HEYRANLIQ


1. is. Gözəl və ya əzəmətli bir şey qarşısında vurğuncasına valehlik.
[Afşinin] Babəkə zillənmiş baxışlarında heyranlıq və çaşqınlıq bir-birini əvəz edirdi. Ə.Məmmədxanlı.

2. Heyranlıqla şəklində zərf – heyranheyran, vurğuncasına, valehcəsinə.
Mən arzularımın hovuzu kənarında durub məqsədimin surətini dərin bir heyranlıqla müşahidə edirəm. M.Müşfiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • HEYRANLIQ məftunluq — vurğunluq
HEYRANEDİCİ
HEYRATI

Digər lüğətlərdə