İSMARLAMAQ

f.
1. Tapşırmaq. Dəvənin dizini bağla, Allaha ismarla. ( Ata. sözü ).
Rəhmətlik son nəfəsində əllərimi tutub dedi: – Gülcahan, Əşrəfi sənə, səni də Allaha ismarladım… A.Şaiq.
Bir söz ismarlamış bəlkə yar eli; Nədən anlaşılmaz quşların dili? Ə.Cavad.

2. Sifariş etmək, bir şey etməyi tapşırmaq. Dərziyə bir palto ismarladım.
– Həsən qulluqçunu çağırdı, çay ismarladı. Çəmənzəminli.

Синонимы

  • İSMARLAMAQ 1. İSMARLAMAQ, MESAJ GÖNDƏRMƏK, SİFARİŞ GÖNDƏRMƏK 2. İsmarlamaq bax tapşırmaq 1
  • İSMARLAMAQ tapşırmaq
İSMARLAMA
İSMARLANMA

Значение слова в других словарях