Çiro İmmobile
Çiro İmmobile (it. Ciro Immobile, 20 fevral 1990[…], Torre-Annunsiata[d], Kampaniya) — İtaliyalı peşəkar futbolçu, "Latsio" klubu və İtaliya milli komandasının hücumçusu.
== Bioqrafiya ==
Futbolçu 20 fevral 1990-cı ildə İtaliyada, Neapol şəhəri yaxınlığında kiçik Torre Annunziata şəhərində dünyaya gəlib.
== Karyerası ==
=== Klub Karyerası ===
Çiro 2002-ci ildə 12 yaşında olarkən "Sorrento" klubunun uşaq komandasına qoşulub.
İtsedadlı Çiro 2008-ci ildə "Yuventus" skautlarının diqqətini cəlb edir və futbolçu "Yuventus"un gənclər komandasına qoşulur. Çiro 2009-cu ilin mart ayının 14-də, "Bolonya" ilə oyunun 89-cu dəqiqəsində Del Pyeronu əvəz edərək meydana daxil olur və Yuventusun heyətində A Seriyasında debut edir. Ancaq "Yuventus"da möhkəmlənə bilməyən futbolçu ardıcıl olaraq "Siena", "Qrosetto" və "Peskara" klublarına icarəyə verilir.
"Peskara"da İmmobilenin ulduzu parlayır və 2011/12 mövsumundə bu klubda 37 oyuna 28 qol vuraraq klubun A Seriyasında yüksəlməsinə yardımçı olur. Növbəti mövsum "Cenoa" klubu futbolçunun transfer hüququnun yarısını "Yuventus"dan alır və futbolçu "Cenoa" klubuna qoşulur.
2013-cü ildə "Torino" klubu futbolçunu transfer edir.