FLIGHT-LIEUTENANT

n aviasiya kapitanı

FLIGHT-ARROW
FLIGHTING
OBASTAN VİKİ
Electronic flight instrument system
EFIS (ing. Electronic flight instrument system, pilotaj cihazlarının elektron sistemi). Hava naviqasiyası məsələləri üçün təyyarənin kabinəsində stasionar şəkildə quraşdırılır. Uçuş məlumatlarına elektromexaniki nəzarət texnologiyasını əvəz edən ilk tam rəqəmsal sistemlərdən biridir. 1980-ci illərin sonlarından Boeing və Airbus təyyarələrində quraşdırılır. Ümumiyyətlə iki uçuş displeydən (PFD) və iki çoxfunksiyalı displeydən (MFD) ibarətdir. Cari onillikdə maye kristallik displeylər şüa borularını (ELT) istifadə edən uçuş cihazlarının əvvəlki nəsilini dəyişmişdir. Bu gün EFIS elektron uçuş-informasiya sistemlərinin müasir dünya nümunəsi kimi tanınır. Daxili sistem uçuş və naviqasiya məlumatlarını göstərmək üçün nəzərdə tutulmuşdur. Bu elektron-kompüter vasitəsi bir çox sensorlar sayəsində fəaliyyət göstərir.
Exploration Flight Test 1
Exploration Flight Test 1 (azərb. Kəşfiyyat Uçuş Testi 1‎) — Amerikanın çox missiyalı və qismən təkrar istifadə edilə bilən Orion kosmik gəmisinin ilk ekipajsız sınaq buraxılışıdır. Buraxılış 2014-cü il dekabrın 5-də, UTC vaxtı ilə 12:05-də (7:05 EST) Kanaveral burnunda Launch Complex SLC-37 -dən Delta IV Heavy daşıyıcı raketdən istifadə edilərək baş tutdu. Missiyanın müddəti 4 saat 24 dəqiqə idi, bu müddət ərzində gəmi növbə ilə iki fərqli orbitə çıxarıldı və son mərhələdə Kaliforniya sahillərində Sakit Okeana eniş etdi. Qayıdanda cihazın maksimal sürəti 8900 m/s olub. Proqram Apollon proqramı üçün 1960-cı illərdəki inkişaflara əsaslanır .