EKSKÚRSİYA

is. [ lat. ] Elmi və ya öz məlumatını artırmaq, yaxud da əyləncə məqsədi ilə təşkil edilən (kollektiv) səyahət.
Səlim darülfünunun tibb şöbəsinin son kurs tələbələri ilə … ekskursiyaya getməli oldu. S.Hüseyn.
Yunis boylananda Almazın uşaqları haraya isə ekskursiyaya apardığını gördü. Mir Cəlal.

Синонимы

  • EKSKURSİYA ekskursiya bax səyahət
EKSKURSÁNT
EKSKURSİYAÇI
OBASTAN VİKİ
Ekskursiya
Ekskursiya (lat. excursio — gəzinti, səfər) — maraq doğuran bölgələrin maarifləndirici, elmi, idman və ya istirahət məqsədi ilə tək və ya kollektiv şəkildə baxışın təşkili. Səfər tək və ya xüsusi təşkilatın rəhbərliyi ilə təşkil edilə bilər. Obyektin seyr ediməsi tək və ya xüsusi bələdçinin köməyi ilə ola bilər. İlk ekskursiyalar XVII əsrin sonu, XVIII əsrin əvvəllərində böyük maarifçilərin təsiri altında Avropanın bəzi təhsil ocaqlarında təşkil edilmişdir. Həmin dövrlərdə tələbələr üçün qısa ekskursiya və piyada gəzintilər təşkil edilməyə başlanır. Bütün bunlar məşhur Polşa pedoqoqu Yan Komenskinin üsulu ilə, əyaniliyi təmin etmək və tərbiyə məqsədi ilə edilirdi. XVII əsrdə Rusiyada tanışlıq məqsədilə gəzmək, öyrənmək üçün səyahət edənlərin sayı artır və XVIII əsrdə xarici ölkələrə səyahətlər təşkil olunurdu. XVIII əsrdə Sankt-Peterburq və Moskva şəhərləri haqqında, XIX əsrdə isə Avropa ölkələrinin paytaxtları barədə, bələdçi-məlumat kitabları nəşr olunur. 1829-cu ildə səyahətçilər üçün bələdçi-məlumat kitabı nəşr olunur.
Ekskursiya Xidmətləri və Turlar üzrə Beynəlxalq Assosasiya

Значение слова в других словарях