Rüfət Gülalıyev
Rüfət Gülalıyev — Azərbaycanlı zorxana ustası.
== Həyatı ==
Əslən Laçın rayonundan olan Rüfət Gülalıyev, 8 avqust 1998-ci ildə anadan olub. Rüfət Gülalıyev, ali təhsilini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında alıb.
== Karyerası ==
Rüfət Gülalıyev, 2017-ci ildə Azərbaycanın heyətində IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Rüfət Gülalıyev, səngi yarışlarında qızıl medala layiq görüldü. Komanda yarışlarında isə o, Məmmədi Salamov, Orxan Xanlarov, Tural Əliyev və Xəyyam Orucov ilə birgə 2-ci yeri tutdu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.