HAMPA
HARAM
OBASTAN VİKİ
Hamun gölü
Hamun gölü və ya Hamun vahəsi — Əfqanıstan-İran sərhədindəki Sistan bölgəsində yerləşən Sistan qapalı hövzəsindəki göl və bataqlı ərazi. İranda Sistan gölü olaraq da tanınır. Ölçüsünə görə İranın ən böyük 3-cü gölü olan Hamun gölü həm də İranın şirinsulu ən böyük gölüdür. Hamun yazda yaxınlıqdakı dağlarda qar əriməsinin nəticəsində İranın cənub-şərqindəki səhralarda və Əfqanıstan ilə Pakistanın ona bitişik ərazilərində adətən mövsümi xarakter daşıyan dayaz göllərə aid ümumi termindir. Hamun çoxlu mövsümi su qolları ilə qidalanır. Əsas qolu Əfqanıstandakı Hindikuş dağlarından başlanan çoxillik Helmand çayıdır. Müasir dövrdə kənd təsərrüfatının suvarılması üçün bəndlərin inşasından əvvəl daşqınlar daha böyük göllər meydana gətirərdi. == Quruma == Laqun mənşəli dayaz göl olan Hamun gölündə getdikcə şiddətlənən quruma müşahidə olunur və küləyin göl yatağından başlatdığı qum fırtınaları ətrafa böyük ziyan vurur. Bu proses təkcə İrana yox, həm də sərhəddə yerləşən Əfqanıstana, o cümlədən yaxın region ölkələri olan Pakistan və Hindistan kimi ölkələrə də mənfi təsir göstərir.