İNCİKLİK

is. İncimə, küsü, aradəymə, küsüşmə, narazılıq.
[Dəlilər] yedilər, içdilər, keflər kökəldi, damağlar cağ oldu, inciklik yaddan çıxdı. Koroğlu”.
Mirzə Süleyman atasını çox sevirdi və sağ olan vaxtında nə qədər inciklik vardısa, indi hamısını əfv edərdi… B.Talıblı.
Səttarzadə ailədə söz-sov, ovqattəlxlik görmüşdü, hətta bərk inciklik də xatırlayırdı. Mir Cəlal.

□ Araya inciklik salmaq – bir-birindən incitmək, küsüşdürmək, narazılıq salmaq.
[Hacı Murad:] Onlar istəyir ki, ata-oğul arasına inciklik salıb nəfbərdar olsunlar. S.S.Axundov.

İnciklik düşmək, araya inciklik düşmək – bir-birindən incimək, narazılıq düşmək.
[Salman:] Yoxsa neçə ilin ayrılığından sonra istəyirsən, aramıza inciklik düşsün? Ə.Haqverdiyev.

// İnciməyə səbəb olan hal, iş.
[Vəzir:] Bu gün mənə hər tərəfdən inciklik üz verir. M.F.Axundzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • İNCİKLİK İNCİKLİK Şöbədə bir inciklik olanda həmişə əl-ayağa düşüb canfəşanlıq eləyən Qulam, nədənsə bu dəfə laqeydlik göstərirdi (H
  • İNCİKLİK küsü — umu-küsü — narazılıq

Antonimlər (əks mənalı sözlər)

  • İNCİKLİK İNCİKLİK – RAZILIQ Zoranın sifətində dərhal inciklik əlaməti göründü (S.Vəliyev); Arvad razılıq verib, kəbin də kəsilib (Mir Cəlal)
İNCİKLİ
İNCİL
OBASTAN VİKİ
İnciklik
İnciklik — insanın haqsız yerə səbəb olmuş kədərə, təhqirə reaksiyası, eləcə də mənfi çalarlı emosiyalar və bunun doğurduğu hisslər. Buraya incimiş insanın qəzəbi və heç bir şeyin düzəldilə bilməyəcəyi bir vəziyyətdə özünə təəssüf hissi daxildir. O, ədalət anlayışı ilə sıx bağlıdır. Belə ki, insana ədalətsizlik üz verəndə o, inciyir. Tədqiqatçılar inciklik təcrübəsini fitri emosiya hesab etmirlər. Körpələrin arsenalında fitri qəzəb hissi var, lakin onlar hələ də mürəkkəb inciklik hissini mənimsəməyiblər. İnciklik adətən 2–5 yaş arasında öyrənilir, müntəzəm və ya yaradıcı şəkildə digər uşaqlardan, bəzən daha böyük uşaqlardan modellərdən mənimsənilir. Qəzəb duyğuları əvvəllər heç vaxt anadangəlmə olanlar siyahısında görünməmişdir. Hal-hazırda, bir çox təcrübəli psixoloqlar qeyd edirlər ki, uşaqlarında inciklik emosiyaları dərhal, sözün əsl mənasında doğuşdan yaranır.

Digər lüğətlərdə