FON
FOR
OBASTAN VİKİ
Font
Şrift yada Yazı tipi (en. font) – eyni üsluba (məsələn, Courier), şəklə (kursiv), qalınlığa (məsələn, yarımqalın) və ölçüyə malik olan simvollar yığını; şriftlərin üslublarını (TYPEFACE) bir-birilə dəyişik salmaq olmaz. Şrift, verilmiş dizayna malik müəyyən ölçülü, üslublu və qalınlıqlı bütün simvolların çoxluğudur; şriftin üslubu isə dizaynın özüdür. Ekran görüntüsünü formalaşdırarkən və sənədləri çap edərkən şriftlər ya rastr görüntülər (nöqtələrin kombinasiyası) vasitəsilə, ya da konturlara (müəyyən riyazi düsturlara) görə formalaşdırılır. Müxtəlif şriftlərin tətbiqinə imkan verən proqramlar, onları ekranda yarada bilməsələr belə, şriftin şəkli və ölçüsü haqqında informasiyanı printerə verir. Printerin lazım olan şrifti əks etdirməsi üçün, ya şrift haqqında tam informasiya proqram tərəfindən printerə yüklənməli, ya da printerin özünə və ya printerin şrift kartricinə (FONT CARTRİDGE) yerləşdirilməlidir . == Rəvan == Rastr şrifti — unikal bit görüntüsü (nöqtələrin kombinasiyası) kimi təsvir olunan, müəyyən ölçü və üslublu simvolların yığınıdır. Rastr şriftlərə misal olaraq Microsoft Windows və Mac OS əməliyyat sistemlərinin ekran şriftlərini göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı (film, 1898)
1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı ― rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmiş qısametrajlı sənədli film. Film Azərbaycan kinosu tarixində çəkilmiş ilk filmlərdən biridir. Kinosüjetdə Balaxanı mədənlərinin birində neft quyusunun fontan vurması əks olunmuşdur. Sujetdəki quyunun Balaxanı ərazindəki “21060” nömrəli quyu olduğu iddia olunur. Sözügedən quyu 1898-ci ilin noyabr ayında VI horizontdan sutkalıq 11 ton neft hasilatı ilə istismara verilmişdir və hələ də istismar olunur. Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir. Nümayiş etdirilən süjetlər arasında "Bibiheybətdə neft fontanı yanğını", Əlahəzrət Buxara əmirinin "Veliki knyaz Aleksey" paroxodunda yolasalma mərasimi, "Qafqaz rəqsi", "İlişdin" kinosüjetləri də var idi. Bunları izləyən Lümyer qardaşları onlardan bir neçəsini almış və öz kolleksiyalarına daxil etmişlər. Sonradan həmin kinosüjetlər Paris kinoarxivinə təhvil verilmiş və bu günə kimi orada qorunub saxlanılır. 2001-ci ildə Azərbaycan Dövlət Film Fondunun təşəbbüsü ilə bu kinosüjetlərdən ikisinin surətləri — "Bibiheybətdə neft fontanı yanğını" və "1898-ci il avqustun 4-də Balaxanıda neft fontanı" Bakıya gətirilmiş və hazırda Azərbaycan Dövlət Film Fondunda qorunub saxlanılır.
Acetosa fontanopaludosa
Adi əvəlik (lat. Rumex acetosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. == Sinonimləri == Acetosa agrestis Raf. Acetosa amplexicaulis Raf. Acetosa angustata Raf. Acetosa bidentula Raf. Acetosa fontanopaludosa (Kalela) Holub Acetosa hastifolia Schur Acetosa hastulata Raf. Acetosa magna Gilib. Acetosa officinalis Gueldenst. ex Ledeb.
Acetosa pratensis subsp. fontanopaludosa
Adi əvəlik (lat. Rumex acetosa) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qırxbuğumkimilər fəsiləsinin əvəlik cinsinə aid bitki növü. == Sinonimləri == Acetosa agrestis Raf. Acetosa amplexicaulis Raf. Acetosa angustata Raf. Acetosa bidentula Raf. Acetosa fontanopaludosa (Kalela) Holub Acetosa hastifolia Schur Acetosa hastulata Raf. Acetosa magna Gilib. Acetosa officinalis Gueldenst. ex Ledeb.
Arena Fonte Nova
Arena Fonte Nova (port. Itaipava Arena Fonte Nova) — Braziliyanın Salvador şəhərində yerləşən stadion. Tamaşaçı tutumu 51,708 nəfərdir. "Bahia" klubu ev oyunlarını bu stadionda keçirir. == Tarixi == Açılışı 7 aprel 2013-cü ildə olmuşdur. == Beynəlxalq matçlar == Bu stadionda bir sıra beynəlxalq futbol matçları keçirilmişdir.
Artemisia fontanesiana
Artemisia fontanesiana (lat. Artemisia fontanesiana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü.
Baxçasaray fontanı
"Baxçasaray fontanı" (rus. Бахчисарайский фонтан) — Aleksandr Puşkinin bayronsayağı cənub poemaları silsiləsindən olan ikinci poeması. "Qafqaz əsiri"ndən sonra Puşkin "Baxçasaray fontanı" poemasını yazıb. Bu poema istər məzmun, istərsə də ifadə gözəlliyi ilə Puşkin sənətində daha yeni bir ədəbi hadisə idi. "Baxçasaray fontanı" tarixi bir rəvayət üzərində qurulsa da, ideyaca müasirləşdirilmişdir. Şair eşitdiyi tarixi rəvayəti də məqsədyönlü şəkildə dəyişdirmiş, polyak qızı Mariya surətini rəvayətə əlavə etmişdi. Bir sıra başqa cənub poemalarında olduğu kimi burda da həyat eşqilə ölüm hissinin və azadlıqla əsarətin son dərəcə cazibədar və düşündürücü bir ziddiyyətini yaratmışdır. Zülmkar Gəray, azad ruhlu, ipək qəlbli Polşa gözəli Mariya, eşq nə olduğunu anlamayan, bir daş heykəli andıran xacə və qəlbi daima yaşamaq eşqilə çırpınan çoşqun, ehtiraslı əsir qadın Zarema poemanın əsas surətlətidir. Biri digərinə tamamilə zidd olan bu cəmiyyətlərin qarşılaşdırılmasından bir-birinə zidd olan zehniyyətlər, surətlər, fikirlər, zövqlər və anlayışlar doğmuşdur. Lakin nə bu zidd səciyyələrin, nə də bu zidd zehniyyətlərin, görüşlərin heç biri uydurma deyil.
Bibiheybətdə neft fontanı yanğını (1898)
Bibiheybətdə neft fontanı yanğını — 27 iyul 1898-ci ildə neft mədənlərində yanğın hadisəsi. == Məzmun == 1898-ci il iyulun 27-də gecə Bibiheybətdə, Bakı taciri, milyonçu Y. V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır. Bütün bu dəhşətli hadisə "Bibiheybətdə neft fontanı yanğını" adlı filmdə öz əksini tapmışdır.
Bibiheybətdə neft fontanı yanğını (film, 1898)
Bibiheybətdə neft fontanı yanğını — qısametrajlı sənədli film. Rejissor Aleksandr Mişon tərəfindən 1898-ci ildə çəkilmişdir. Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir. == Məzmun == İyulun 27-də gecə Bibiheybətdə, Bakı taciri, milyonçu Y. V. Vişaunun mədənində yanğın baş verir. Yanğın fontan vuran 32 saylı quyunu bürüyür, sonra da yaxınlıqdakı buruqlara keçir. Demək olar ki, mədənin yarısı-milyon pud nefti olan anbar, 9 buruq od tutub yanır. Bütün bu dəhşətli hadisə kinosüjetdə öz əksini tapmışdır. Bu, reportaj manerasında çəkilmiş, hadisəli informasiya janrının bütün tələblərinə cavab verən xronikal filmdir. == Film haqqında == Azərbaycan xalq yazıçısı, görkəmli kinodramaturq və kinorejissor Rüstəm İbrahimbəyov dünya kinosunun 100 illiyi münasibətilə Parisdə keçirilən yubiley tədbirlərində iştirak edərkən, orada göstərilən ən yaxşı filmlər içərisində "Bibiheybətdə neft fontanı yanğını" kinolentini görmüşdür. Kinosüjet "Canlı fotoşəkillər" kolleksiyası adı altında 1900-cü ildə Parisdə Ümumdünya sərgisində böyük uğurla nümayiş etdirilmişdir.
Bibiheybətdə qaz fontanı yanğını (film, 1925)
Bibiheybətdə qaz fontanı yanğını qısametrajlı sənədli filmi 1925-ci ildə çəkilmişdir. AFKİ və "Kino-Mədənçi" studiyalarının istehsalıdır. Yanvarın 31-də səhər 52 saylı neft quyusunda yanğın baş verir. Yalnız fevralın 2-də yanan quyunu söndürmək mümkün olur. Bu fövqəladə hadisə filmdə öz əksini tapmışdır. == Məzmun == Yanvarın 31-də səhər 52 saylı neft quyusunda yanğın baş verir. Yalnız fevralın 2-də yanan quyunu söndürmək mümkün olur. Bu fövqəladə hadisə filmdə öz əksini tapmışdır. == Film haqqında == Film Moskva Mərkəzi Dövlət Kino-Fotofono Sənədlər Arxivində saxlanılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi.
Cardamine fontana
Adi acıqıjı (lat. Nasturtium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin acıqıjı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 8-60 sm olan çılpaq, çoxillikbitkidir. Gövdəsi boruvari, şırımlıdır. Enli, saplaqlı yarpaqları lələkvari parçalanmış, 3-7 cüt uzunsov yumurtavari və ya diş-dişli oval formalı hissələridən ibarətdir. Çiçəklərin ləçəkləri 4–6 mm ağdırnaqcıqlıdır, qutucuqdan 2 dəfə uzundur. Meyvə çiçək-saplaqları nazik, uzundur. Buynuzcuq meyvələrinin uzunluğu 10–20 mm, eni 2 mm azacıq köpmüş və əyilmiş silindrik formalıdır. Toxumları xırda, iki cərgədir. May-iyulda çiçəkləyir, iyul-avqustda meyvə verir.
Cardamine fontinalis
Çəmənlik ürəkotu (lat. Cardamine pratensis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Yarımövləri == Cardamine pratensis subsp. atlantica (Emb. & Maire) Greuter & Burdet Cardamine pratensis subsp. granulosa (All.) Arcang. Cardamine pratensis subsp. matthioli (Moretti) Nyman Cardamine pratensis subsp. paludosa (Knaf) Celak. Cardamine pratensis subsp.
Coan Fonteyn
Coan Fonteyn (ing. Joan Fontaine) - Oskar mükafatı sahibi ingilis akstrisa. Bir başqa Oskar mükafatı sahibi aktrisa olan Oliviya de Hevillendin bacısıdır. 1943-cü ildə ABŞ vətəndaşlığına keçmişdir. Əsl adı "Coan de Bovuar de Hevillend" olan Coan Fonteyn 1940-ci ildə çəkilən, Alfred Hiçkokun rejissorluğunu etdiyi "Rebekka" filmindəki rolu ilə tanınır. 15 dekabr 2013-də ABŞ-nin Kaliforniya ştatında vəfat etmişdir.
Cotoneaster fontanesii
Salxımçiçək dovşanalması (lat. Cotoneaster racemiflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Hündürlüyü 40-100 sm olan, kiçik budaqlanmış koldur. Cavan budaqları sıx keçə-tüklüdür, bir-ikiillikdir, qonur-qəhvəyi rəngdədir və çılpaqdır. == Sinonimləri == Cotoneaster fontanesii Spach Cotoneaster fontanesii var. desfontainii Regel Cotoneaster nummularius var. racemiflorus (Desf.) Wenz. Cotoneaster racemiflorus var. desfontainesii Zabel Cotoneaster racemiflorus var. typicus C.K.Schneid.
Cotoneaster fontanesii var. desfontainii
Salxımçiçək dovşanalması (lat. Cotoneaster racemiflorus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Hündürlüyü 40-100 sm olan, kiçik budaqlanmış koldur. Cavan budaqları sıx keçə-tüklüdür, bir-ikiillikdir, qonur-qəhvəyi rəngdədir və çılpaqdır. == Sinonimləri == Cotoneaster fontanesii Spach Cotoneaster fontanesii var. desfontainii Regel Cotoneaster nummularius var. racemiflorus (Desf.) Wenz. Cotoneaster racemiflorus var. desfontainesii Zabel Cotoneaster racemiflorus var. typicus C.K.Schneid.
Crataegus fontanesiana
Crataegus fontanesiana (lat. Crataegus fontanesiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Crucifera fontana
Adi acıqıjı (lat. Nasturtium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin acıqıjı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 8-60 sm olan çılpaq, çoxillikbitkidir. Gövdəsi boruvari, şırımlıdır. Enli, saplaqlı yarpaqları lələkvari parçalanmış, 3-7 cüt uzunsov yumurtavari və ya diş-dişli oval formalı hissələridən ibarətdir. Çiçəklərin ləçəkləri 4–6 mm ağdırnaqcıqlıdır, qutucuqdan 2 dəfə uzundur. Meyvə çiçək-saplaqları nazik, uzundur. Buynuzcuq meyvələrinin uzunluğu 10–20 mm, eni 2 mm azacıq köpmüş və əyilmiş silindrik formalıdır. Toxumları xırda, iki cərgədir. May-iyulda çiçəkləyir, iyul-avqustda meyvə verir.
Filireyaşəkilli fontaneziya
Filireyaşəkilli fontaneziya (lat. Fontanesia philliraeoides) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin fontaneziya cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə Kiçik Asiya və Siciliya adasında rast gəlinir. Dekorativ bitki kimi Aralıq dənizi sahillərində becərilir. == Botaniki təsviri == Hündürlüyü 3 m-dək, şaxələnmiş, sarı-qonur budaqlı, yarpağı tökülən koldur. Zoğları dörd hissəli, yarpaq yerləşməsi üzbəüzdür. Yarpaqları sadə, bütöv, yumurtavari-neştərvari və ya ellipsvari, uzunluğu 2-4 sm və eni 0,8 sm, pöhrədən əmələ gələn zoğlarında uzunluğu 7sm-dək və eni 1,5 sm, kənarları xırda dişli, bozumtul-yaşıldır. Saplaqların uzunluğu 2-5 mm-dir. Çiçək qrupları yan budaqlarda qısa, qoltuq və ya uc, yarpaqlı süpürgələrdir. Çiçəkləri xırda; kasacığı 4 xırda kasayarpaqlardan ibarətdir; ləçəkləri 4 ədəd, ensiz, ağımtıl; erkəkcikləri ləçəklərdən iri; yumurtalığı yuxarı, 2 yuvalı; dişicik ağzı 2 qanadlıdır.
Fontanil-Korniyon
Fontanil-Korniyon (fr. Fontanil-Cornillon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sent-Eqrev kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38170. Kommunanın 2007-ci il üçün əhalisi 2696 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 90 km cənub-şərqdə, Qrenobldan 9 km şimal-qərbdə yerləşir.
Fonten (İzer)
Fonten (fr. Fontaine) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Fonten-Verkor və Fonten-Sesine kantonlarına daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38169. Kommunanın 2007-ci il üçün əhalisi 22394 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 202 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 480 km cənub-şərqdə, Liondan 95 km cənub-şərqdə, Qrenobldan 4 km qərbdə yerləşir.
Fontenblo
Fontenblo - Fransız kommunu, Sena və Marna departamentidə, İl-de-Frans əyalətində yerləşir. Fontenblo şəhəri Parisdən 55 km cənub-şərqdə yerləşir. Sahəsi 172 kv.km-dir. Fontenblo Parisdən sonra İl-de-Fransa aid olub. Onun çox hissəsini Fontenblo meşələri əhatə edir. Əhalisi 15942 nəfərdir (1999). Buranın əhalisi özlərini ağfonten adlandırır. == Görməli yerləri == Fontenblo sarayı - XII əsrdə tikilib. İNSEAD biznes məktəbi Ali informatika məktəbi 1986 == Şəxsiyyətlər == Lefevr Kod (1632—1675) - rəssam == Həmçinin bax == Fontenblo sarayı == Ədəbiyyat == Albert Dauzat и Charles Rostaing, Dictionnaire étymologique des noms de lieu en France, Париж, Librairie Guénégaud, 1979 (ISBN 2-85023-076-6), с.
Fontenblo (rayon)
Fontenblo (fr. Fontainebleau) — Fransanın İl-de-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Sena və Marna. Suprefektura — Fontenblo. Rayon əhalisi 2006-cı ildə 147 507 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 120 nəf / km². Rayon sahəsi — 1227 km².
Fontenblo edikti
Fontenblo edikti — IV Henrix tərəfindən 1598-ci ildə qəbul edilmiş və Hugenotlara din azadlığını təmin edən Nant ediktini ləğv etmək üçün XIV Lüdovikin 18 oktyabr 1685-ci il tarixli edikti. == Tarixi == Nant ediktinə könülsüz tabe olan XIV Lüdovik dövründəki katolik ruhaniləri hər vasitə ilə onu məhv etməyə və ya əhəmiyyətini iflic etməyə çalışdılar. Dini təqiblər 1661-ci ildə başladı. Nant ediktinin 9-cu maddəsində 1596 və 1597-ci illərdə ibadət edildiyi yerlərdə ibadət etməyə icazə verildi. Bu əsasda katoliklər başqa yerlərdə protestant kilsələrini dağıtmağa başladılar. 2 aprel 1666-cı ildə Lui Nant edikti ilə tanınan azadlıq prinsipinin məhv edildiyi bir bəyannamə verdi. Nəhayət, 1685-ci il oktyabrın 18-də XIV Lüdovik Fontenbloda Nant ediktini ləğv edən fərman imzaladı. Bu sənəd kansler Letelye tərəfindən tərtib edilmişdir. Kral orada deyir ki, Nant fərmanı onun əcdadı tərəfindən Huqenotların lehinə onları katolik kilsəsinin bağrına qatmaq niyyəti ilə tərtib edilib, lakin təbəələrin ən yaxşı və çoxlu hissəsi katolikliyi qəbul etdiyi üçün, Nant fərmanı artıqlaması ilə çıxır. Huqenotların son məbədlərini və onların məktəblərini dağıtmaq əmri verildi.
Fontenblo sarayı
Fontenblo sarayı — Fransa əsilzadə saraylarından biri. Paris şəhərinin mərkəzinə təqribən 55 km uzaqlıqda yerləşən Fontenblo şəhərindədir.
Fontene-an-Parizi
Fontene-an-Parizi (fr. Fontenay-en-Parisis) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Sarsel, kanton — Lüzarş. Əhalisi — 1 710 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 23 km şimalında, Serji belediyyənin 29 km şərqində yerləşir.
Fontene-le-Kont (rayon)
Fontene-le-Kont (fr. Fontenay-le-Comte) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Vandeya. Suprefektura — Fontene-le-Kont. Rayon əhalisi 2006-cı ildə 125 696 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 59 nəf / km². Rayon sahəsi — 2129 km².