İFŞA

is. [ ər. ] Faş etmə, aşkara çıxarma, meydana çıxarma, üstünü açma.
□ İfşa etmək – faş etmək, üstünü açmaq, üzə çıxarmaq, meydana çıxarmaq, açıb göstərmək (birinin cinayətini, gizli niyyətini və s.-ni). Düşmənin hiyləsini ifşa etmək.
– Çar hökuməti və onun nümayəndəsi olan Hacısəməd xanın siyasətini ifşa etməli idik. M.S.Ordubadi.
“Ölülər” … ümumiyyətlə, cəhaləti, geriliyi, ikiüzlülüyü və yalanı ifşa edir… M.İbrahimov.
Qəhrəman … tayfabazlıq salanları kütlənin əli ilə ifşa etmişdi. Ə.Vəliyev.

Синонимы

  • İFŞA açma — aşkarlama
İFRİTƏLİK
İFŞAÇI

Значение слова в других словарях

бушла́т велобо́л долготерпели́вый на сме́ну о́бжа отвезти́ поры́висто с придыха́нием феноти́п а́льфа дослу́живание жа́лованье мозо́лить глаза оргасти́ческий перемога́ть себя трёхъя́русный Еглина Christiana dairying gag law oak-wood ахроматизм входной вычитание конина