EŞƏLƏMƏK

f.
1. Torpaq, kül kimi toz halında olan şeyləri bir şeylə ehmallı qazımaq, qarışdırmaq.
Kərim kişi … tonqalın közünü eşələyərək sözə başladı… M.İbrahimov.
Qazan xan tonqalın kənarında oturub gözünü bir nöqtəyə zilləmiş, əlindəki çubuqla külü eşələyir. M.Rzaquluzadə.

2. Axtarmaq, araşdırmaq, əlləşdirmək, töküb-töküşdürmək, dağıtmaq.
Rüstəm bəy kitabları eşələyib bir əsər çıxardı: – Bax, bunu hər bir qadın oxumalıdır! – deyə bir kitab verdi. Çəmənzəminli.

Синонимы

  • EŞƏLƏMƏK qazımaq — qarışdırmaq
  • EŞƏLƏMƏK axtarmaq — əlləşdirmək — araşdırmaq
  • EŞƏLƏMƏK dağıtmaq
EŞƏLƏMƏ
EŞƏLƏNMƏ

Значение слова в других словарях

надкова́ть настрочно́й начи́ркать отму́чить сули́ть те́мбровый загребно́й неподви́жность неразбери́ха сни́зу супплети́вный чистёха зой adversity anthropic aphyllous calendar art overslip tarantas ternary голубоватый загрязниться повреждаться финал шаржировать