DƏRBƏDƏR

sif. [ fars. ] Qapı-qapı gəzən, avara, yurdsuz; ev-eşiyindən, yerindənyurdundan avara düşmüş.
// Zərf mənasında.
Ey dərbədər gəzib ürəyi qan olan çocuq! Bir loğma nan üçün gözü giryan olan çocuq! M.Ə.Sabir.

□ Dərbədər düşmək (olmaq) – qapı-qapı gəzmək, evsiz-eşiksiz qalmaq, yerindən-yurdundan olmaq.
[Vəzir:] İndi vəzarəti hər kəsə ki layiq görürsən, ona ver, mən başımı götürüb bu vilayətdən dərbədər olacağam. M.F.Axundzadə.
Dilənmək qəsdilə düşüb dərbədər; Gəzərkən bir evdə pakizə düxtər. Q.Zakir.

Dərbədər düşsün! (olsun!) – qarğış ifadəsi.
[Balakişi:] Ay sizi bizim başımıza çıxardanlar dərbədər düşsünlər! Ə.Haqverdiyev.
[Xırdaxanım:] Dərbədər olsun, məni bu evə düçar eyləyən! N.Vəzirov.

Dərbədər etmək1) bax dərbədər qoymaq.
Çərxi-kəcrəftar eylədi vətəndən dərbədər məni. Q.Zakir.
Sonra gündən-günə divanəsər etdin məni sən; Məktəbimdən soyudub, dərbədər etdin məni sən. A.Səhhət;

2) dağıtmaq, darmadağın etmək.
Aradan keçdi illər; Çarın söndü çırağı; Tarix etdi dərbədər; O qanlı təmtərağı. Ə.Cavad.
Sən ölməklə bitməyəcək məsələ; Qoşunların dərbədər olsun gərək. Ə.Vahid.

Dərbədər qoymaq (salmaq) – avara salmaq, qapılara düşməsinə səbəb olmaq, evsiz-eşiksiz qoymaq, yurd-yuvasından ayrı salmaq.
Xanimanımdan məni saldı, Nəbati, dərbədər; Əqlə bax, Məcnun kimi biganələrdən küsmüşəm. Ə.Nəbati.
Şikəstə Zakirin varı var idi; Xalq içində etibarı var idi; Əbəsəbəs saldı dərbədər, gözəl. Q.Zakir.

Синонимы

  • DƏRBƏDƏR dərbədər bax səfil, sərsəri
  • DƏRBƏDƏR dağılma
  • DƏRBƏDƏR avara — yurdsuz

Этимология

  • DƏRBƏDƏR Farsca hərfi mənası “qapı-qapı (gəzən)” deməkdir (dər “qapı”dır). Di­dər­gin sözünün sinonimi kimi işlədilir, “evsiz-eşiksiz” deməkdir
DƏRBƏÇƏ
DƏRBƏND

Значение слова в других словарях