Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
2009-cu il Urumçi iğtişaşları
2009-cu il iyul Urumçi iğtişaşları və ya Urumçi qarşıdurması — Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda başlayan və qarşıdurmalarla, iğtişaşlarla müşayiət olunaraq bir müddət davam edən hadisələr zənciri. İğtişaşlara səbəb Quanqdonqda yayılmış əsassız şayiələrdən sonra etnik hanlar tərəfindən iki uyğurun öldürülməsi və qatillərin həbs edilməməsi oldu. İğtişaşlar təxminən 1000 nəfər uyğurun etirazları ilə başladı. Lakin hadisələr tədricən başqa məcraya doğru inkişaf etdi və hanları hədəfləyən hücumlar həyata keçirildi. Çin Xalqının Silahlı Polisi hazır vəziyyətə gətirildi və 2 gün sonra yüzlərlə han həm polislərlə, həm də uyğurlarla döyüşməyə başladı. Çin Xalq Respublikası rəsmilərinin açıqladığı rəqəmə görə əksəriyyəti hanlardan olmaqla, ümumilik 197 nəfər həyatını itirmiş, 1721 nəfər yaralanmış, xeyli sayda maşın və bina dağıdılmışdı. İğtişaş günlərindəki polis axtarışları zamanı yoxlanılan bir çox uyğur yoxa çıxdı. Human Rights Watch-un bildirdiyi məlumata görə, belə halların sayı 43 nəfərdir. Real rəqəmlərin isə daha yüksək olması ehtimal edilir. Etirazlar Çinin cənubunda yerləşən Şaoquanda baş vermiş hadisəyə etiraz üçün başlanmışdı.
2011-ci il Bəhreyn iğtişaşları
Bəhreyndə müxalifətin çağırışı ilə "Qəzəb günü" aksiyası planlaşdırılır. Aksiyadan öncə polislə nümayişçilər arasında toqquşma olub. Təhlükəsizlik qüvvələri ölkənin cənub-qərbindəki Karzakan şəhərindəki bir şiə kəndində baş verən toqquşmada gözyaşardıcı qaz və plastik güllədən istifadə edib. Olayda yaralananların olduğu bildirilir. Qeyd edək ki, Bəhreyndə çoxluqdakı şiələr iqtidardakı sünni ailəsini onlara qarşı sistemli ayrı-seçkilik etməkdə suçlayırlar. Bəhreyn Kralı Həmad bin İsa Əl Xəlifə gərginliyi azaltmaq üçün hər ailəyə 2650 dollar verəcəyini açıqlayıb, hökumət isə keçən ilki təhlükəsizlik əməliyyatlarında həbs edilən, yaşı 18-dən az olan uşaqların azadlığa buraxılacağını vəd edib. Bəhreyndə kütləvi etiraz aksiyaları davam edir. Müxalifətdəki şiə "İslam Milli Birlik Assosiasiyası" Partiyası ("Vəfaq") ölkə parlamentindəki fəaliyyətini müvəqqəti dondurmaq qərarına gəlib. Vəfaq" bu minvalla paytaxt Manamada polisin dinc nümayişçilərə atəş açmasına və vətəndaşların güllələnərək öldürülməsinə etiraz edir. Partiya 40 yerlik Bəhreyn parlamentində 18 mandata malikdir.
2011-ci il Hindistan iğtişaşları
2011-ci il Hindistan iğtişaşları — Şərq ölkələrinin əksəriyyətini bürümüş etiraz hərəkatının tərkib hissəsidir. 2011-ci ilin fevral ayında Hindistanın paytaxtı Yeni Dehli şəhərinin küçələrinə 100 mindən çox insan axışıb. Onlar işsizliyin və ərzaq məhsullarının qiymətinin artırılmasının qarşısının alınmasını tələb edirlər. Bu, yüksək vəzifəli hökumət məmurlarının korrupsiya qalmaqalında adlarının hallanması fonunda son illər Hindistanda hökumət əleyhinə keçirilən ən böyük kütləvi aksiyadır.
2011-ci il Küveyt iğtişaşları
Toqquşma nəticəsində ən azı 30 nəfər yaralanıb. Əl-Cahar şəhərində keçirilən aksiyada mindən çox insan iştirak edib. Onlar əsasən köçəri həyat tərzi keçirən sakinlərdir. Nümayişçilər iş, pulsuz təhsil, tibbi xidmət tələb edib, Küveytin digər vətəndaşlarından fərqli olaraq, onlara bu imkanların yaradılmamasının ədalətsizlik olduğunu bildiriblər. Polis 50-dək nümayişçini həbs edib. Əmirliyin vətəndaşları bütün kommunal xərclərdən azad edildi, onların maaşları 2 dəfə artırıldı. Bundan başqa, hər kəsə pulsuz yemək və ayda 3500 dollar verilir... Ərəb ölkələrində kütləvi narazılıqlar və nümayişlər başlanandan sonra Küveyt əmirliyinin rəhbərliyi yaşananlardan nəticə çıxarmağa çalışıb. Əmirliyi idarə edən əs Səbah ailəsi dünyada indiyədək misli görünməmiş iş görüb və bir gecənin içində təəbələrini feodalizmdən kommunizmə keçirib. Prinsip etibarilə Küveytin yerli əhalisi olan 1 milyon ərəb indiyə qədər də pis yaşamırdı.
2011-ci il Liviya iğtişaşları
Liviya vətəndaş müharibəsi — 1969-cu ildən hakimiyyətdə olan Müəmmər Qəddafi və Ərəb Liqası, Avropa Birliyi, NATO və digər beynəlxalq təşkilatlar və dövlətlər tərfindən dəstəklənən Liviya Milli Keçid Şurası arasında baş vermiş hərbi münaqişə. == Tarixi == Münaqişə 2011-ci ilin fevral ayında вaş vermiş çıxışlar nəticəsində başladı. Bu çıxışlar Tunis və Misirdə yerli hakimiyyətlərin devrilməsilə nəticələnən tədbirlər səbəbilə başladı və qısa müddət ərzində vətəndaş müharibəsinə çevrildi. Qəddafinin əleyhdarları ölkənin şərqindəki bir sıra şəhərləri ələ keçirərək, Liviya qoşunları o cümlədədn də Afrikanın digər ölkələri, Çad Qvineya, Nigeriya, Kot-d'İvuardan olan muzdlularla amansız çarpışmalara girişdilər.}} Martın 5-də üsyançılar Liviya Milli Keçid Şurasının yaradıldığını və onun ölkədə legitim olan yeganə hakimiyyət mənbəyi olduğunu elan etdilər. Beynəlxalq ictimaiyyət bir neçə ölkəni çıxmaq şərti ilə Qəddafi və ona sadiq qoşunların hərəkətlərini tənqid etmişdi. Beynəlxalq Cinayətlərə dair Məhkəmənin rəyinə əsasən, Qəddafi bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilə bilərdi. 2011-ci ilin fevralın 26-da BMT Təhlükəsizlik Şurası Qəddafi və ona sadiq insanlara qarşı olan 1970 saylı qətnamə qəbul etdi. Daha sonra martın 18-də qəbul edilmiş 1973 saylı qətnamə ilə Liviya üzərində uçuşsuz bölgə yaradılır və silahsız xalqın müdafiəsi üçün "beynəlxalq işqal güclərinin hansısa formada istınilən Liviya ərazisində mövcudluğu" istisna olmaqla, istənilən addıma yol verdirdi. Bundan sonra, Qəddafi qüvvələrinin nəzarət etdiyi obyektlər bombalamalara məruz qalmışdı. Beynəlxalq qüvvələrin işə qarışması müharibənin gedişini dəyişdirdi.
2011-ci il Mavritaniya iğtişaşları
Yaxın Şərqdə baş qaldıran etiraz dalğası Mavritaniyaya da çatdı. Ölkədə islahatların aparılması tələbi ilə mitinq keçirilib. Bu barədə yerli polis nümayəndələri məlumat yayıb. Məlumata görə, mitinq dinc mahiyyət daşıyıb. Onların sözlərinə görə, mindən artıq insan paytaxt Nuakşotda sosial ədalətsizliyin aradan qaldırılması, həyat keyfiyyətinin yaxşılaşdırılması və işsizlik səviyyəsinin aşağı salınmasını tələb edib. Mitinqçilərin əksəriyyəti tələbələr və gənc insanlar olublar. Xatırladaq ki, fevralın 24-də Mavritaniyanın baş naziri Mulay uld Məhəmməd Laqdaf bəyan edib ki, hakimiyyət siyasi söz və nümayiş azadlığına zəmanət verir. O həmçinin qeyd edib ki, hökumət sosial problemlərin həllinə də səy göstərir.
2011-ci il Mərakeş iğtişaşları
2011-ci il Mərakeş iğtişaşları - Mərakeşdə kral VI Məhəmmədin hakimiyyətinə son qoyulması tələbi ilə keçirilən aksiyalar faciəvi hadisələrə yol açmışdır. Əl-Xoseym şəhərində aksiyaçılar bir bankın şöbəsini yandırıblar. Həmin vaxt binada olan 5 bank işçisi diri-diri yanıb. Mərakeş hakimiyyəti hadisə ilə bağlı araşdırma başladığını bəyan edib. Ümumiyyətlə, aksiyalar zamanı 128 nəfər yaralanıb, 120 nəfər saxlanılıb. Rabat və Kasablanka şəhərlərində keçirilən aksiyalar dinc xarakter daşısa da, mağazaları talan edən qruplar meydana gəlmişdi. Qeyd edək ki, Mərakeşdə 20 Fevral Hərəkatı “Facebook” sosial şəbəkəsi vasitəsi ilə ölkədə kral hakimiyyətinə, korrupsiyaya son qoymaq, həyat şəraitini yaxşılaşdırmaq tələbləri ilə aksiya təşkil edir. Mərakeşdə minlərlə nümayişçi paytaxt Rabatın küçələrinə çıxaraq kralın səlahiyyətlərinin azaldılmasını, korrupsiya ilə mübarizənin aparılmasını və siyasi islahatlar tələb ediblər. Nümayişlərə polis müdaxilə etməyib, etirazçılar əllərində Tunis və Misir bayraqları tutublar. Nümayişlərin təşkilatçısı olaraq “20 fevral hərəkatı” adlanan, Facebook səhifələrində qurulan hərəkat çıxış edir.
2011-ci il Oman iğtişaşları
Qadınlar da daxil olmaqla, yüzlərlə insan paytaxt küçələrinə çıxıb. Onlar hökumətdən siyasət, iqtisadiyyat, təhsil sahələrində dəyişikliklər tələb edir. Nümayişçilər korrupsiya, qiymətlərin artımı halları ilə mübarizəyə səsləyən şüarlar da səsləndirib. Polis aksiyaya müdaxiə etməyib və o, tam dinc şəraitdə keçib. Nümayişin təşkilatçıları haqda məlumat verilmir. Aksiyada daha çox gənclərin iştirak etdiyi bildirilir. Omanın Sohar və cənubdakı Salah şəhərlərində küçələrə çıxmış nümayişçilərlə polis və hərbçilər arasındakı toqquşmalarda 2 nəfər həlak olub, 8 nəfər yaralanıb. Etiraz aksiyası keçirən müxalifətçilər ölkədə siyasi islahatların keçirilməsini tələb edirlər. Polis Soharda nümayişi dağıtmaq üçün əvvəlcə rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib, sonra isə vətəndaşlara atəş açıb. Şəhərə qoşun yeridilib.
2011-ci il Suriya iğtişaşları
Suriyada vətəndaş müharibəsi – Suriyada 2011-ci ilin mart ayından bəri davam edən, hökumət qüvvələri və ABŞ, Avropa Birliyi ölkələri, Səudiyyə Ərəbistanı və Qətər tərəfindən dəstəklənən silahlı terrorçu qruplar arasında gedən silahlı qarşıdurmadır. Suriyada hökumət əleyhinə etiraz aksiyaları 2011-ci il martın 15-də başlayıb. Ən geniş aksiyalar ölkənin cənubunda, Deraa şəhərində keçirilib. İlk öncə nümayişlər dinc xarakterli olsa da, daha sonradan nümayişçilər arasında peyda olan təxribatçılar tərəfindən polisə və nümayişçilərə atəş açılıb. Burada polis və etiraz aksiyası iştirakçıları arasında baş vermiş toqquşmalar zamanı rəsmi 43 nəfər, qeyri rəsmi isə 100 nəfər həlak olub. Artıq 9 ilə yaxındır ki, davam edən toqquşmalarda milyonlarca insanın həlak olduğu qeyd edilir. Hal hazırda Suriyada əsas qüvvələr müxalif qüvvvələrin dəstəkçisi Türkiyə ilə Rejim qüvvələrinin dəstəkçisi Rusiyadır. Fevral ayının 29-da İdlibdə Rusiya Hərbi Hava Qüvvələri tərəfindən Türk Silahlı Qüvvələri mövqeyinə açılan raket zərbələri nəticəsində rəsmi 33, qeyri-rəsmi isə 100dən çox Mehmetçik şəhid olmuşdur. Hal hazırda Türk Silahlı Qüvvələrinin dəstəyi ilə Müxalif Qüvvələr Saraqib yaxınlığında Rejim qüvvələriylə şiddətli atışmalara girmişdir. == Etiraz nümayişləri == Suriyanın Dəraa şəhərində polis və hərbçilərə küçələrə çıxmış nümayişçilər arasındakı təxribatçılar tərəfindən atəş açılıb.
2011-ci il Səudiyyə Ərəbistanı iğtişaşları
Hökumət əleyhinə nümayişə çıxmış kütlə ilə polis arasında toqquşma başlayıb. Qətif şəhərində başlanmış toqquşmada polis səs qumbaralarından, rezin dəyənəklərdən istifadə edir. Bunun nəticə vermədiyini görən asayiş keşikçiləri havaya atəş açmağa başlayıb. Ən azı 1 nəfərin güllə yarası aldığı bildirilir. . Səudiyyə Ərəbistanın iqtidarın istefasını tələb edən qüvvələrlə polis arasında toqquşma olub. Ölkənin cənubunda əhalinin böyük hissəsini şiələrin təşkil etdiyi zəngin neft ehtiyatlarına malik Qətif bölgəsində keçirilən mitinqə polis sərt şəkildə müdaxilə edib. Polis öncə nümayişçilərə dağılışmağı əmr edib, sonra isə havaya atəş açıb. Daha sonra toqquşmalar başlayıb və 15 nəfər yaralanıb. Polisin aksiyanı dağıtmaq üçün həqiqi güllələrdən istifadə etdiyi bildirilir. Səudiyyə Ərəbistanı hökuməti şiələri İranın qızışdırdığını iddia edir.
2011-ci il Yəmən iğtişaşları
Yəmənin paytaxtı Sana şəhərində 30 ildən çoxdur ölkəni idarə edən prezident Əli Abdulla Salehin istefası tələbi ilə kütləvi aksiyalar başlayıb. Nümayişlərdə minlərlə adam iştirak edir. Mitinqlər Sana Universiteti də daxil olmaqla şəhərin 4 nöqtəsində başlayıb. Nümayişçilər hökumət əleyhinə şüarlar qışqırır. Qeyd edək ki, yanvarın 26-da Yəmənin cənubundakı şəhərlərin birində Fuad Sultan adlı sakin özünə od vurub. O, ağır dərəcəli yanıqlar alıb. İntihar cəhdinin səbəbi taksi sürücüsü işləyən F. Sultanın ailəsinin ehtiyaclarını ödəməkdə çətinlik çəkməsidir. Xatırladaq ki, Tunisdə icazəsiz ticarətlə məşğul olan gənc satdığı meyvə-tərəvəz polis tərəfindən müsadirə edildikdən sonra özünü yandırmış, bundan sonra ölkədə kütləvi etirazlar başlamışdı. Daha sonra Misirdə işsizlik, korrupsiya və qiymətlərin yüksək olmasına etiraz edən bir neçə nəfər özünü yandırıb və bu ölkədə də hakimiyyətə qarşı kütləvi aksiyalar başlayıb. Tunis və Misirdə baş verənlərdən həvəslənən yəmənlilər prezident və hökumətin istefasını tələb edir.
2011-ci il İordaniya iğtişaşları
İordaniya paytaxtında hökumət tərəfdarları ilə islahat tələb edən nümayişçilərin toqquşması ilə etiraz aksiyaları zorakı xarakter alıb. Şahidlər hökumət tərəfdarlarının nümayişçilərə hücum etməsi nəticəsində səkkiz adamın yaralandığını deyirlər.Yüzlərlə adam bu gün paytaxt Əmmanda islahatlar tələbi ilə nümayişə çıxıb. Bu nümayişlər ərəb dünyasında baş qaldıran inqilab dalğası fonunda keçirilir. İordaniyalılar konstitutsional islahatlar və Kral Abdullahın səlahiyyətlərinə məhdudiyyətlər qoyulmasını tələb edirlər. İordaniya kralı Abdulla ölkədə ümumi narazılıq fonunda xalqın hökumətdə rolunun artırılmasına imkan vermək üçün ən tez zamanda əsl siyasi islahatlar keçirilməsinə çağırıb. Kral Abdulla hökumət rəsmiləri, hakimlər və qanunvericilərə deyib ki, o, korrupsiyaya qarşı mübarizə səylərinin artırılmasını istəyir. İordaniyada yanvar ayından siyasi və iqtisadi dəyişikliklərin edilməsi məqsədilə nümayişlər keçirilir. İordaniyada minlərlə adam hökumətdə islahatlar və parlament seçkiləri tələbi ilə etiraz aksiya keçirib. Bu ölkədə etirazlar həftələrdir ki, səngimək bilmir. Amerikanın səsinin Əmmandakı müxbirinin bildirdiyinə görə, nümayişçilər "insanlar seçilmiş parlament tələb edir" şüarı səsləndirib.
2011-ci il İran iğtişaşları
İran müxalifətinin liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi Daxili İşlər Nazirliyinə müraciət edərək Misir və Tunis xalqlarına dəstək vermək üçün fevralın 14-də paytaxt Tehranda kütləvi yürüş keçirməyə icazə verilməsini istəyiblər.Nazir Mustafa Məhəmməd Nəccara müraciətdə deyilir: "Möhtərəm daxili işlər naziri cənab Nəccar! Bölgədəki xalq hərəkatlarına, o sıradan da hakim istibdada qarşı qiyama başlamış Misir və Tunis xalqlarına dəstək vermək üçün ölkə konstitusiyasının toplantıların keçirilməsinin azad olması ilə bağlı 27-ci bəndini nəzərə alaraq fevralın 14-ü İmam Hüseyn meydanından Azadlıq meydanı istiqamətində xalq yürüşünün keçirilməsinə icazə verilməsini tələb edirik". Misir və Tunisdə hökumət əleyhinə nümayişlərlərlə həmrəylik nümayiş etdirmək üç yürüşə çağırdığına görə müxalifət lideri Mehdi Kərrubini ev dustağı ediblər. Veb səhifədə deyilir ki, Kərrubinin evinin qarşısında dayana təhlükəsizlik qüvvələri onun ailə üzvlərinin evdən çıxmasına icazə verməyib. Dünən İranın baş prokuroru bildirib ki, Kərrubi və digər müxalifət lideri Mir Hüseyn Musəvinin bazar ertəsi nümayiş keçirmək üçün etdikləri müraciət istədiyi iranlılar arasında parçalanma yaratmaq məqsədi güdür. İran İnqilab Keşikçiləri Korpusunun ("Sepah") üzvü, Tehranın "Məhəmməd Rəsulullah" ordusunun komandanı Hüseyn Həmədani fevralın 9-da jurnalistlərə açıqlamasında Tunis və Misir xalqlarının qiyamına dəstək verməyə hazırlaşan müxalifətə qarşı sərt bəyanatlar səsləndirib. Müxalifət liderləri Mirhüseyn Musəvi və Mehdi Kərrubi fevralın 7-də Daxili İşlər Nazirliyinə müraciət edərək Misir və Tunis xalqlarına dəstək vermək üçün fevralın 14-də paytaxt Tehranda kütləvi yürüş keçirməyə icazə verilməsini istəyiblər. "Media forum" saytının məlumatına görə, müxalifət rəhbərlərini "cənazə" adlandıran Hüseyn Həmədani onları casusluqda günahlandırıb: "Fitnəçilər cənazədən başqa bir şey deyillər. Biz onların hər hansı bir hərəkətini yerindəcə şiddətlə əzəcəyik. Fitnəçilər bilməlidir ki, biz onları əks-inqilabçı və casus hesab edirik, onlarla çox kəskin davranacağıq".
2011-ci il İraq iğtişaşları
2011-ci il İraq iğtişaşları Tunis və Misir inqilablarının ardınca baş verdi. Onlar ən az 45 nəfərin ölümü, hansı ki, ən 29-u 25 fevral 2011-ci ildə ölmüşdü, ilə nəticələndi. 25 fevral "Qəzəb Günü" kimi yadda qalmışdı. Mart ayında Bəhreynə Səudiyyənin müdaxiləsinə qarşı bir neçə etiraz baş tutdu.
2011-ci il Əlcəzair iğtişaşları
12 fevral Əlcəzairin paytaxtı Əlcəzair şəhərində aksiyaçılarla polislər arasında qarşıdurma gedir. Lent.az-ın "France 24" telekanalına istinadən verdiyi məlumata görə, aksiyaçılar Əlcəzair prezidenti Abdelaziz Buteflikanın istefasını tələb edir, "Buteflika-rədd ol!" şüarları səsləndirirlər. Polis indiyə qədər 20 nəfəri saxlayıb. "France Presse" agentliyi isə artıq 2 min nəfərin polis səddini yardığı barədə məlumat yayıb. Misir ssenarisinin təkrarlanacağından qorxan Əlcəzair hakimiyyəti müxalifətə demokratik azadlıqların genişlənməsi, iş yerlərinin açılması və hökumət dəyişikliyi tələbi ilə kütləvi aksiya keçirməyə icazə verməsə də, insanlar küçələrə çıxıblar. Etiraz aksiyalarını müxalifət partiyalarının koalisiyası, sivil təşkilatlar və qeyri-rəsmi həmkarlar ittifaqları təşkil edəcək. Bundan öncə müxalifət dünən paytaxtda keçirilən nadir nümayişin iştirakçılarını alqışlamışdı. Həmin bu nümayiş küçələrə on minlərlə polisin çıxarılmasına baxmayaraq baş tutmuşdu. Tunis və Misirdə baş verən xalq üsyanlarından ruhlanan 2000-ə yaxın fəal paytaxtın 1 May meydanında toplaşaraq prezident Əbdüləziz Butelfikanın istefasını tələb ediblər. Bir çox fəallar polis barrikadalarını yararaq meydana çata bilmişlər.
Gəncə iğtişaşları (2018)
Gəncə iğtişaşları və ya digər adı ilə Gəncə hadisələri — 2018-ci il iyulun 10-da Gəncə şəhərində baş verən iğtişaş. Rəsmi məlumatlara əsasən iğtişaşlardan bir həftə əvvəl, iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov tərəfindən Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdi olundu. Sui-qəsd cəhdindən sonra Yunis Səfərovu müdafiə edən bir qrup şəxs Gəncə şəhərində iğtişaşlar törətdi. İğtişaşlar 2 polisin öldürülməsi, onlarla insanın yaralanması və 54 nəfərin həbs edilməsi ilə yadda qaldı. == Zəmin == 2018-ci il iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə şəhərinin icra başçısı Elmar Vəliyev və onun mühafizəçi Qasım Aşbazov Gəncə meriyasının inzibati binasının qarşısında naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldı və xəstəxanaya yerləşdirildi. Bir müddət sonra 1983-cü ildə Gəncədə anadan olan Rusiya vətəndaşı Yunis Səfərovun dərhal həmin ərazidə xidmət aparan polislər tərəfindən saxladıldığı məlum oldu. Bir müddət sonra bir sıra KİV-ləri həm Elmar Vəliyevin, həmdə Qasım Aşbazov xəstəxanada vəfat etdiyi haqqında xəbərlər yaydı. Amma xəbərlər həqiqətə uyğun deyildi. İyulun 6-da isə Elmar Vəliyevin müalicəsini İsraildə davam etdirəcəyi bildirildi. Elmar Vəliyevə qarşı sui-qəsdə ittiham olunan Yunis Rafiq oğlu Səfərov, 1983-cü il sentyabr ayının 29-da Gəncə şəhərində anadan olub.
Quba iğtişaşları (2012)
Quba hadisələri — 2012-ci ilin mart ayının 1-də Quba rayonunda baş verən hadisələr. == Səbəbləri == Quba rayonunun həmin dövr İcra Başçısı Rauf Həbibov keçirilən iclasların birində Quba camaatına qarşı təhqiredici ifadələrdən istifadə etmişdir. Təhqiredici ifadələrin işləndiyi video youtube portalında yayımlanandan sonra böyük bir kütlə tərəfindən mənfi qarşılanaraq mitinq tarixi kimi 1 Mart 2012-ci il seçilmişdir. == Gedişatı == Mitinq iştirakçıları Rauf Həbibovun evini yandırdılar, polis əməkdaşlarını daş atəşinə tutdular. Təxminən 15000 insanın iştirak etdiyi mitinq polis əməkdaşlarının və xüsusi təyinatlı əsgərlərin köməyi ilə çətinliklə də olsa yatırıldı. Mitinqdə iştirakçılar tərəfindən işlədilən təhqiredici ifadələrlə yanaşı "Daş atmayın əsgərə dəyər!" ifadəsi də yadda qalan əsas ifadələrdən biridir. Həmin gün saxlanılan şəxslər millət vəkili Vahid Əhmədovun köməyi ilə azad edilsələr də bir neçə gün sonra yenidən saxlanmışlar. == Nəticə == 2 mart 2012-ci ildə Rauf Həbibov Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilmişdir.
Qərbi Birulyovo iğtişaşları
Qərbi Birulyovo iğtişaşları — 2013-cü il oktyabrın 10-da Rusiya paytaxtının Qərbi Birulyovo rayonunda 25 yaşlı Y. Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi nəticəsində baş vermiş iğtişaşlar. Yuri Şerbakovun qafqazlı tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus milliyyətçisi və "skinhedlər" Qərbi Birulyovo rayonunda yerləşən "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək orada çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. "Skinhedlər" polislərə də müqavimət göstəriblər. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə və avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin yaralanıb. Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı O. Zeynalov oktyabrın 15-də Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb və vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib. Lakin sonradan ilkin istintaqa verdiyi ifadənin əksinə danışan O. Zeynalov bildirib ki, saxlanılan zaman ona qarşı hüquq-mühafizə orqanları tərəfindən kobudluq olub: "Mən vəhşicəsinə döyülmüşəm.
Suxumi iğtişaşları (1989)
Suxumi iğtişaşları — Sovet İttifaqı dövründə, 1989-cu ilin iyulunda Gürcüstan SSR-nin tərkibində olan Abxaziya MSSR-nin Suxumi bölgəsində abxaz və gürcü icmaları arasında artan etniklər arası gərginliyin səbəb olduğu və sonrasında Suxumidə və bütün Abxaziyada bir neçə gün davam edən küçə döyüşləri və sivil çaxnaşmalar. İğtişaşlar Suxumidə Tbilisi Dövlət Universitetinin filialının açılmasına abxaz etirazı olaraq başladı və 16 iyul 1989-cu ildə yeni universitetin yerləşməsi gözlənilən gürcü məktəbinin talan edilməsi ilə başa çatdı. Meydana gələn zorakılıq tez bir zamanda geniş millətlərarası qarşıdurma miqyası aldı. sovet ordusu vəziyyəti müvəqqəti nəzarətə götürdükdə, iğtişaşlar, əsasən aralarında gürcülərin olduğu 18 nəfərin ölümünə və 448 nəfərin yaralanmasına səbəb olmuşdu. Gürcüstanda millətlərarası zorakılığın ilk hadisəsi olan bu iğtişaşlar Gürcü-abxaz münaqişəsinin başlanğıcı kimi qəbul edilir. == Zəmin == 1921-ci ildən 1931-ci ilə qədər Abxaziya xüsusi bir statusa malik olan müqavilə ilə Gürcüstan SSR-yə birləşdirilən, lakin tam tabe olmayan yarım müstəqil müstəqil Sovet respublikası – Abxaziya Sovet Sosialist Respublikası idi. Abxaziya SSR-in Abxaziya MSSR-yə çevrilməsi və Gürcüstan SSR-nin nəzarəti altında olması abxazlar arasında tam olaraq qəbul edilməyən bir hərəkət idi. Bu hərəkətə qarşı çıxan etirazlar edildi və 1957, 1967 və 1978-ci illərdə bunlar dəfələrlə təkrarlandı. Yalnız 1978-ci ildə Suxumi Pedaqoji İnstitutunun müstəqil bir universitetə – Abxaziya Dövlət Universitetinə çevrilməsi daxil olmaqla, ya gürcü ya da sovet hökuməti tərəfindən bəzi güzəştlər edildi. Sovet İttifaqı daxilində yenidənqurma işlərinin başlaması ilə abxazların Gürcüstan SSR-dən ayrılma istəyinə yeni ümidlər yarandı.
İrəvanda kütləvi iğtişaşlar (2008)
1 mart hadisələri, 1 və 2 mart hadisələri, Meydan hərəkatı və ya 2008-ci il hadisələri — 19 fevral 2008-ci ildə Ermənistanda keçirilmiş prezident seçkilərindən sonra baş verən etirazlar silsiləsi. Seçkiləri müşayiət edən pozuntulara qarşı olan kütləvi etirazlar ölkənin paytaxtı İrəvanda keçirilmişdir. Etirazların təşkilatçısı prezidentliyə namizəd və Ermənistan Respublikasının ilk prezidenti olan Levon Ter-Petrosyan və onun tərəfdarları idilər. Mitinqçilərin hüquq-mühafizə orqanları ilə toqquşması zamanı azı 8 nümayişçi və 1 hərbçi həlak olmuşdur, 33 polis əməkdaşı xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanaya müraciət edənlərin ümumi sayı təxminən 230 nəfərə çatmışdır. Etiraz aksiyaları fevralın 20-də başladılmışdır və 10 gün ərzində İrəvanda davam etdirilmişdir. Teatr meydanında gün ərzində on minlərlə nümayişçi iştirak etmişdir, elə həmin gün onlarca çadır quraşdırılmışdır ki, nümayişçilər gecə də orada qala bilsinlər. Hakimiyyətin nümayişlərin dayandırmaq tələblərinə baxmayaraq, etiraz aksiyaları martın 1-dək davam etdirilmişdir. Martın 1-də səhər saatlarında polis dəyənəklər və elektroşokları istifadə edərək nümayişçiləri Azadlıq meydanından qovmuşdur. Nümayişçilərin əksəriyyəti Həmən vaxtı hələ yatırdı.
Urumçi iğtişaşları (2009)
2009-cu il iyul Urumçi iğtişaşları və ya Urumçi qarşıdurması — Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda başlayan və qarşıdurmalarla, iğtişaşlarla müşayiət olunaraq bir müddət davam edən hadisələr zənciri. İğtişaşlara səbəb Quanqdonqda yayılmış əsassız şayiələrdən sonra etnik hanlar tərəfindən iki uyğurun öldürülməsi və qatillərin həbs edilməməsi oldu. İğtişaşlar təxminən 1000 nəfər uyğurun etirazları ilə başladı. Lakin hadisələr tədricən başqa məcraya doğru inkişaf etdi və hanları hədəfləyən hücumlar həyata keçirildi. Çin Xalqının Silahlı Polisi hazır vəziyyətə gətirildi və 2 gün sonra yüzlərlə han həm polislərlə, həm də uyğurlarla döyüşməyə başladı. Çin Xalq Respublikası rəsmilərinin açıqladığı rəqəmə görə əksəriyyəti hanlardan olmaqla, ümumilik 197 nəfər həyatını itirmiş, 1721 nəfər yaralanmış, xeyli sayda maşın və bina dağıdılmışdı. İğtişaş günlərindəki polis axtarışları zamanı yoxlanılan bir çox uyğur yoxa çıxdı. Human Rights Watch-un bildirdiyi məlumata görə, belə halların sayı 43 nəfərdir. Real rəqəmlərin isə daha yüksək olması ehtimal edilir. Etirazlar Çinin cənubunda yerləşən Şaoquanda baş vermiş hadisəyə etiraz üçün başlanmışdı.
Qamışlı iğtişaşları (2004)
2004-cü il Qamışlı iğtişaşları — Suriya kürdlərinin 2004-cü ilin martında şimal-şərqdəki Qamışlı şəhərində üsyanı, Suriya Ərəb Silahlı Qüvvələri tərəfindən kürdlərə qarşı törədilən qətliam. "Ərəb kəməri" proqramı çərçivəsində Qamışlıya məskunlaşan ərəblərlə kürd sakinlər arasında onilliklər ərzində münasibətlər gərgin idi. 2004-cü ilin martında xaotik futbol matçı zamanı ərəb və kürd tamaşaçıları arasında toqquşma baş vermişdir. BƏƏS Partiyasının yerli ofisi kürd nümayişçilər tərəfindən yandırılmışdır. Onlar 2003-cü ildə Firdovsi meydanında heykəlin yıxılmasını əks etdirərək Qamışlı şəhərində Hafiz Əsədin heykəlini yıxmışdılar. Suriya Ordusu cəld cavab vermiş, əraziyə tanklar və helikopterlər tərəfindən dəstəklənən qoşunların yerləşdirilmiş və geniş dağıdıcı əməliyyatların başladılmışdır. Təhlükəsizlik qüvvələrinin şəhərə nəzarəti bərpa etməsi nəticəsində azı 30 kürd həlak olmuş, 160 nəfər yaralanmışdır. Təzyiqlər nəticəsində minlərlə suriyalı kürd İraq Kürdüstanına qaçmışdır. == Həmçinin bax == Suriya kürdləri == İstinadlar == == Əlavə ədəbiyyat == Tejel, Jordi. The Qamishli revolt, 2004: the marker of a new era for Kurds in Syria // Syria's Kurds: History, Politics and Society.
Şimali Qafqazda antisemit iğtişaşlar
Şimali Qafqazda antisemit iğtişaşlar — 2023-cü ilin oktyabr ayının sonlarında Rusiyanın Şimali Qafqaz regionunda baş tutmuş bir neçə şiddətli antisemit iğtişaşlar. Region əhalisinin əksəriyyəti müsəlmandır. İğtişaşlar 2023-cü ildə İsrail–HƏMAS müharibəsi zamanı baş vermişdir. Bu münaqişə dünyanın müxtəlif yerlərində antisemit hadisələrin artmasına səbəb olmuşdur. == Zəmin == Mahaçqala Hava Limanında baş verən hadisələrdən bir neçə gün əvvəl lokal "Telegram" kanalları hava limanındakı toplantıda iştirak etmək üçün çağırışlar etmişdir. Dağıstana gələn "İsrail qaçqınları" ilə bağlı mesajlar rus-ukraynalı siyasətçi İlya Ponomaryov tərəfindən açılan "Səhər Dağıstan" kanalında dərc olunmuşdu. Əvvəllər həmin "Telegram" kanalı 2022-ci ildə Şimali Qafqaz etirazlarını təşkil etmişdir. == Reaksiyalar == === Daxili === Dağıstanın rəhbəri Sergey Məlikov hadisəni kobud qanun pozuntusu adlandırmış və əlavə etmişdir ki, dağıstanlılar "haqsız insanların və siyasətçilərin hərəkətləri nəticəsində həlak olanların iztirablarına rəğbət bəsləyir və Fələstində sülh üçün dua edirlər". Dağıstanda ən çox yəhudi əhalisinin yaşadığı Dərbənd ravvini Ovadiya İsakov "Dağıstanda vəziyyət çox ağırdır" və "[yəhudi] icması çox qorxur … qaçmaq üçün yer yoxdur" demişdi. Şimali Qafqazın daha iki regionunun regional liderləri sakitliyə çağırış etmişdilər.
İxtisas
İxtisas müəyyən bilik sahəsi üzrə bölmələr; sənət, peşə; elm sahəsi; əmək hüququnda iş ixtisası və ayrı-ayrı işçilərin ixtisası fərqləndirilir. İş ixtisası iş növünün mürəkkəblik, dəqiqlik və məsuliyyət dərəcəsi ilə müəyyən edilir. insanın əmək fəaliyyətinin növü. Hər hansı istehsalat sahəsində məşğul olmağa imkan yaradan bilik və əməli vərdişlər kompleksi. İctimai əmək bölgüsünün geniş yayılmış növü olan ixtisas elmin, texnikanın, sənətin, yaxud incəsənətin ayrıca sahəsi kimi peşə daxilində formalaşır. Peşə və ixtisas insanın yaşaması və inkişafı üçün maddi imkan yaradır. O bu baxımdan hobbidən fərqlənir. İxtisas peşə daxilində formalaşır və peşə bir və ya bir neçə ixtisası əhatə edə bilər. Məsələn, müəllimlik peşəsi fizika müəllimi, kimya müəllimi, tarix müəllimi və s., mühəndislik peşəsi tikinti mühəndisi, elektrik mühəndisi və s. ixtisasları əhatə edir.
İqtisad
İqtisadiyyat — istehsal üsullarının fərqləndirilməsi xüsusiyyətləridir. İqtisad elminin adı bu sözdən, termindən alınmışdır. Geniş mənada iqtisadiyyat bütün iqtisadi bilik sahələrinin, eləcə də iqtisadi nəzəriyyənin öyrəndiyi, araşdırdığı obyektdir. == Tarixi == Elm tarixində ilk dəfə iqtisadiyyat sözünü, anlayışını qədim yunan alimləri işlətmişlər. O, Ksenofontun (e.ə-430–355) "Ev təsərrüfatı" və ya "Ev iqtisadiyyatı" deyilən əsərinin adından götürülmüş, sonra Aristotel (384–322) tərəfindən geniş şərh edilmişdir. Yunan sözü olan "Oykonomiya" iki sözdən- "oykos" (ev, təsərrüfat) və "nomos" (qayda, qanun) söz birləşmələrindən yaranmışdır. Bu mənada "Ekonomika" antik dövrün qul əməyinə əsaslanan ailə təsərrüfatının, ən çox natural təsərrüfat münasibətlərini ifadə edirdi. Təsərrüfat və onun idarəedilmə qanunları mənasını daşıyan bu anlayış sonralar mürəkkəb və geniş bir fəaliyyət dairəsini, bütövlükdə iqtisadiyyat mənasını ifadə etməyə başlamışdır. Hazırda dünyanın əksər ölkələrində, müxtəlif dillərdə "Ekonomiks" geniş anlamlı bir kateqoriya kimi işlədilməkdədir. Bizim və bir çox islam ölkələri xalqlarının dilində "ekonomika" ərəb dilindən alınmış "iqtisadiyyat", "iqtisad" kimi sözlərlə ifadə olunur.
Siyasi-iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. == Yaranması == Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. == Marks siyasi-iqtisadı == Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. == Neoklassik siyasi-iqtisad == Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
Siyasi iqtisad
Siyasi iqtisadiyyat — insan cəmiyyətinin müxtəlif inkişaf mərhələlərində həyat üçün zəruri vasitələrin istehsalı, bölgüsü və mübadiləsi qanunlarını öyrənən elm. == Yaranması == Siyasi-iqtisad müstəqil elmi sahə kimi XVI əsrin sonunda yaranıb. Siyasi-iqtisadın inkişafında xüsusi rolu A. Smit və D. Rikardo oynayıblar. Sürətlə inkişaf edən kapitalizm cəmiyətinin, onun maddi sərvətlərini (manufaktura, dənizçilik, ticarət və sairə)əsasları kimi, onun ictimai məcmusunda, ümumiyətlə əməyi elan edirdilər. Dəyərin əmək nəzəriyəsi əsasında əmək gəlirlərinin mənşəyinin izahına cəhd edilmişdir, eləcə də iqtisadi meyarlara əsasən burjua cəmiyətinin əsas sinifləri qeyd edilmişdir. == Marks siyasi-iqtisadı == Siyasi-iqtisadın elm kimi inkişafına, öz əsərlərində burjua cəmiyətini, onun hərəkət və inkişaf qanunlarını dərin və hərtəfərli təhlil edən, iqtisadi proseslərin təkamülünün zərurətini göstərən, K. Marks böyük töhfə vermişdir. Cəmiyətin öyrənilməsinə hərtərəfli baxış, Makrsa nəinki burjua cəmiyətinin mahiyətini (Kapital) açmağa, həm də onun ziddiyətlərini göstərməyə, onun inkişafının dərin meyllərini, xüsusi ilə elmini və məhsuldar qüvvələrini tətqiq etməyə imkan verdi. Marks qeyd edirdi ki tarixin hərəkətinin əsasında, spesifikası istehsalat münasibətləri ilə şərtlənən, istehsalın sosial forması durur. Marks dəyərin sosial əmək forması kimi, müvafiq olaraq əmək subyektlərinin (o vaxtki burjua cəmiyəti çərçivəsində — işçilərin və kapitalistlərin) tətqiqinə böyük önəm verirdi. == Neoklassik siyasi-iqtisad == Neoklassik nəzəriyənin (J. B Səy, A. Marşall, F. Hayek, L. Mizes, M. Fridmen və b.) əsasında iqtisadi təzahürlərin xarici formaları durur.
İqtibas nəzəriyyəsi
İqtibas nəzəriyyəsi — miqrasiya nəzəriyyəsi, “köçəri süjetlər” nəzəriyyəsi də adlanır. Müxtəlif xalqların folklorundakı oxşarlığı yerdəyişmə, iqrasiya (süjetlərin, poetik əsərlərin bir və ya bir neçə ölkədən başqa ölkələrə keçməsi) ilə izah edən nəzəriyyə. Dünya mədəni əlaqələrinin vüsət aldığı XIX əsrin 2-ci yarısında meydana gəlmişdir. Bu məktəbin nümayəndələrinin qənaətlərinə görə, dünya xalqları folklor mətnlərini eyni mənbədən götürmüşlər. İqtibas nəzəriyyəsinin yaranması, əsasən, alman filoloqu Teodor Benfeyin (1809-1881) adı ilə bağlıdır. O, 1859-cu ildə qədim hind abidəsi olan “Pançatantra”nı (“Kəlilə və Dimnə”) (1859) tərcümə və tədqiq edərək, belə qənaətə gəlmişdir ki, müxtəlif xalqların folklor, obraz, motiv və ya süjetlərinin oxşarlığı onların qohumluğu (Qrimm qardaşları) ilə deyil, qarşılıqlı mədəni-tarixi əlaqələrlə izah edilməlidir. Onun fikrinə görə, Qərbə nağıl süjetləri Şərqdən, daha doğrusu, hind nağıllarından keçmişdir, yəni folklor süjetlərinin ilk mənbəyi Şərqdir.Teodor Benfey öz nəzəriyyəsini əsaslandırmaq üçün hətta bu mətnlərin keçə biləcəyi istiqamətləri də müəyyən etməyə çalışmışdır. Bir sıra tarixi (xalqların böyük köçü, müharibələr – xüsusən də Makedoniyalı İsgəndərin yürüşləri, ərəblərin hücumu, səlib müharibələri və s. nəticəsində kütlələrin yerdəyişməsi) və mədəni (VIII əsrdən başlayaraq “Kəlilə və Dimnə”nin ərəb, fars, latın, yəhudi, fransız, ispan və s. dillərə tərcümə edilməsi və s.) ayrı-ayrı folklor süjetlərinin də bir ölkədən digərinə keçməsinə səbəb olmuşdur.
Əsasül-iqtibas
Əsasül-iqtibas — (fars. اساس‌الاقتباس‎) Məntiq elmində "bəşərin ustadı" hesab edilən Xacə Nəsirəddin Tusinin əsəridir. Öz sahəsində nadir və misilsiz olan bu qiymətli əsər, "şeyx-ər-rəis" adlanan İbn Sinanın "Şifa" adlı məntiq kitabından sonra məntiq elmi üzrə yazılmış ən yaxşı və ən mükəmməl kitab hesab edilir. Qeyd etmək yerinə düşər ki, məntiqə həsr olunan Əsasül-iqtibas əsərində Nəsirəddin Tusi İbn Sinanın ardıcılıdır. == Kitabın "Əsasül-iqtibas" adlanmasının səbəbi == Bu kitabın niyə məhz "Əsasül-iqtibas" adlanmasının səbəbi dəqiq məlum deyil. Ola bilsin ki, bu kitab məntiq barədə yazıldığından və bilidiyimiz kimi məntiq elmi digər elmlər üçün əsas rol oynadığından Xacə Nəsirəddin Tusi bu adı həmin kitaba münasib görmüş və kitabı belə adlandırmışdır. == "Əsasül-iqtibas"ın yazılma tarixi == Bu kitabın yazılma tarixinə gəldikdə isə əlyazma nüsxələrinin çoxunun sonunda qeyd edildiyi kimi onun yazılma tarixi [hicri qəməri tarixi ilə] 642/ m.1244-ci ildir. Deməli bu kitab tarixi baxımdan “Əxlaqi-Nasiri” kitabından sonra və “Şərh əl-İşarat” kitabından isə əvvəl yazılmışdır. == Kitabın üstünlükləri == Bu kitabın digər kitablardan üstünlüyü kimi onun fars dilində sadə yazılmasını, çox vaxt faydası olmayan irad və etirazlardan çəkinərək oxucunu sərgərdanlıqdan xilas etməsini, məntiqin bütün mövzularını əhatə etməsini qeyd etmək olar. == Nəsirəddin Tusinin əsərləri == Tusinin yorulmaz tədqiqatçısı olan Mudərris Rəzəvi Əsas əl-iqtibas əsərinin önsözündə onun 113 əsərinin adını qeyd etdikdən sonra 21 əsərin də adını qeyd edərək onların Tusiyə məxsus olub-olmaması barədə fikir ayrılıqlarının olduğunu qeyd etmişdir.
Beynəlxalq Siyasi İqtisad
Beynəlxalq Siyasi İqtisad və ya digər adı ilə Qlobal Siyasi İqtisad, beynəlxalq münasibətlər və iqtisadiyyatla əlaqəli ikiistiqamətli bir elm sahəsidir. BSİ-nin siyasi elmlər, sosiologiya, tarix və mədəniyyət kimi fərqli sahələrlə də bağlı olan aspektləri mövcuddur. Ən çox əlaqəli olduğu akademik mövzular isə Makroiqtisadiyyat, Beynəlxalq Biznes, Beynəlxalq İnkişaf vəİnkişaf İqtisadiyyatıdır. Beynəlxalq Siyasi İqtisad alimləriqloballaşma, beynəlxalq ticarət, beynəlxalq maliyyə, maliyyə böhranı, mikroiqtisadiyyat, makroiqtisadiyyat, inkişaf iqtisadiyyatı, beynəlxalq bazarlar, siyasi risk, sərhədlərarası iqtisadi problemlərin həllində dövlətlərin əməkdaşlığı və ölkələrarası iqtisadi güc balansı məsələləri üzrə elmi müzakirə və araşdırmaların tam mərkəzindədir. == Yaranması == BSİ-nin müstəqil sahə kimi formalaşması, təxminən, XIX əsrə təsadüf edir, çünki bu tarixə qədər BSİ-nin iqtisadiyyatla eyni məna daşıdığı düşünülürdü. İlk siyasi iqtisadçılar arasında Con Meynard Keyns, KarI Marks və digər önəmli şəxslərin adları var. == BSİ-dəki məsələlər == === Beynəlxalq Maliyyə === Beynəlxalq Ticarət və Maliyyə BSİ tərkibindəki ən önəmli mövzulardandır. Liberal baxış açısı XVIII əsrdə Adam Smit tərəfindən təqdim olunduqdan sonra Qərbdə maraq doğurmuş və uzun müddət öz elmi liderliyini qorumuşdur. Liberalizmə alternativ bir sistem 1940-cı illərdə Keynsçilik nümunəsi ilə meydana gəldi və 1970-ci illərin əvvəlinədək alimlərin diqqət mərkəzində qaldı. Keynsçiliyin əsasında daxili makroiqtisadi siyasətlə əlaqəli məsələr dayanırdı.
Praqa İqtisad Universiteti
Praqa İqtisad Universiteti (çex. Vysoká škola ekonomická v Praze) ― Çexiyanın Praqa şəhərində yerləşən, üçqat akkreditasiyalı dövlət universiteti. İqtisadiyyat təmayüllü universitetin əsası 1919-cu ildə Çex Texniki Universitetinin nəzdnində bank sektorunun və sənaye müəsssisələrinin idarəetməsinə dair dərslərin tədris olunduğu Praqa Ticarət Kollecinin qurulması ilə qoyulmuşdur. 1949-cu ildə Praqa Siyasət və İqtisad elmləri Universiteti olaraq yenidən formalaşdırılan ali təhsil müəssisəsi, 1953-cü ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərir. Hazırda 6 fakültədə bakalar, magistr və doktorantura dərəcələrində təhsil alan 19 min tələbəsi vardır. Ümumilikdə 3 kampusa malik universitetin əsas kampusu Praqanın Jijkov bölgəsində yerləşir. Praqa İqtisad Biznes Universiteti qabaqcıl idarəetmə məktəblərinin təmərküzləşdiyi "Universitetlərin Biznes Məktəblərinin İnkişafı Assosiasiyası"na (AACSB) Çexiyadan üzv olan yeganə ali təhsil müəssisəsidir. Eduniversal nəşrinin 2020-ci ildə dərc edilmiş akademik qiymətləndirmə hesabatında Praqa İqtisad Universiteti iqtisad elmlərində Şərqi Avropa regionu üzrə birinci olmuşdur. Universitetin Biznes idarəetməsi fakültəsi Çexiyanın ən nüfuzlu ali biznes məktəbi hesab olunur. Financial Times qəzetinin sıralamasına görə, Praqa İqtisad Universiteti idarəetmə ixtisası üzrə verdiyi təhsilin keyfiyyətinə görə dünyada ilk 25 ali təhsil müəssisə arasındadır.
İqtisad elmləri doktoru
Elmlər doktoru (rus. доктор наук) — elm sahələri üzrə doktoranturada verilən ən yüksək elmi dərəcə. == Haqqında == Elmlər doktoru elmi dərəcəsi 13 yanvar 1934-cü ildə SSRİ Xalq Komissarları Sovetinin qərarı ilə təsis edilib. Bu dərəcə müvafiq elm sahəsində fəlsəfə doktoru dərəcəsi olan və doktorluq dissertasiyası müdafiə etmiş şəxslərə verilir. Elmlər doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya müəllifin aparmış olduğu tədqiqatlar əsasında bütövlükdə, həmin elm sahəsində yeni perspektivli istiqamət kimi qiymətləndirilən, elmi müddəaları ifadə edən və əsaslandıran, yaxud xalq təsərrüfatı üçün siyasi və sosial-mədəni əhəmiyyət kəsb edən böyük elmi problemin həllini nəzəri cəhətdən ümumiləşdirən müstəqil iş olmalıdır.
Əsas əl-iqtibas
Əsasül-iqtibas — (fars. اساس‌الاقتباس‎) Məntiq elmində "bəşərin ustadı" hesab edilən Xacə Nəsirəddin Tusinin əsəridir. Öz sahəsində nadir və misilsiz olan bu qiymətli əsər, "şeyx-ər-rəis" adlanan İbn Sinanın "Şifa" adlı məntiq kitabından sonra məntiq elmi üzrə yazılmış ən yaxşı və ən mükəmməl kitab hesab edilir. Qeyd etmək yerinə düşər ki, məntiqə həsr olunan Əsasül-iqtibas əsərində Nəsirəddin Tusi İbn Sinanın ardıcılıdır. == Kitabın "Əsasül-iqtibas" adlanmasının səbəbi == Bu kitabın niyə məhz "Əsasül-iqtibas" adlanmasının səbəbi dəqiq məlum deyil. Ola bilsin ki, bu kitab məntiq barədə yazıldığından və bilidiyimiz kimi məntiq elmi digər elmlər üçün əsas rol oynadığından Xacə Nəsirəddin Tusi bu adı həmin kitaba münasib görmüş və kitabı belə adlandırmışdır. == "Əsasül-iqtibas"ın yazılma tarixi == Bu kitabın yazılma tarixinə gəldikdə isə əlyazma nüsxələrinin çoxunun sonunda qeyd edildiyi kimi onun yazılma tarixi [hicri qəməri tarixi ilə] 642/ m.1244-ci ildir. Deməli bu kitab tarixi baxımdan “Əxlaqi-Nasiri” kitabından sonra və “Şərh əl-İşarat” kitabından isə əvvəl yazılmışdır. == Kitabın üstünlükləri == Bu kitabın digər kitablardan üstünlüyü kimi onun fars dilində sadə yazılmasını, çox vaxt faydası olmayan irad və etirazlardan çəkinərək oxucunu sərgərdanlıqdan xilas etməsini, məntiqin bütün mövzularını əhatə etməsini qeyd etmək olar. == Nəsirəddin Tusinin əsərləri == Tusinin yorulmaz tədqiqatçısı olan Mudərris Rəzəvi Əsas əl-iqtibas əsərinin önsözündə onun 113 əsərinin adını qeyd etdikdən sonra 21 əsərin də adını qeyd edərək onların Tusiyə məxsus olub-olmaması barədə fikir ayrılıqlarının olduğunu qeyd etmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad Fakültəsi
Azərbaycan Dövlət İqtisad Universiteti
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. == Tarixi == === SSRİ dövrü === Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Azərbaycan Dövlət İqtisad İnstitutu
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. == Tarixi == === SSRİ dövrü === Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
Azərbaycan Maliyyə-İqtisad Kolleci
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci (Maliyyə-Kredit texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi, == Tarixi == Əvvəlki adı Azərbaycan Maliyyə-İqtisad Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlanmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Bank işi; Gömrük işi.
Ermənistan Dövlət İqtisad Universiteti
Ermənistan Dövlət İqtisad Universiteti – Ermənistannın İrəvan şəhərində yerləşən ali təhsil mərkəzi. Universitet 1975-ci ildə fəaliyyətə başlamışdır. Bakalavriat 4 il, magistraturası 2 il çəkir. == Fakultələri == === Menecment === Ermənistan Dövlət İqtisad Universitetində Menecment fakultəsi 1979-cu ildə təşkil edilmişdir. İlk əvvəllər iqtisadi əmək təşkilatı fakultəsi adlanırdı. Menecment adı isə Beynəlxalq iqtisadi əlaqələrin beynəlxalq iqtisadi əlaüələr fakultəsinə keçməsi ilə adlandırılmışdır. Fakultəyə daxil olan kafedralar: Mikroiqtisadiyyat kafedrası Əmək iqtisadiyyatı kafedrası Antiböhran və turizm idarəsi kafedrası YUNESCO təhsilinin idarəsi kafedrası Ali riyaziyyat kafedrası Xarici dillər kafedrası === Ənənəvi iqtisadiyyat və beynəlxalq iqtisadi əlaqələr === Fakultəyə daxil olan kafedralar: Makro iqtisadiyyat İqtisadi teoriya Beynəlxalq iqtisadi əlaqələr İqtisadi ishesal Fəlsəfə və erməni tsrixi (2012) Politalogiya (2012) === Maliyyə fakultədi === Fakultəyə daxil olan kafedralar: Maliyyə (2012) Bank işi və sığorta (2012) === Marketinq və biznesin təşkili === Fakultəyə daxil olan kafedralar: Marketinq Kommersiya və biznesin təşkili (2014) Mal dövrüyəsi və texnologiya (2012) Erməni və rus dili Fiziki tərbiyə (2012) === İnformatika və statistika fakultəsi === İnformatika və statistika fakultəsi 1975-ci ildə təşkil edilmişdir. 1991-ci ildən iqtisadi kibernetika, 2007-ci ildən isə İnformatika və statistika fakultəsi olaraq adlanır. Fakultəyə daxil olan kafedralar: Statistiks İqtisadi-riyaziyyat metodu İnformasiya sisteminin idarə olunması === Mühasibat uçotu və audit === Mühasibat uçotu və audit fakultəsi 2011-ci ildə təşkil edilmişdir. Gələcəkdə burada iqtisadi analiz ixtisası təşkil ediləcəkdir.
Leninqrad Maliyyə-İqtisad İnstitutu
Sankt-Peterburq Dövlət İqtisadiyyat və Maliyyə Universiteti (SPDİMU) rus. Санкт-Петербургский государственный университет экономики и финансов — Sankt-Peterburqda ali məktəb, Rusiyanın ən böyük ali təhsil və elmi mərkəzlərindən biridir. Webometrics betnəlxalq reytinqində dünya universitetləri arasında 3222-ci, Rusiya ali məktəbləri içərisində 6-cı yeri tutur. 1991-ci ildən Sankt-Peterburq universitetləri içərisində məzunları dövlət elitasında olan ali məktəblər içərisində ikinci, Rusiya üzrə isə 13-14-cü yer tutur. 1991-ci ildən 23 sentyabr Universitet günü kimi qeyd edilir. == Ədəbiyyat == История Ленинградского финансово-экономического института им. Н. А. Вознесенского. Л., 1989; Санкт-Петербургский университет экономики и финансов // Экономическая школа 1991. Т. 1, вып. 1.
Maliyyə-İqtisad Kolleci (Azərbaycan)
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci (Maliyyə-Kredit texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi, == Tarixi == Əvvəlki adı Azərbaycan Maliyyə-İqtisad Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlanmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Bank işi; Gömrük işi.
İqtisad və Sahibkarlıq Universiteti
İqtisad və Sahibkarlıq Universiteti — Qırğızıstan Respublikasıda olan ali təhsil müəssisəsi. == Tarixi == İqtisad və Sahibkarlıq Universiteti 1 aprel 1993-ci il tarixli Qırğızıstan Prezidentinin №VII-100 qərarı ilə yaradılmışdır. Bu kararnameye görə universitetə ​​başlanğıcda Cəlal-Abad Ticarət İnstitutu adı verilmişdir. (2005-ci ildə İqtisad və Sahibkarlıq Universitetinə çevrilmişdir). 1993-ci ildə Cəlal-Abad Ticarət İnstitutu, Cəlal-Abad Oblast Dövlət İdarəsi, Qırğızıstan Təhsil Nazirliyi və Türk Dünyası Araşdırmaları Vəqfi arasında imzalanan müqavilə əsasında Qırğız-Türk İşletme Fakültesi quruldu. 2008-ci ildən etibarən Türk Dünyası Qırğız-Türk İctimai Elmlər İnstitutu adını daşıyır. Bu institutun açılmasında Türk Dünyası Araşdırmaları Vəqfi başçısı Prof. Dr. Turan Yazqan'ın fəaliyyətləri böyükdür. Bu institutda Qırğızıstan vətəndaşları daxil Türkiyə, Rusiya, Qazaxıstan, Azərbaycan, Makedoniya, Gürcüstan, Suriya, Özbəkistan, Əfqanıstan vətəndaşları təhsil görməkdədirlər.
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci (Maliyyə-Kredit texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi, == Tarixi == Əvvəlki adı Azərbaycan Maliyyə-İqtisad Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlanmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Bank işi; Gömrük işi.
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci
Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci (Maliyyə-Kredit texnikumu) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi, == Tarixi == Əvvəlki adı Azərbaycan Maliyyə-İqtisad Kolleci olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Azərbaycan Maliyyə-İqtisad Kolleci adlanmışdır. == İxtisaslar == Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr mütəxəssislər hazırlanır: Bank işi; Gömrük işi.
Praqa İqtisad və Biznes Universiteti
Praqa İqtisad Universiteti (çex. Vysoká škola ekonomická v Praze) ― Çexiyanın Praqa şəhərində yerləşən, üçqat akkreditasiyalı dövlət universiteti. İqtisadiyyat təmayüllü universitetin əsası 1919-cu ildə Çex Texniki Universitetinin nəzdnində bank sektorunun və sənaye müəsssisələrinin idarəetməsinə dair dərslərin tədris olunduğu Praqa Ticarət Kollecinin qurulması ilə qoyulmuşdur. 1949-cu ildə Praqa Siyasət və İqtisad elmləri Universiteti olaraq yenidən formalaşdırılan ali təhsil müəssisəsi, 1953-cü ildən etibarən bugünkü adı ilə fəaliyyət göstərir. Hazırda 6 fakültədə bakalar, magistr və doktorantura dərəcələrində təhsil alan 19 min tələbəsi vardır. Ümumilikdə 3 kampusa malik universitetin əsas kampusu Praqanın Jijkov bölgəsində yerləşir. Praqa İqtisad Biznes Universiteti qabaqcıl idarəetmə məktəblərinin təmərküzləşdiyi "Universitetlərin Biznes Məktəblərinin İnkişafı Assosiasiyası"na (AACSB) Çexiyadan üzv olan yeganə ali təhsil müəssisəsidir. Eduniversal nəşrinin 2020-ci ildə dərc edilmiş akademik qiymətləndirmə hesabatında Praqa İqtisad Universiteti iqtisad elmlərində Şərqi Avropa regionu üzrə birinci olmuşdur. Universitetin Biznes idarəetməsi fakültəsi Çexiyanın ən nüfuzlu ali biznes məktəbi hesab olunur. Financial Times qəzetinin sıralamasına görə, Praqa İqtisad Universiteti idarəetmə ixtisası üzrə verdiyi təhsilin keyfiyyətinə görə dünyada ilk 25 ali təhsil müəssisə arasındadır.
Tofiq Hüseynov (iqtisad elmləri doktoru)
Tofiq Həsən oğlu Hüseynov – Azərbaycan iqtisadçısı, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, "Sənaye siyasəti və investisiya problemləri" şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor. == Həyatı == 1937-ci ildə Laçın rayonunun Şəlvə kəndində anadan olmuş, 1960-cı ildə K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun "Sənayenin iqtisadiyyatı" fakültəsini bitirmiş və "İqtisadçı" ixtisası verilmişdir. 1964–1967-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Tikinti və Arxitektura Komitəsinin Tikintinin İqtisadiyyatı İnstitutunun əyani aspiranturasında oxumuş, namizədlik dissertasiyasını müdafiə edərək Bakı şəhərinə qayıtmışdır. 1967–1980-ci illərdə Azərbaycan Respublikasının Dövlət Plan Komitəsinin elmi-tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri, elmi işlər üzrə direktor müavini və institutun direktoru vəzifəsində işləmişdir. 1980–2000-ci illərdə Dövlət Plan Komitəsində və Dövlət Əmlak Komitəsində şöbə müdiri işləmişdir. 1988-ci ildə Tofiq Hüseynova Azərbaycan SSR Nazirlər Sovetinin sərəncamı ilə təşəkkür elan edilmiş və mükafatlandırılmışdır. T. Hüseynov investisiya-tikinti kompleksinin iqtisadi problemlərinə həsr edilmiş 130-dan çox əsərin, o cümlədən, 5 monoqrafiyanın müəllifi və həmmüəllifidir. Elmi-tədqiqat işləri investisiya tikinti kompleksi, iqtisadiyyatın diversifikasiyası, iqtisadi-sosial səmərəlilik problemləri ilə bağlıdır. Tofiq Hüseynov "Azərbaycan Milli Ensiklopediyası"nda məqaləsi ("tikinti") dərc edilmiş müəlliflərdən biridir. Son 4 ildə ölkənin iqtisadi və sosial inkişaf problemlərinə həsr olunmuş 14 məqaləsi "Azərbaycan" və "Respublika" qəzetlərində nəşr edilmişdir.
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı (ADİU-nun Dərbənd filialı) — Azərbaycan ali təhsil müəssisəsinin Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhərində fəaliyyət göstərən filialı; Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Ümumi məlumat == Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı 1993-cü ildən Azərbaycan prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı sayəsində yaradılmışdır. Filialın yaradılmasında əsas məqsəd Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq , onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir. Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı dövrdən hal-hazıra qədər yüzlərlə gənclər filialı bitirərək məzun olmuşdur. Həmin məzunlar hal-hazırda Rusiya iqtisadiyyatın müxtəlif sahələrində müvəffəqiyyətlə işləyirlər. Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanır: Dünya iqtisadiyyatı; Maliyyə-Kredit; Mühasibat uçotu və audit; Gömrük işinin təşkili; İqtisadiyyatın hüquqi tənzimlənməsi. Filialın tədris korpusu Dərbənd şəhəri, Sovet küçəsi, 10-b ünvanında yerləşir. Filialda 400-dən çox tələbə təhsil alır. Filialda 3-nəfər elmlər doktoru, professor, 10 nəfər elmlər namizədi, dosent, 7 nəfər baş müəllim, 5 nəfər assistent və müqavilə ilə digər müəllimlər fəaliyyət göstərirlər.
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == === AMİ Zaqatala filialı === Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Zaqatala Politexnik Texnikumunun bazasında yaradılmışdır. 2000–2001-ci tədris ilində bakalavr pilləsi üzrə 13 nəfər tələbə ilə fəaliyyətə başlayan filialda dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayon təhsil şöbələri ilə birgə ümumtəhsil məktəblərin pedaqoji kadrları da ixtisasartırma və yenidənhazırlanma kurslarına cəlb olunmağa başlamışdır. 2006-cı ildən filialda pedaqoji fakültə fəaliyyət göstərmiişdir. Birinci tədris ilindən "İbtidai təhsilin pedaqogikası və metodikası", 2000–2001-ci tədris ilindən "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", 2002–2003-cü tədris ilindən "Riyaziyyat-fizika", 2003–2004-cü tədris ilindən "Azərbaycan dili və ədəbiyyat" və "Tarix", 2006–2007-ci tədris ilindən isə "Tarix-coğrafiya" ixtisasları əlavə olaraq ayrılmışdır. Hazırda fakültədə "Məktəbəqədər təhsilin pedaqogikası və metodikası", "İbtidai təhsilin pedaqogikası və metodikası", "Azərbaycan dili və ədəbiyyat", "Riyaziyyat-fizika", "Tarix", "Tarix-coğrafiya" ixtisasları üzrə ilkin müəllim hazırlığı aparılmışdır. Zaqatala filialında 1 avqust 2003-cü il tarixdən 2 kafedra — "Hümanitar fənlər və onların tədrisi metodikası" və "Təbiət fənləri və onların tədrisi metodikası" kafedraları fəaliyyət göstərmişdir. AMİ-nin Zaqatala filialında 3 kabinet fəaliyyət göstərmişdir: "Əlavə təhsil kabineti"; "Müasir təlim metodları və dayaq məntəqələri ilə iş kabineti"; "Kredit sistemi kabineti"; Filialın dislokasiya ərazisinə daxil olan Zaqatala, Balakən və Qax rayonları üzrə ümumtəhsil fənn müəllimlərinin ixtisasartırma təhsilinə cəlb edilməsi və yenidənhazırlanma kurslarının təşkili bu şöbənin əməkdaşlarının işinin əsasını təşkil edilmişdir. === ADPU Zaqatala filialı === Azərbaycan Respublikası Prezidentinin 26 noyabr 2015-ci il tarixli, 1582 nömrəli Sərəncamına əsasən Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə qoşulması nəticəsində Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı hesab olunmuşdur. === ADİU Zaqatala filialı === Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2016-cı il tarixli Sərəncamına əsasən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Zaqatala filialı Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı hesab olunmuşdur.
Azərbaycan orta-ixtisas təhsili müəssisələrinin siyahısı
== Dövlət == == Özəl == == Ləğv edilən == == Həmçinin bax == Azərbaycan peşə təhsili müəssisələrinin siyahısı == Mənbə == e-qanun.az: ""Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 noyabr 2011-ci il tarixli, 182 nömrəli Qərarı. (az.) e-qanun.az: ""Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2011-ci il tarixli, 118 nömrəli Qərarı. (az.) e-qanun.az: "Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 nömrəli Qərarı.
Qisas
Qisas (ərəb. قِصَاص‎); Qədim cəmiyyətlərdə qisas prinsipi əsasən törədilmiş cinayətdə şəxsin və ya mənsub olduğu qəbiləsinin bərabər cəzalandırılmasını nəzərdə tuturdu. Yəni gözə göz, dişə diş, qulağa qulaq, cana can. Köhnə cəmiyyətlərdə cinayətdə fərdiyyət prinsipi olmadığı üçün cinayətkarın əvəzinə başqası, məsələn, ən yaxın qohumu cəzalandırılabilərdi, çox vaxt ölümün qəsdən olub-olmamasından asılı olmayaraq hər can üçün can və ya qan qiyməti alınırdı. Başqa bir tətbiq cinayətkarın və qurbanın sosial vəziyyəti ilə bağlıdır. Qəbilə anlayışında, bir adam başqa bir tayfadan bir qadını, köləni və ya şərəfli bir şəxsi öldürdükdə, "qatilin mənsub olduğu qəbilədən oxşar statusa malik" bir adam bunun müqabilində öldürüləcək. Ümumi bir adət olaraq, ağanın kölə, atanın uşağa, ərin arvadına öldürülməsi qisas cəzası ilə cəzalandırılmır və qadını öldürən kişiyə qarşı qisas tətbiq edilmir. İslamda tətbiq üçün əsas ayə Əl-Bəqərədir; 178 ayə; : Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə fərz edildi. Azad şəxs azad şəxsin, qul qulun, qadın da qadının əvəzində (öldürülə bilər).
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec (Əvvəki adı:Bakı Dövlət Sosial-İqtisadi Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Azərbaycan Respublikasının Nazirlər Sovetinin 23 noyabr 1965-ci il tarixli 747 saylı qərarı və Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyinin 7 may 1966-cı il tarixli 128 saylı əmri ilə Bakı Plan-İqtisad Texnikumu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında” 26 avqust 2002-ci il tarixli 140 saylı qərarına əsasən Baki Plan-İqtisad Texnikumunun bazasında Bakı Dövlət Sosial-İqtisadi Kolleci fəaliyyətə başlamış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 sentyabr 2002-ci il tarixli 855 saylı əmrinə əsasən Kollecdə 13 ixtisas üzrə mütəxəssis hazırlığına icazə verilmişdir. Kollec 11 avqust 2005-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır (Dövlət qeydiyyatı şəhadətnaməsi № 11.05-A1-432). Azərbaycan Respublikası Nazirlər Kabinetinin11 iyul 2020-ci il tarixli 250 nömrəli "Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki Dövlət Regional Kollecinin yenidən təşkili və Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında" qərarı ilə Bakı Dövlət Sosial-İqtisadi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial-İqtisadi Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi. == İxtisaslar == Hal-hazırda Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr hazırlığı aparılır: Arxiv işi və kargüzarlıq; Mühasibat uçotu; Maliyyə işi; Vergi işi; Bank işi; Avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı; Sosial iş.
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kolleci
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollec (Əvvəki adı:Bakı Dövlət Sosial-İqtisadi Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi. == Tarixi == Azərbaycan Respublikasının Nazirlər Sovetinin 23 noyabr 1965-ci il tarixli 747 saylı qərarı və Azərbaycan Respublikası Ali və Orta İxtisas Təhsili Nazirliyinin 7 may 1966-cı il tarixli 128 saylı əmri ilə Bakı Plan-İqtisad Texnikumu yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Orta ixtisas təhsili müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi haqqında” 26 avqust 2002-ci il tarixli 140 saylı qərarına əsasən Baki Plan-İqtisad Texnikumunun bazasında Bakı Dövlət Sosial-İqtisadi Kolleci fəaliyyətə başlamış, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 sentyabr 2002-ci il tarixli 855 saylı əmrinə əsasən Kollecdə 13 ixtisas üzrə mütəxəssis hazırlığına icazə verilmişdir. Kollec 11 avqust 2005-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır (Dövlət qeydiyyatı şəhadətnaməsi № 11.05-A1-432). Azərbaycan Respublikası Nazirlər Kabinetinin11 iyul 2020-ci il tarixli 250 nömrəli "Bakı İdarəetmə və Texnologiya Kollecinin, Bakı Qida Sənayesi Kollecinin, Bakı Dövlət Sosial-İqtisadi Kollecinin, Bakı Humanitar Kollecinin, Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin, Sumqayıt Musiqi Kollecinin, Gəncə Dövlət Regional Kollecinin, Lənkəran Dövlət Humanitar Kollecinin, Şəki Dövlət Regional Kollecinin yenidən təşkili və Azərbaycan RespublikasıNazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında" qərarı ilə Bakı Dövlət Sosial-İqtisadi Kolleci Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan Sosial-İqtisadi Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi. == İxtisaslar == Hal-hazırda Kollecdə aşağıdakı ixtisaslar üzrə subbakalavr hazırlığı aparılır: Arxiv işi və kargüzarlıq; Mühasibat uçotu; Maliyyə işi; Vergi işi; Bank işi; Avtomatlaşmış sistemlərin və hesablama texnikasının proqram təminatı; Sosial iş.
Korner (iqtisadi)
Müdaxilə (iqtisadi)
Risk (iqtisadi)
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır. Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur.
İqtisadi sanksiyalar
İqtisadi sanksiya — hər hansı bir dövlət qurumu və ya bir qrup dövlət tərəfindən müəyyən səbəblərlə bir digər dövlətə (və ya quruma) tətbiq olunan cəza sistemi. Sanskiyalar iqtisadi əlaqələrin pozulması, tərəfdaşlığın ləğvi, həmin dövlətə yönəlmiş idxal və ixrac məhdudiyyəti formalarında təzahür edir. Sanskiyaların tətbiqi bir neçə səbəbdən ola bilər. Siyasi münaqişə zəminində baş verən sanksiyalar mahiyyət etibarilə daha çox rastlansa da, bu cür cəza sistemlərini hədəfə alınmış dövlətin öz vətəndaşlarına qarşı haqsızlıq etməsi, siyasi məhbuslar hallarının artması zamanı demokratiyanın bərqərar olması naminə atılan addım kimi də qiymətləndirmək olar.
İqtisadi sistem
İqtisadi sistem — özünün ictimai təşkili formasından asılı olmayaraq iqtisadiyyat sistem halında olur və fəaliyyət göstərir. İqtisadi sistemin mahiyyətini başa düşmək üçün ilk növbədə sistemin özünün nə demək olduğunu aydınlaşdırmaq çox vacibdir. == Sistemin quruluşu == Sistem dedikdə – vahid bir tamın məzmununa daxil olub, qarşılıqlı əlaqə, asılılıq və qarşılıqlı təsir halında olan, nizamla düzülmüş çoxsaylı komponentlərin məcmusu başa düşülür. Hər bir sistemin özü də yarımsistemlərdən ibarətdir. Çünki, hər bir sistem daxili komponentlərin özü də məzmuna malikdir və sistem halında olur. Bu sistemin başlıca xüsusiyyətlərindən biridir. Başqa bir xüsusiyyəti sistemdaxili ünsürlərin bir-birilə sıx bağlılığıdır. Onlar qarşılıqlı əlaqədə, qarşılıqlı asılılıqda və vəhdətlikdə mövcuddurlar. Hər bir sistemin öz əsası, daxili quruluşu, xarakterik xüsusiyyətləri özünə xas olan əlaqələndirici mexanizmi vardir. Bütün bu xüsusiyyətlər cəmiyyətin iqtisadi sisteminə də aiddir.
İqtisadi siyasət
iqtisadi siyasəti — hökümətin vergi səviyyələrini, dövlət büdcələrini, pul kütləsini və faiz dərəcələrini, habelə əmək bazarını, milli mülkiyyəti və dövlətin iqtisadiyyata müdaxiləsinin bir çox digər sahələrini təyin etmək sistemlərini əhatə edir. İqtisadi siyasət amillərinin əksəriyyətini hökumətin vergi və xərcləmə ilə əlaqədar hərəkətlərini və ya mərkəzi bankın pul kütləsi və faiz nisbətləri ilə əlaqəli hərəkətlərini nəzərdən keçirən maliyyə siyasətinə bölmək olar. Bu cür siyasətlər tez-tez Beynəlxalq Valyuta Fondu və ya Dünya Bankı kimi beynəlxalq qurumlardan və siyasi inanclardan və sonrakı partiya siyasətlərindən təsirlənir. == İqtisadi siyasətin növləri == İdarəetmənin demək olar ki, hər bir aspekti mühüm iqtisadi ölçüyə malikdir. Mövcud iqtisadi siyasət növlərinə bəzi nümunələr: Pul təklifi artımını həddindən artıq inflyasiyaya gətirib çıxarmayan bir nisbətdə tutmağa çalışan və iqtisadi dövrü düzəltməyə çalışan makroiqtisadi sabitləşmə siyasəti. Tariflərə, ticarət müqavilələrinə və bunları idarə edən beynəlxalq qurumlara istinad edən ticarət siyasəti. Böyümə siyasətləri İnkişaf iqtisadiyyatı siyasətləri Gəlirin, əmlakın və / və ya sərvətin yenidən bölüşdürülməsinə dair siyasətlər Həmçinin: tənzimləmə siyasəti, güvənsiz siyasəti, sənaye siyasəti və texnologiyaya əsaslanan iqtisadi inkişaf siyasəti. == İqtisadi siyasətin təsnifatı == İqtisadi siyasət sahəsində müxtəlif yanaşmalar və təsnifat meyarları mövcuddur. Sektor, institusional meyarlar əsasında yanaşanda aşağıdakı sahələri ayırmaq adətlidir: sənaye, kənd təsərrüfatı, sosial, nəqliyyat, xarici iqtisadi və digərləri. Funksional yönümlü yanaşmaya əsasən bunları ayırmaq mümkündür: maliyyə, struktur, konyunktura, qiymət, valyuta və digər iqtisadi siyasət sahələri.
İqtisadi sosiologiya
İqtisadi sosiologiya — sosial nəzəriyyə baxımından iqtisadi fəaliyyətin təhlilini əhatə edən sosial tədqiqatların istiqaməti. İntizam bütün sosial-iqtisadi proseslərin məcmuəsini - istər bazarlarla, istərsə də dövlətlə, ev təsərrüfatları və ya fərdlərlə əlaqəli olmasını öyrənir. Sosioloji metodlar da daxil olmaqla müxtəlif məlumat toplama və təhlil metodlarından istifadə olunur. İqtisadi sosiologiya insan hərəkəti, iqtisadiyyatın və cəmiyyətin inkişafı ilə bağlı spesifik fikirlərə əsaslanır. Davranışçı (pozitivist) yanaşma çərçivəsində iqtisadi sosiologiya “pul və digər varlıqların alınması və istifadəsi ilə əlaqəli böyük sosial qrupların davranışlarını öyrənən” elm kimi başa düşülür (F.N. İlyasov). == İnsan iqtisadi sosiologiya baxımından == İqtisadi sosiologiya klassik iqtisadi nəzəriyyənin təklif etdiyi insan modelindən yayınır. "İqtisadi insan" həddindən artıq eqoist və digər insanlardan təcrid olunmuş, həddindən artıq rasional və məlumatlıdır . İqtisadi maraq məntiqinə tabe olan avtomat kimi davranır. İqtisadi sosiologiyada insan aktyor olmaq və şəraitə baxmayaraq hərəkət etmək, həm iradə, həm də rahatlıq göstərməklə bir hərəkət məntiqindən digərinə keçə bilir. Bu, öz gələcəyini quran, ardıcıl və refleksiv hərəkətlər edə bilən bir insandır.
İqtisadi staqnasiya
Staqnasiya (ing. stagnation) — İqtisadiyyatda uzunmüddətli sürünən iqtisadi artımı ifadəsi. Adətən yüksək işsizliklə müşayiət olunur. Beləliklə, ÜDM-dəki artımın sürətinin gözləniləndən çox aşağı olması iqtisadi durğunluğu, yəni depressiya vəziyyətini şərtləndirir. Staqnasiya ilə resessiya ən çox qarışdırılan terminlər sırasında öndədir. Staqnasiya, uzun müddətli, önəmsiz yaxud sıfıra yaxın iqtisadi artımı ifadə etidiyi halda, resesiya bütövlükdə iqtisadi kiçilmə mənasına gəlir. == Səbəbləri == Staqnasiya vəziyyətini şərtləndirən amillər sırasında iqtisadi şoklar, iqtisadi struktur problemləri və s. vardır. Bütövlükdə iqtisadiyyatda yaxud spesifik bir iqtisadi və ya biznes tsikilində meydana çıxa bilər. == Nəticələri == Staqnasiya bir prosses kimi iqtisadi rifah halına çox ciddi təsir edir və inflasiya ilə birləşməsi halında staqflyasiya halının meydana çıxmasına rəvac verir.
İqtisadi statistika
İqtisadi statistika — iqtisadi məlumatların toplanması, işlənməsi, tərtibi, yayılması və təhlili ilə bağlı tətbiqi statistika və tətbiqi iqtisadiyyat mövzusu. Biznes statistikası və ekonometrikaya yaxından bağlıdır. Məlumatların özünü də "iqtisadi statistika" kimi adlandırmaq olar, lakin "iqtisadi məlumatlar" bu istifadə üçün daha çox yayılmış termindir.
İqtisadi tarix
İqtisadi tarix — insan iqtisadi fəaliyyətinin təkamül inkişafı və qarşılıqlı əlaqəsi ilə əlaqəli hadisələr və proseslərin öyrənildiyi bir elm sahəsi. İqtisadi tarix tarixi və iqtisadi elmlər arasında bir sərhəd xəttini tutur, sözdə baş verənlərdən biridir. == Funksiyaları == Bir elm olaraq, iqtisadi tarix bir sıra funksiyaları yerinə yetirir: idrak; praktik (praqmatik); dünyagörüşü proqnoz; tarixi; humanist. == Strukturu == İqtisadi tarixin daxili sahəsi müxtəlif meyarlara görə qurulula bilər: tarixi dövrə görə (Qədim dünyanın iqtisadi tarixi; İntibah; Sənaye İnqilabı və s.); coğrafi xüsusiyyətinə görə (Sibirin iqtisadi tarixi; Rusiya, Avropa və s.); iqtisadiyyatın sahələri və sahələri üzrə (ticarət tarixi; neft sənayesi və s.); iqtisadi infrastruktur elementləri ilə (pul dövriyyəsi tarixi, birja münasibətləri, fond bazarı və s.). == Metodologiya == Qlobal iqtisadiyyatın öyrənilməsində müxtəlif dövrlərdə dünyanın iqtisadi vəziyyətini müqayisə etmək üçün əsas olan induksiya və deduksiya, statistik məlumatların toplanması və işlənməsi kimi ümumi elmi tədqiqat metodlarından istifadə olunur. İqtisadi tarixin öyrənilməsi sahəsində sözdə xüsusi əhəmiyyət kəsb edir. "Tarixi metod." Bu metodun əsas xüsusiyyətləri XIX əsrin ən böyük iqtisadçı-tarixçilərindən biri alman alimi V. Rocher tərəfindən tərtib edilmişdir: iqtisadi prosesləri bütün xalqlar arasında müqayisə etmək lazımdır; müasir iqtisadi hadisələri müşahidə etməklə məhdudlaşmaq olmaz; İqtisadi qurumları təhqir etməyin və tərifləməyin. Bu metoddan istifadə edən alimlər iqtisadi sistemin inkişafı üçün vahid, universal qanunların olmadığını, müxtəlif ölkələr üçün iqtisadiyyatın yaxşılaşdırılması üçün vahid reseptlərin olmadığını düşünürlər ki, bu da əsasən tarixi inkişaf və coğrafi məkanların fərqliliyi ilə əlaqədardır. XX əsrin ikinci yarısında. Şərti fərziyyələrə əsaslanan düşüncə təcrübəsi olan saxta təsdiqləmə üsulu "nə olarsa" xüsusi populyarlıq qazandı.
İqtisadi tsikl
İqtisadi tsikl (dövr) (ing. Business cycle) — iqtisadi fəaliyyətdəki dalğalanmalar, təkrarlanan iqtisadi tənəzzüllərdən (tənəzzül, depressiya) və iqtisadi yüksəlişlərdən ibarətdir. Dövrlər dövri, lakin nizamsız xarakterlidir. Salınımların müddəti və genişliyi çox dəyişə bilər. İqtisadi dövrlərə bazar iqtisadiyyatı fenomeni kimi baxılır. Planlı iqtisadiyyatda dövrlər yoxdur, baxmayaraq ki planlı iqtisadiyyat da qeyri-bərabər böyüyə bilər. Müasir iqtisadiyyatda dövrlər ilk növbədə məhsul (ümumi daxili məhsul) və məşğulluq dalğalanmaları kimi müəyyən edilir. Lakin bunlarla yanaşı digər iqtisadi dəyişənlər (istehlak, investisiya, inflyasiya dərəcələri və s.) Dəyişir. Onların birgə dinamikası makroiqtisadi tədqiqatın mövzusudur. Analiz dövrlərin stokastik (təsadüfi) xarakterli olduğu, yəni müxtəlif xarici təsirlərin (şokların) yaratdığı fikrinə əsaslanır.
İqtisadi təhlil
İqtisadi təhlil (ing. economic analysis) — müəyyən iqtisadi hadisələrin, proseslərin, hərəkətlərin, nəticələrin öyrənilməsi və elmi tədqiqatı ilə əlaqəli və bir-birindən asılı metodlar. İqtisadiyyatda iqtisadi proseslərin inkişaf qanunauyğunluqlarını və meyllərini müəyyənləşdirmək, fəaliyyət göstəricilərinə müsbət və ya mənfi təsir göstərən əsas amilləri müəyyənləşdirmək və qiymətləndirmək üçün istifadə olunur. İqtisadi təhlilin köməyi ilə ayrı-ayrı sahələrin, birliklərin, müəssisələrin fəaliyyətinin yaxşılaşdırılması üçün istifadə olunmamış ehtiyatlar aşkar edilir. İqtisadi təhlilin nəticələri iqtisadi proseslərin proqnozlaşdırılması və uzunmüddətli planlaşdırılması, habelə gələcək effektiv inkişaf, gəlirli fəaliyyət üçün proqramlar və tövsiyələr hazırlamaq üçün istifadə olunur. == Tərifi == K.R. Makkonnell və S.L.Brüya görə iqtisadi təhlil iqtisadi qanunların müvafiq iqtisadi gerçəkliklərdən çıxarılmasıdır. == Statistik iqtisadi təhlil == Müəyyən şərtlərdə xüsusiyyətlərini aydınlaşdırmaq üçün iqtisadi bir fenomen haqqında iqtisadi məlumatların öyrənilməsi. Statistik təhlilin obyekti ayrı-ayrı müəssisə, rayon, bölgə, bütövlükdə dövlətin iqtisadiyyatı, eləcə də tədqiqat obyektlərinin cəmi barədə məlumatlar ola bilər. Statistik iqtisadi analiz üçün məlumatlar müxtəlif statistik mənbələrdən götürülür və eyni zamanda sosioloji müşahidələr nəticəsində əldə edilir. Statistik analiz tamamlanmış (bütövlükdə bir fenomenin vəziyyəti və inkişafının hərtərəfli öyrənilməsi) və qismən (fenomenin vəziyyətinin müəyyən şərtlərdə aydınlaşdırılması, işarələrin əlaqəsi, fenomenlərin dinamikası və s.) ola bilər.