GECƏÇIRAĞI
GECƏKƏSDİ
OBASTAN VİKİ
Gecəçiçəyi
Növün adı latınca Mirabilis sözündən götürülmüşdür, Azərbaycan dilinə tərcümə edildikdə "qəribə" adlanır. Bu bitki növlərinin gülləri əsasən günortadan sonra açır və bütöv gecəni açıq qalaraq, sübh açılana yaxın solur. Yabanı halda növlərin əksəriyyəti Amerika və Himalayda bitir. Məlum olan 60 növdən gülçülükdə dördü yayılmışdır. Yalapa mirabilisi-M.yalapa növü yaşıllaşdırmada, parkların, bağların, ofis interyerlərinin bəzədilməsində geniş istifadə edilir. Azərbaycanda 2 növü becərilir. Bu kol bitkisinin uzunluğu 1 m olub, hər zoğun yuxarı yarpaqlarının oturacağında yerləşən güllər müxtəlif rəngdə (ağ, sarı, qırmızı, çəhrayı və s.) ola bilər. Gecəçiçəyinin vətəni Amerikanın tropik bölgələridir. Bu növdən 1582-ci ildən yaşıllaşdırmada və səhiyyədə müxtəlif dərmanların hazırlanmasında geniş istifadə olunur. Gecəçiçəyinin fərqli xüxusiyyətləri kök yumrusuna oxşar kökləridir.

Значение слова в других словарях

валеоло́гия гепати́ты дуодена́льный кла́ссность малоу́мие наму́сленный нацме́н пансионе́рка перемеси́ться ста́ция большо́й газонепроница́емость на бокову́ю отправиться не́льма позна́бливание шинкарь agent provocateur attrition hand-axe influenza oestrous cycle test pilot двуконный мешковатый прогнать