Ekskursiya Xidmətləri və Turlar üzrə Beynəlxalq Assosasiya

Ekskursiya Xidmətləri və Turlar üzrə Beynəlxalq Assosasiya — ekskursiya xidmətləri ilə məşğul olan firma və təşkilatları üzv qismində özündə birləşdirən beynəlxalq turizm təşkilatıdır.

Ekskursiya Xidmətləri və Turlar üzrə Beynəlxalq Assosasiya
Növü Beynəlxalq
Yaranma tarixi 1953
Rəsmi dili ingilis
Mərkəzi Lissabon, Portuqaliya

Tarixi[redaktə | mənbəni redaktə et]

Təşkilat 1953-cü ildə yaranmışdır.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Qurumun 84 dövlətdən 60 milyondan çox üzvə malik olan 140 təşkilatı vardır ki, bu da onun fəaliyyətinin daha çox genişmiqyaslı olmasını sübut edir. Rəsmi dili ingilis dili olan Beynəlxalq Assosiasiyanın rəhbər orqanları ildə bir dəfə çağırılan Baş Assambleya və Direktorlar Şurasıdır. Katibliyi isə Portuqaliyanın paytaxtı Lissabon şəhərində yerləşir.