HALİFE
HALİSANE
OBASTAN VİKİ
Halis döyüşü
Halis döyüşü və ya Tutulma döyüşü – 28 may, E.ə. 585-ci ildə Halis çayı (Hazırda Türkiyə ərazisində yerləşən Qızılirmaq çayı) sahilində Midiya və Lidiya qoşunları arasında baş vermiş döyüş. II Aliatt və Kiaksar arasında beş il davam edən sərt müharibənin son qarşılaşması olan bu döyüş, günəş tutulması üzündən yarımçıq dayandırılmışdır. Tərəflər döyüş zamanı günəşin tutulmasını pis əlamət kimi qəbul etmiş, tanrıların bu müharibəyə qarşı olduğunu düşünərək razılığa gəlmişlər. Əldə edilmiş razılaşmaya əsasən Halis çayı Midiya və Lidiya arasında sərhəd kimi müəyyənləşdirilmişdir. == Səbəb == Herodot qeyd edir ki, Midiya və Lidiya arasında müharibənin baş verməsinin iki səbəbi olmuşdur. Birincisi hər iki tərəf Anadolu torpaqlarına sahib olmaq istəyirdi, ikinci səbəb isə intiqam idi. Midyaya tabe olan bir neçə skif sərkərdəsi yerli tayfalarla döyüşdən uğursuz nəticə ilə qayıtmış və Kiaksar buna görə onları təhqir etmişdir. Təhqirə cavab olaraq isə skiflər Kiaksarın oğlanlarından birini əsir götürərək özləri ilə birgə Lidiyanın paytaxtı Sard şəhərinə qaçmışdırlar. Kiaksar Lidiya hökmdarından onları tələb etsə də Aliatt skifləri qaytarmaqdan imtina etmiş, nəticədə Midiya hökmdarı Kiaksar Lidiya ərazisinə yürüş etmişdir.
Halis Bayancuq
Halis Bayancuk (türk. Halis Bayancuk) və ya Əbu Hanzala (1984, Diyarbəkir) — İŞİD ilə əlaqədə olduğu iddiası ilə həbsdə olan zazaəsilli imam. == Həyatı == Bayancuq Türkiyənin Diyarbəkir şəhərində Bingöldən gələn zaza ailəsində anadan olmuşdur. Onun atası Hacı Bayancuq, digər adı ilə "Hafiz" "Kürd Hizbullahı"nın siyasi qanadının lideri olmuş və hazırda ömürlük həbs cəzasındadır. 1998-ci ilə qədər Halis gəncliyini Diyarbəkirdə keçirmişdir. Atasının 2005-ci ildə həbsindən sonra 3 il Misirdə yaşamış, Almaniyada "Kürd Hizbullahı"na bağlı olan diaspor kürdlərinin dəstəyi ilə burada təhsil almış və 2008-ci ildə Türkiyəyə qayıtmışdır. Halis daha sonra 2008-ci ildə İstanbulda törədilən partlayışlarda əli olduğu iddiası ilə həbs edilmiş və 15 may 2009-cu ildə dəlil olmadığı üçün sərbəst buraxılmışdı. O, 2011-ci ildə "Əl-Qaidə" ilə əlaqəyə görə yenidən həbs edilmişdir. Bayancuq bomba planlaşdırmaqda şübhəli bilinən əlli nəfər ilə birlikdə həbs edilmişdi. O, 24 yanvar 2013-cü ildə prokurorlar sübut çatışmazlığı səbəbindən yenidən onu mühakimə edə bilmədikdən sonra sərbəst buraxılmışdır.