GECƏLİK

is.
1. Adətən saylarla işlənərək bir şeyin neçə gecəyə kifayət edəcəyini, neçə gecəyə çatacağını, neçə gecədə görüləcəyini bildirir. İki gecəlik odun. Bir gecəlik işim qalıb. – Bir gecəlik mətləbin bir sənə mabədi var. ( Ata. sözü ).
Bir gecəlik otağında; Olmuşam mehman sənə mən. Aşıq Musa.

2. Gecə geyilən köynək və s.
Sofiya o qədər ağladı ki, gecəliyinin döşü tamam islandı. Çəmənzəminli.

◊ On dörd gecəlik ay1) bədirlənmiş, bütöv ay; bədir.
On dörd gecəlik ayın gümüş nuru bir-birinə qısılıb yatan üsyançıların üstünü yorğan kimi örtmüşdü. P.Makulu;

2) şair. gözəl qız (bəzən “kimi” qoşması ilə birlikdə işlənir). Gəlin on dörd gecəlik ay kimidir.
GECƏLİ-GÜNDÜZLÜ
GECƏRİYƏN
OBASTAN VİKİ
Bir gecəlik (mahnı)

Digər lüğətlərdə