INDUSTRY

n 1. sənaye; the car / Chemical / steel / nuclear ~ maşın / kimya / polad / nüvə sənayesi; to privatize ~ sənayeni özəlləşdirmək; product of ~ sənaye məmulatı; 2. əməksevərlik, zəhmətsevərlik; şey, çalışqanlıq; to praise smb. for his ~ bir kəsi əməksevərliyinə görə tərifləmək

INDUSTRIOUS
INEDIBLE
OBASTAN VİKİ
İndustry
Industry — Azərbaycan rok qrupu. Qrup 1994-cü ilin aprel ayında bas-gitarist Fuad Babayev tərəfindən yaradılıb. Azərbaycanda ilk grunge qrup sayılan "Industry"nin tərkibi vokalist Rüstəm Quliyev, bas-gitarist Fuad Babayev, solo-giratist Rüfət Mirzəyev və barabançı Eldar Topçubaşovdan ibarət olub. 1995-ci ildə qrupun tərkibində dəyişiklik baş verir. Qrupa yeni solo gitarist və dodaq qarmoşkası ifaçısı Nazim Abdullayev gəlir. Lakin o tezliklə qrupu tərk edir və onu Çingiz Ələkbərov əvəzləyir. Qrup məşqlərə ANS televiziyasının binasında icarəyə götürdüyü kiçik otaqda başlayır. Qrupun ilk fanatları onun musiqisini dinləmək üçün bura axışır. "Industry" 1995-ci ilin mayında Blakportda ilk debüt konsertini Mad Jam (1995), sonrakı konsertlərini isə Necropolis, LSD, Nemo və Crushing Heads - X-Ray qrupları ilə birgə verir. Qrup sonralar bir neçə festivalda ("Rok-fiesta", "Toçka oporı") iştirak edir.