finkalı
fiord
OBASTAN VİKİ
Finlər
Finlər (İsveçcə: finnar) — Fin-uqor xalqlarından biri, Finlandiyanın əsas əhalisi.
Ağ finlər
Ağfinlər (həmçinin ağ finlər; fin valkoiset – «ağ») — Finlandiyada vətəndaş müharibəsinin burjua milli hökumətinin, antikommunist və antisovet qüvvələrinin tərəfində olan iştirakçıları. Onlar ağ qvardiya və yeger hərəkatında təşkil edilmişdilər. Finlandiyada "ağlar" termini Rusiyada vətəndaş müharibəsində iştirak edən ağ ordu ilə bənzətmə nəticəsində yaranmışdır. Onlar 1918-ci ildə hərbi qarşıdurmada qalib gəlmişdilər. "Ağ finlər" termini Sovet Rusiyasında yaranmış və sovet təbliğatında mənfi kontekstdə istifadə olunmuşdur. == Ədəbiyyat == Keränen, Jorma. Suomen itsenäistymisen kronikka. Jyväskylä: Gummerus. 1992. ISBN 951-20-3800-5.
Gənc Finlər Partiyası
Gənc Finlər Partiyası — Böyük Finlandiya Knyazlığında və müstəqil Finlandiyada liberal-demokrat partiyası. Əsasını Fin partiyasının tәrkibindә yaradılmış, öz proqramı olan gәnc finlәr fraksiyası tәşkil edirdi.
İsveç finləri
İsveç finləri (fin ruotsinsuomalaiset; isv. sverigefinnar) tarixi olaraq İsveç ərazisində yaşamış və ya daha sonra İsveçə köç etmiş finlərdən ibarət, İsveç ərazisində yaşayan fin dilli azsaylı xalq. İsveç finləri Finlandiyada dil baxımından azlıqda olan isveç dilli Finlandiya isveçliləri ilə qarışdırılmamalıdır. Fin kökləri olan insanlar nisbətən İsveç əhalisinin böyük hissəsini təşkil edirlər. Tarixi olaraq İsveçdə yaşan İsveç finlərinin kiçik hissəsinə əlavə olaraq, İsveçdə Finlandiyada doğulmuş və ya valideynlərindən ən az biri Finlandiyada doğulmuş 426 000 (2012-ci ildə ümumi əhalinin %4.46 demək idi) insan yaşayırdı. İsveç dili kimi fin dili də orta əsrlərdən bəri Botniya körfəzinin hər iki tərəfində danışılır. 13-cü əsrdə İsveç tərəfindən Finlandiyada aparılan hərbi əməliyyatlardan sonra Finlandiya zamanla İsveç hakimiyyətini qəbul etdi və həm Finlandiya, həm də İsveçdəki finlər İsveçin təsiri altında düşdü. Artıq 1400-cü illərdə Stokholmun say baxımından olduca böyük hissəsi fin dilində danışırdı. 1700-ci illərdə bu statistika təxminən %4 idi. Finlandiya Finlandiya müharibəsindən sonra Finlandiyanı Rusiya İmperiyasının hakimiyyəti altına salan, ancaq Torne çayının İsveç sahilindəki fin əhalini orada qoyan 1809-cu il sülhünə qədər İsveçin bir hissəsi olaraq qalırdı.