəyində (MEBYA-DER) çalışıb. 2021-ci ildə dərnəyə qarşı aparılan istintaq çərçivəsində həbs edilib və 1 il həbsxanada saxlanılıb. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Van ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM İctimai Təsərrüfat Müəssisələri Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə bilir.
İldar Akmayev
İldar Akmayev (həmçinin İqor Qennadeviç; 3 avqust 1930, Moskva – 20 mart 2018) — sovet və rus endokrenoloqu Rusiya Tibb Elmləri Akademiyasının akademiki, 2013-cü ildən Rusiya Elmlər Akademiyasının akademiki. Tibb Elmləri Bölməsi RAS. Rusiya Federasiyasının əməkdar elm xadimi (2001). == Haqqında == Akmayev 1930-cu il 3 avqust tarixində Moskva şəhərində anadan olub. Anası Akmayeva Məryəm Belayevna (1908-1992) , atası Qəni Atmayevdir (1897—1964). Həyat yoldaşı Əkrəmova Dilarə (1938-ci il) tibb elmləri namizədi, Rusiya Dövlət Tibb Universitetinin tibb-biologiya fakültəsinin morfologiya kafedrasının dosenti olmuşdur. Oğlu Akmayev Rüstəm (1977-ci il) mama-ginekoloqdur. Viktoriya adlı nəvəsi vardır. (2001-ci il) Akmayev İ.V.Stalin adına 2-ci Moskva Tibb İnstitutunun tibb fakültəsini fərqlənmə diplomu ilə bitirmiş (1955), sonra histologiya kafedrasında aspiranturada təhsil almış, 1959-cu ildə namizədlik dissertasiyası müdafiə etmişdir. SSRİ Tibb Elmləri Akademiyasının İnsan Morfologiyası İnstitutunun laboratoriyasında işləyib, SSRİ Tibb Elmləri Akademiyasının Eksperimental Endokrinologiya və Hormonlar Kimyası İnstitutunda laboratoriya müdiri vəzifəsinə təyin olunub. 1975-ci ildə biologiya elmləri doktorluğu dissertasiyasını müdafiə etmişdir.
İldar Xalikov
İldar Xalikov (tatar. Илдар Шәфкать улы Халиков; 21 noyabr 1967, Aqrız, Tatarıstan MSSR, RSFSR, SSRİ) — Rusiya Federasiyası Tatarıstan Respublikası Baş naziri (2010-2017). "Tatenerqo"nun baş direktoru (4 aprel 2017-ci ildən).
Dilar Xabuliani
Dilar Xabuliani (24 noyabr 1952) — Avropa çempionu (1977), Gürcüstanın Daxili İşlər naziri (1990-1992), Gürcüstanın Cüdo Federasiyasının prezidenti (1991-2010), Gürcüstan Parlamentinin üzvü (1990-1993).
Daydar
Daydar-i Ülya (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Daydar-e Sofla (İcrud) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd.
Delvar
Delvar— İranın Buşehr ostanının Təngistan şəhristanının Dilvar bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,201 nəfər və 723 ailədən ibarət idi.
Dikdaş
Dikdaş (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Dikdaş dağı — Culfa rayonu ərazisində dağ Dikdaş — Gədəbəy və Ağdərə r-nları sərhədində dağ. Dikdaş — Kəlbəcər rayonu ərazisində dağ; Dikdaş — Tovuz rayonunun c.-unda, Böyük QıĢlaq kəndindən q.-də dağ.
Dilbər
Dilbər — qadın adı. Dilbər Axundzadə — şairə və Mikayıl Müşfiqin həyat yoldaşı. Dilbər Zeynalova — ədəbiyyatşünas, dosent, fəlsəfə doktoru. Dilbər Əjdərova — kimya elmləri doktoru.
Dillər
Dil — ancaq insanlara aid olan, özündə məzmun və eyni tip səslənmə (yazılış) qaydaları daşıyan şərti sistem. O, yalnız ünsiyyət vasitəsi deyil, dünya haqqında təsəvvür yaradan təbii intellektual sistemdir. Hər bir dil ayrılıqda dünya haqqında bilik, dünyanı görmək və anlamaq üçün vasitədir. Dilləri linqvistika öyrənir. Dildə şərti işarələr semiotikanın predmetidir. Dilin insan təfəkkürünə və fəaliyyətinə təsirini psixolinqvistika tədqiq edir. == Tipologiya == linqvistikanın predmeti olan insan dilləri : təbii insan dilləri, süni insan dilləri, məsələn, (esperanto), karlar üçün jest dili, formal dillər kompüter dili,məsələn Alqol, Heyvanların ünsiyyət dili. == Dillər haqqında ümumi məlumat == Hazırda Yer üzündə 7000-ə yaxın dil mövcuddur. Dünyanın yeddi dili dünya dilləri hesab olunur: ingilis dili, ispan dili, ərəb dili, rus dili, fransız dili, alman dili, portuqal dili Alimlərin fikrinə görə, son 100 il ərzində 3000-dən 6000-ə qədər dili ölüm təhlükəsi gözləyir. Dilin saxlanması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır.
Dilman
Dilman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dilman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Kənd Türkmənçay sulh müqaviləsindən (1828-ci ildən) sonra Cənubi Azərbaycan-nm Dilman mahalından köçüb gəlmiş 200 ailənin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Ağsunun İsmayıllı ilə qonşuluqda yerləşən və Böyük Qafqazın cənub yamaclarına səpələnən 16 yüksək dağ kəndlərindən biridir. Buralardan etibarən yaşıllıq çoxalır və yüksəklik artır. Bu kəndləri əhatə edən meşələr piknik cənnəti hesab edilir. Meşənin dərinliklərində bir neçə şəlalə mövcuddur. Onlardan ən yaxını olan Dilman şəlaləsinə 1.5 – 2 saatda getmək olur. Maşın yolu yoxdur.
Diodor
Siciliyalı Diodor (yun. Διόδωρος Σικελιώτης, lat. Diodorus Siculus, təxm. e.ə. 90-e.ə. 30-cu illər) — qədim Roma tarixçisi və mifoqraf. Siciliyanın Aqirion şəhərində anadan olmuşdur. Gənc yaşlarında Romaya köçən Diodor 40 kitabdan ibarət "Tarixi kitabxana" əsərini də burada yazmışdır. Diodorun əsərinin ilk cildləri Misir, Mesopotomiya, Midiya, İran və Hindistan tarixinə həsr olunmuşdur. Bu cildlərdə hadisələr ümumi xarakter daşısa da, onlarda başqa müəlliflərin əsərlərində olmayan maraqlı faktlara da past gəlmək olar.
Dollar
Dollar (ing. Dollar) — bir sıra ölkələrin milli pul vahidinin adı. "Dollar" sözü Orta əsrlərdə bəzi Avropa ölkələrində metal pulları ifadə edən "taler" (alm. Taler‎) sözündən götürülmüşdür. Şifahi və yazılı danışıqda dollar deyərkən ABŞ dolları nəzərdə tutulur.. 1 dollar 100 sentə bərabərdir.
Dondar
Dondarlı — Azərbaycan Respublikasının Tovuz rayonunun Sarıtala kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim qədim türkdilli dondar tayfasının adı ilə bağlıdır. Qədim yunan müəlliflərinin məlumatına əsasən, dondarlar Şimali Qafqaz çöllərində, Azov dənizi sahillərində yaşamışlar. Sonrakı mənbələrdə dondarların Kuban çöllərində məskən salmaları haqqında məlumat verilir. Tədqiqatçıların ehtimalına görə, dondarlar hunların tərkibində Albaniyaya gələrək orada məskunlaşmışlar. "Kitabi-Dədə Qorqud" dastanlarında personajlardan birinin adı Dəli Dondardır. Qazax rayonunda Dondardağı, Qubadlı rayonunda Dondardərə oronimləri də bu etnonimlə bağlıdır. Türkmənistan, Özbəkistan, Qazaxıstan, Türkiyə toponimiyasında da bu etonimlə bağlı coğrafi adlara təsadüf olunur. Udmurt MR-in Qlazov rayonunda X–XII əsrlərə aid edilən şəhər xarabalığı da Dondikar adlanır. Dondarlı kəndinin tarixi cox qədimdir.
Kilvar
Kilvar — Azərbaycan Respublikasının Şabran rayonunun Zeyvə kənd inzibati ərazi dairəsinə aid kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Kilvar kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Zeyvə kəndi olmaqla, Zeyvə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir. == İqtisadiyyatı == 2013-cü ilin may ayında Kilvar kəndində yeni qaz xəttinin açılışı olmuşdur.
Pindar
Pindar (q.yun. Πίνδαρος; e.ə. 517 – e.ə. 437, ehtimal ki, ) — qədim yunan şairi. Ədəbi irsindən epinikiyalardan (ümumyunan idman yarışlarının qaliblərini mədh edən odalar) ibarət 4 kitab qalmışdır. Yarışda qalib çıxan gənclərin şücaətini və fiziki gözəlliklərini tərənnüm edən Pindar bu keyfiyyətlərin fitri istedad və zəhmətlə vəhdətdə qazanıldığını göstərirdi. Odaları üslub gözəlliyi, bədii təsvir vasitələrinin zənginliyi ilə seçilir. == İstinadlar == == Əlavə ədəbiyyat == Bowra C M. Pindar. Oxford: Clarendon Press, 1964 (и мн. репринты).
Vilvar
Vilvar (az-əbcəd. ویلوار‎, fars. ولوار‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Gilvan bəxşinin Gilvan qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 35 nəfər yaşayır (16 ailə).
Çildağ
"Çildağ" kimi də tanınan "Pir Həsən" ziyarətgahı XVI əsrə aid tikilidir. Ziyarətgahın həyətində yeddinci imam Musa əl-Kazımın qızı Həzrəti Xədicənin qəbri üzərində tikilən türbə, həmçinin XVII əsrdə yaşamış və çildağla (közlə müalicə) məşğul olmuş Pir Həsənin də türbəsi var. Həmçinin Azərbaycanın xeyriyyəçi milyonçusu Hacı Zeynalabdin Tağıyevin büstü də burada yerləşir. Büstün sağ tərəfində kiçik dəmir hasarlarla əhatəyə alınan türbə tikilib. Türbənin mərkəzində Axund Hacı Mirzə Əbdülturab Axundzadənin qəbri, onun ətrafında isə Hacı Zeynalabdin Tağıyev, onun qızı Sara xanımın və repressiya qurbanı olmuş Səlimxanov Zeynal bəy Ağabəy oğlunun qəbirləri var. Əzizbəyov rayon Mərdəkan qəsəbəsi "Pir Həsən" ziyarətgahı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini icma kimi dövlət qeydiyyatına alınıb. Bakı ətrafında yerləşən insanların müqəddəs bilib ziyarət etdiyi yerlərdən biri də Pir Həsən piridir. Bu ziyarətgah Mərdəkan qəsəbəsində yerləşən "Çildağ" da adlandırılır. Ona görə ki, bu pirin müqəddəsliyinə tapınan insanlar bura həm də öz qorxularını götürmək, bədnəzəri özlərindən uzaqlaşdırmaq üçün qədim Şərq müalicə üsulu olan "çildağ müalicəsi" almaq məqsədilə üz tuturlar. Əraziyə daxil olmaq üçün üzərində iri tağlar olan iki giriş var.
Abbasabad (Qiydar)
Abbasabad — İranın Zəncan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Bəzinərud kəndistanında, Qiydar qəsəbəsindən 55 km cənubdadır.
Affiksli dillər
Affiksli dillər — Flektiv dillərdən fərqli olaraq söz formalarmı affikslərin köməyilə düzəldən dillər. Hind-Avropa və türk dilləri buna misal ola bilər.
Çıldır
Çıldır — Türkiyənin Ərdəhan ilinin ilçələrindən biri.
Qıllar
Saç və ya tük yaxud qıl — məməlilərin və onların əcdadlarının (terapsidlər) qoruyucu örtüyünün tərkib hissəsi. Filogenetik olaraq dəri örtüklərinin epidermisinin törəməsidir. Heyvanlarda tükdən hazırlanmış sıx örtük xəz və ya yun adlanır. Saçlar statik elektrik toplamaq imkanına malikdir. == Quruluşu == Saçın xarici örtüyü bir-birinin üstünə yığılan keratin pulcuqlardan yaranıb. Saçların görünən hissəsi sterjen adlanır. Dərinin altında qalan saçın hissəsi isə saç kökü (və ya saç soğanağı) adlanır. Soğanaq follikul adlanan tüklü torbayla əhatə olunmuşdur. Saç tipi follikulun formasından asılıdır: düz saçlar dəyirmi, azacıq qıvrım olan oval, buruq-buruq olan isə böyrəkvarı follikuldan artırlar. Hər tük üç qatdan ibarətdir.