Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
İctimai xadim
İctimai xadim — ictimai məsələlərdə, cəmiyyətin siyasi, mədəni və peşəkar ehtiyaclarına könüllü xidmət göstərməsi ilə tanınmış olan şəxsdir.
Anar Kərimov (hərbi xadim)
Anar Təvəkkül oğlu Kərimov — Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru. Azərbaycan Milli Ordusu tarixindəki ilk Mühəndis Qoşunları Generalı. Birinci və İkinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin Rəisi. == Haqqında == Hərbi təhsilini 1985–1988-ci illərdə Cəmşid Naxçıvanski adina Hərbi Liseydə başlamış, 1988–1992-ci illərdə Ukraynada Ali Hərbi Məktəbdə təhsil almışdır. 2002-ci ildə Türkiyə Silahlı Qüvvələri Akademiyasını bitirmişdir. Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Almaniya və Türkiyədə müxtəlif qərargah və planlama kurslarında və təlimlərdə iştirak etmişdir. 2007-ci ildə ABŞ-də Antiterror Əməliyyatları kursunu bitirmişdir. 2014-cü ildə Dövlət Müdafiəsini İdarə etmə akademik kurslarını bitirmişdir. Anar Təvəkkül oğlu Kərimov 1992-ci ildən başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin birlik və birləşmələrində Mühəndis Xidməti rəsi, Silahlı Qüvvələrin Hərbi Akademiyasının "Mühəndis istehkam" kafedrasının rəisi vəzifəsində çalışıb. 2014-cü ildən Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisidir.
Xadim bəy Talış
Xadim bəy Xüləfa (fars. خادم بیگ تالش‎) — talış əsilli sufi və hərbi sərkərdə olub, Səfəvi nizamına, daha sonra isə ordenlə qurulan Səfəvi sülaləsinə qulluq etmişdir. Xadim bəy Soltan Əli Səfəvi və qardaşı İsmayıl Mirzənin uşaq ikən himayədarı və Şah İsmayılın (1501-1524) mühüm məsləhətçisi idi. Çaldıran döyüşündə həlak olmuşdur. == Həyatı == Xadim bəy Şah İsmayılın bir çox yürüşlərində, xüsusən də Ərəb İraqına qarşı bir kampaniyada xidmət etmişdir. 1508-ci ildə Şah Bağdadı fəth etdi və onu Bağdadın və bütün vilayətin ilk qubernatoru təyin etdi, bu titul Kərbəlanın müqəddəs hərəminə nəzarət etmək vəzifəsini özündə birləşdirdi. Bağdad qubernatorluğundan əvvəl o, Səfəvi imperiyasının Əmir-i Divanı (sonralar Divan-bəyi) idi. O, həmçinin 1498-ci ildən Səfəvi təriqətinin Xəlifət əl-Xulafa vəzifəsini tutmuşdur. == Ailəsi == Xadim bəyin nəvəsi Yadigar Əli Sultan Talış 1626-1627-ci illərdə qısa müddətə Xəlifət əl-Xulafa oldu və onun yerinə oğlu Bədr Xan Sultan Talış keçdi. == Həmçinin bax == Abdal bəy Talış == İstinadlar == == Mənbə == Floor, Willem.
Xadim bəy Xüləfa
Xadim bəy Xüləfa (fars. خادم بیگ تالش‎) — talış əsilli sufi və hərbi sərkərdə olub, Səfəvi nizamına, daha sonra isə ordenlə qurulan Səfəvi sülaləsinə qulluq etmişdir. Xadim bəy Soltan Əli Səfəvi və qardaşı İsmayıl Mirzənin uşaq ikən himayədarı və Şah İsmayılın (1501-1524) mühüm məsləhətçisi idi. Çaldıran döyüşündə həlak olmuşdur. == Həyatı == Xadim bəy Şah İsmayılın bir çox yürüşlərində, xüsusən də Ərəb İraqına qarşı bir kampaniyada xidmət etmişdir. 1508-ci ildə Şah Bağdadı fəth etdi və onu Bağdadın və bütün vilayətin ilk qubernatoru təyin etdi, bu titul Kərbəlanın müqəddəs hərəminə nəzarət etmək vəzifəsini özündə birləşdirdi. Bağdad qubernatorluğundan əvvəl o, Səfəvi imperiyasının Əmir-i Divanı (sonralar Divan-bəyi) idi. O, həmçinin 1498-ci ildən Səfəvi təriqətinin Xəlifət əl-Xulafa vəzifəsini tutmuşdur. == Ailəsi == Xadim bəyin nəvəsi Yadigar Əli Sultan Talış 1626-1627-ci illərdə qısa müddətə Xəlifət əl-Xulafa oldu və onun yerinə oğlu Bədr Xan Sultan Talış keçdi. == Həmçinin bax == Abdal bəy Talış == İstinadlar == == Mənbə == Floor, Willem.
Aslan Abbasov (siyasi xadim)
Aslan Məmməd oğlu Abbasov (11 mart 1950, Kirovabad – 11 iyun 2021, Bakı) — azərbaycanlı kimyagər alim və siyasətçi, Azərbaycan SSR Ali Sovetinin XII, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, İnsan Hüquqları Daimi Komissiyasının Sədr müavini (1995–2000), Azərbaycan Texnologiya Universitetinin Prorektoru (2016–2019), Yeni Azərbaycan Partiyası Səbail Rayonu Təşkilatının Siyasi Şurasının üzvü (1996–2021). == Həyatı == Aslan Məmməd oğlu Abbasov 1950-ci il martın 11-də Gəncə şəhərində doğulmuşdur. 1967–1972-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsində "Kimya mühəndisliyi" ixtisası üzrə ali təhsil almışdır. 1985-ci ildə Azərbaycan Elmi Tədqiqat Olefin İnstitutunda kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 11 iyun 2021-ci ildə Bakı şəhərində vəfat etmiş və doğma Gəncə şəhərində ailə məzarlığında dəfn edilmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin atasıdır. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır. Azərbaycanlı alim Lütviyyə Abbasovanın həyat yoldaşıdır. == Əmək fəaliyyəti == 2016–2019 Azərbaycan Texnologiya Universitetinin prorektoru.
Allahverdi Allahverdiyev (ictimai-siyasi xadim)
Allahverdi Adış oğlu Allahverdiyev (7 noyabr 1927, Qaradağlı – 1 iyul 1988, Ağdam rayonu) — Azərbaycanlı elm adamı və ictimai-siyasi xadim, Sovet dövrünün tanınmış ziyalısı, Sovet İttifaqı Kommunist Partiyası üzvü (1953), Ağdam rayonu Telman adına kolxozun sədri (1964–1988). == Həyatı == Allahverdi Allahverdiyev 7 noyabr 1927-ci ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olmuşdur. 1935-ci ildə Qaradağlı kənd məktəbinin birinci sinfinə daxil olub, orta təhsilini isə Ağdam şəhəri 1 nömrəli peşə məktəbində bitirib. Orta məktəb illərindən əmək fəaliyyətinə başlayıbdır (1942) .1944-cü ildə Komsomol sıralarına daxil olmuşdur. 1945-1950-ci illərdə Ernest Telman adına kolxozda ilk komsomol təşkilatının katibi seçilərək işləmişdir. Eyni zamanda Qiyabi təhsil aldığı Bakı Uçot Statistika məktəbini 1951-ci ildə bitirərək Ağdam rayonu Xanlar ve Telman adına kolxozda mühasib vəzifəsində fəaliyyətini davam etdirir. 1951-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin məntiq və Psixologiya şöbəsinə qəbul olub, 1956-cı ildə oranı fərqlənmə diplomuyla bitiribdir. Universıtet illərində əlaçı tələbə olmaqla yanaşı həm də çox fəal ictimaiyyətçi olub—həm universitetin Tələbə Elmi Cəmiyyətində, həm fakültə Komsomol təşkilatına rəhbərlik etmiş, həm də fakültə komsomol bürosunun katibi, fakültə partiya bürosunun üzvü və Univeristet Komsomol Komitesinin üzvü kimi fəallıq göstərmişdir. Tələbəlik illərində (1953) Sov.İKP sıralarına üzvlüyünə qəbul olub. Universiteti bitirdikdən sonra ona Elmi işçi fəaliyyəti təklif olunsa da, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi tələbnaməsi ilə fəal məzun kimi partiya işinə göndəriş alır.
Cəlal Məmmədov (ictimai xadim)
Cəlal Cabbar oğlu Məmmədov (9 dekabr 1918, İrəvan, İrəvan qəzası, İrəvan quberniyası, Ermənistan Demokratik Respublikası – 4 fevral 1983, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan ictimai və dövlət xadimi, yazıçı, tərcüməçi, "Azərbaycan" jurnalının baş redaktoru (1966–1975), Azərbaycan SSR Əməkdar incəsənət xadimi, SSRİ və Azərbaycan SSR Yazıçılar İttifaqının katibi. Mirzə Cabbar Məmmədzadənin oğlu, Mirzə Abbas Məhəmmədzadənin nəvəsi. == Həyatı == Cəlal Mirzə Cabbar oğlu Məmmədov 1918-ci il dekabrın 9-da görkəmli alim Mirzə Cabbar Məmmədzadənin (1882–1937) ailəsində doğulmuşdur. Mirzə Cabbar Məmmədzadə, öz növbəsində, fars dilinin gözəl mütəxəssisi kimi İrəvanda "Fars Abbas" adı ilə məşhur olan molla Abbas Məhəmmədzadənin (1846–1916) oğlu idi. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirsə də ədəbiyyata meyl etmişdir. "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin redaktoru, Azərbaycan Tədris-Pedaqoji Nəşriyyatında baş redaktor, Radio Verilişləri və Dövlət Televiziya Komitəsində sədr müavini, "Kommunist" qəzetində redaktor müavini vəzifələrində calışmışdır. 1966-cı ildə "Azərbaycan" jurnalının baş redaktoru təyin edilmiş, 1975-ci ildən ömrünün sonunadək isə Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir. Cəlal Məmmədov 1983-cü il fevralın 4-də 65 yaşında vəfat edib.
Eldar İsmayılov (ictimai xadim)
Eldar İsmayılov — Azərbaycanlı ictimai xadim, xeyriyyəçi-mesenat, türkoloq və naşir-publisist. “Dədə Qorqud” Milli Fondunun yaradıcısı və prezidenti (2007–h.h.); “Azərbaycan Dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru (1998–h.h.); “Veteranın Səsi” jurnalının baş redaktoru və təsisçisi (2015–h.h.); Rusdilli “Brifinq” qəzetinin yaradıcısı (2007–h.h.); Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Respublika Cəmiyyətinin vitse-prezidenti (2016–h.h.); Azərbaycan Jurnalistlər Birliyinin üzvü; Dünya Azərbaycanlıları Konqresinin üzvü. Diasporla İş üzrə Dövlət Komitəsi və dünyada yaşayan azərbaycanlılarla sıx və səmərəli əməkdaşlıq edir. Türk tarixini araşdırmaq üçün Dərbənd şəhərində müxtəlif qazıntı işləri təşkil etmişdir. Rəsm əsərləri sərgilərinin təşkilatçısıdır ("Dədə Qorqud uşaqların gözü ilə", müharibəyə həsr edilən əsərlər və s.). "Söz" müstəqil-ədəbi-publisistik jurnalının aprel-iyun 2019 xüsusi buraxılışı Eldar İsmayılovun 70, təsisçisi olduğu "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının 20 illik yubileyinə həsr olunub. == Həyatı == Eldar İsmayıl oğlu İsmayılov 1949-cu il iyulun 7-də Azərbaycan SSR-in paytaxtı Bakı şəhərində tanınmış ziyalı ailəsində anadan olmuşdur. 1968-1970-ci illərdə Sovet Ordusunda xidmət etmişdir. == Təhsili == Bakı şəhəri, Səbaril rayonunda tam orta təhsil alıb. 1971-1977-ci illərdə xidməti başa vurduqdan sonra Moskva şəhərində Xalq Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində iqtisadçı ixtisası üzrə ali təhsil təhsil alıb.
Elşad Quliyev (ictimai xadim)
Elşad Heybət oğlu Quliyev (23 yanvar 1941, Astarxanbazar – 27 may 2008, Bakı) — professor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1989), Beynəlxalq Ekoenergetika Akademiyasının elmlər doktoru, Beynəlxalq Televiziya Akademiyasının həqiqi üzvü. == Həyatı == Elşad Quliyev 23 yanvar 1941-ci ildə Cəlilabad şəhərində anadan olub. ADU-nun Filologiya fakültəsini və Moskva İctimai Elmlər Akademiyasını bitirib. 3 il Lənkəranda müəllimlik edəndən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləyib. 1966-cı ildə dublyaj şöbəsində tərcüməçi, sonra isə televiziya proqramları baş redaktoru olub. 1972-ci ildə Televiziya Komitə sədrinin birinci müavini təyin edilib. 1983-cü ildən 1990-cı ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb. 1992-ci ildə yenidən Azərbaycan Dövlət Teleradio Şirkətinə sədr təyin olunub. 1993-cü ildən 1994-cü ilə qədər Azərbaycanda ilk müstəqil televiziya kanalı olan BMTİ-nin baş direktoru işləyib. 1990–2008-ci illərdə həm də Bilik Maarifçilik Cəmiyyətinin sədri olub.
Namiq Məmmədov (ictimai xadim)
Namiq Məsim oğlu Məmmədov (1 fevral 1976, Arçut, Böyük Qarakilsə rayonu) — Azərbaycanlı iş adamı, mesenat, ictimai xadim. "Caspel" MMC şirkətinin idarə heyətinin sədri. İctimai Televiziya və Radio Yayımları Şurasının üzvü (2009–2015), "Tərəqqi" medalı laureatı (2014). == Həyatı == Namiq Məmmədov 1 fevral 1976-cı ildə Ermənistan SSR–in Quqark rayonunun Arçut kəndində (tarixi Qərbi Azərbaycanın Pəmbək mahalı) müəllim ailəsində anadan olmuşdur. Azərbaycanlıların Ermənistandan deportasiyası nəticəsində 1988-ci ildə doğulduğu kənddən ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. == Təhsili == Namiq Məmmədov 1983–1988-ci illərdə M. F. Axundov adına Arçut kənd orta məktəbində, 1988–1992-ci illərdə Bakı şəhəri 115 nömrəli tam orta məktəbdə oxumuş, 1992–1993-cü illərdə isə Bakı şəhərindəki 43 saylı Gənc İstedadlar Liseyində məktəb təhsilini başa vurmuşdur. 1993-cü ildə Xəzər Universitetinin "İqtisadiyyat və İdarəetmə" fakültəsinə daxil olmuş, sonradan köçürmə yolu ilə ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində "Mühəndis İqtisadiyyatı və İdarə olunması" fakültəsində davam etdirmiş, 2003-cü ildə ali təhsilini bitirmişdir. 2004–2008-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsilinə davam etmiş, oranı hüquqşünas ixtisası üzrə bitirmişdir. Daha sonra O. Y. Kutafin adına Moskva Dövlət Hüquq Universitetində (MDHU) hüquq təhsili almışdır. Hal-hazırda hüquq üzrə fəlsəfə doktoru (Phd) səviyyəsində təhsilini davam etdirir.
Rafiq Bayramov (ictimai xadim)
Rafiq Bayramov (tam adı: Rafiq Yasin oğlu Bayramov; 10 noyabr 1972, Bakı) — Fəxri mədəniyyət işçisi, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini (2018–2020). == Həyatı və təhsili == Rafiq Bayramov 10 noyabr 1972-ci il tarixində anadan olub. 1989-cu ildə Bakı şəhərinin 10 saylı orta ümumtəhsil məktəbini fərqlənmə medalı ilə bitirib, 1990–1995-ci illər ərzində Bakı Dövlət Universitetində təhsil almış, 1995-ci ildə BDU-nun tarix fakültəsini Fərqlənmə Diplomu ilə bitirmişdir. Ali təhsil ocağında oxuduğu müddətdə, BDU-nun "Tarixi tədqiqatlarda kompüterin və riyazi üsulların tətbiqi" elmi-tədqiqat laboratoriyasında laborant vəzifəsində işləyib, tarixi-tətbiqi araşdırmalarda iştirak edib və bir sıra elmi məqalələrin müəllifi olub. 1995–1997-ci illər ərzində ordu sıralarında — Azərbaycan Respublikasının Milli Qvardiyasında müddətli hərbi xidmətdə olub. == Fəaliyyəti == 1998–1999-cu illər ərzində Bakı şəhəri Nizami rayon İcra Hakimiyyətinin Gənclər və İdman İdarəsində, 1999–2001-ci illərdə Bakı şəhəri İcra Hakimiyyətinin Aparatın ictimai-siyasi şöbəsində məsul vəzifələrdə işləyib. 2001–2003-cü illərdə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyində baş təlimatçı, 2003–2006-cı illərdə Gənclər, İdman və Turizm Nazirliyində nazirin köməkçisi vəzifələrində çalışıb. 2006–2014-cü illər ərzində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində nazirin köməkçisi vəzifəsində işləyib. 2014-cü ilin iyul ayından təyinatadək Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri vəzifəsində çalışıb. 2015-ci ilin yanvar ayından Mədəniyyət və Turizm Nazirliyində "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq yaradılmış Müsabiqə Komissiyasının sədridir.
Ramil Qasımov (ictimai xadim)
Qasımov Ramil Adıgözəl oğlu (10 dekabr 1984, Bakı) – "Mədəniyyət" kanalının baş direktoru (2015–2020), Azərbaycan opera müğənnisi, Heydər Əliyev Sarayının direktoru (2020–2022), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru (2023-h.h). Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində musiqi kollektivlərinin bədii rəhbəri və Səsyazma Evinin keçmiş direktoru, Akademik opera və Balet teatrının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015). == Həyatı == Ramil Adıgözəl oğlu Qasımov 10 dekabr 1984-cü ildə Bakı şəhərində anadan olmuşdur. Ramil Qasımov peşəkar səhnə fəaliyyətinə 1999-cu ildə Azərbaycan Dövlət Akademik Musiqili teatrında teatrın aparıcı solisti kimi başlamışdır. 2011-ci ilə qədər onlarla tamaşada baş rollarda çıxış etmişdir. Paralel olaraq, 2004-cü ildən Azərbaycan Televiziya və Radio verilişləri Qapalı Səhmdar Cəmiyyətinin Cahangir Cahangirov adına xorun solisti kimi fəaliyyətə başlamışdır. Ramil Qasımov ali təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini opera və kamera ifaçısı, musiqişünaslıq ixtisası üzrə bitirdikdən sonra Gürcüstan Respublikasında Musiqi Akademiyasını vokal ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Eyni zamanda, ikinci təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Politologiya fakültəsinin Siyasi idarəetmə ixtisasını bitirmişdir. Ramil Qasımov ilk opera tamaşasında iştirakı, 2010-cu ildə Firəngiz Əlizadə və Nərgiz Paşayevanın "İntizar" operası ilə olmuşdur. O, 2011-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulmuş Üzeyir Hacıbəyovun "Koroğlu" əsərində baş qəhrəman olan "Koroğlu" rolu ilə debüt etmişdir.
Rəşid Mahmudov (ictimai xadim)
Rəşid İsmayıl oğlu Mahmudov (6 noyabr 1929, Mican, İsmayıllı rayonu – 2008) — Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, görkəmli publisist, naşir və ictimai xadim. == Həyatı == Rəşid Mahmudov 1929-cu il noyabrın 6-da İsmayıllı rayonunun Mican kəndində müəllim ailəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) jurnalistika şöbəsini, aspiranturanı, Ali Partiya Məktəbini bitirib. Keçmiş "Kommunist" qəzetində ədəbi işçi, şöbə müdiri, redaktor müavini, Azərbaycan KP MK-da mətbuat bölməsinin müdiri, inspektor, Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi, "Kommunist" qəzetinin redaktoru , "Azərbaycan kommunisti" – "Kommunist Azerbaydjana" jurnalının baş redaktoru, Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifələrində işləyib. Respublika Jurnalistlər İttifaqına, "Kitab" Cəmiyyətinə rəhbərlik edib. Azərbaycan KP MK-nın üzvü, dörd çağırış respublika Ali Sovetinin deputatı, mədəniyyət daimi komissiyasının sədri seçilib. Respublikanın "Əməkdar jurnalisti" fəxri adına, "Qızıl qələm", "Üstad" ali jurnalistika mükafatlarına, bir sıra orden və medallara layiq görülüb. 1973-cü il iyulun 4-də Rəşid müəllim Zaqatala rayonuna işləməyə göndərilir. O, yeddi ilə yaxın bir müddətdə bu rayonda işləyir. Rəşid Mahmudov Zaqatala Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalış, Rəşid Mahmudovun 1988–1991-ci illərdə Azərbaycan Dövlət Mətbuat Komitəsinin sədri vəzifəsində çalışmışdır.
Tofiq Süleymanov (ictimai xadim)
Tofiq İbrahim oğlu Süleymanov — Azərbaycan Milli Aerokosmik Agentliyinin Baş direktorunun I müavini, texnika elmləri doktoru, professor. == Həyatı == Tofiq İbrahim oğlu Süleymanov 16 may 1955-ci ildə Ermənistanın Krasnoselo rayonunun Gölkənd kəndində anadan olmuş, 1972-ci ildə orada orta məktəbi bitirmişdir.1972–1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyat fakültəsində təhsil almış, həmin ildən Azərbaycan SSR Elmlər Akademiyasının (AMEA)"Kaspi" Elmi Mərkəzində (indiki Milli Aerokosmik Agentliyində) əmək fəaliyyətinə başlamışdır. O, 1978–1993-cü illərdə həmin təşkilatda mühəndis-riyaziyyatçı, kiçik elmi işçi, aparıcı elmi işçi, sektor rəisi, şöbə rəisi, 1993–2004-cü illərdə MAKA aparatında Elmi-texniki idarə rəisinin müavini, Elmi-Tədqiqat Aerokosmik İnformatika İnstitutunda şöbə rəisi, elmi katib, elmi işlər üzrə direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən MAKA-nın Baş direktorunun birinci müavini, 2007–2008-ci illərdə MAKA-nın Ekologiya İnstitutunun direktoru olmuş, 2008-ci ildən indiki dövrə qədər yenidən MAKA-nın Baş direktorunun birinci müavini vəzifəsində çalışır. Ailəlidir, iki övladı var. == Təhsili == 1972–1977-ci illərdə Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsi, tələbə; 1979-cu ildə Ümumittifaq "Alqoritm" Elm-İstehsalat Birliyinin Elmi-Tədris Mərkəzində dinləyici (Moskva şəhəri) ; 1979–1982-ci illərdə elmi təcrübəçi, aspirant – (SSRİ EA-nın Kosmik Tədqiqatlar İnstitutu, SSRİ Dövlət Hidrometeorologiya Komitəsi, Moskva şəhəri); 1988-ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin "Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutu"nda dinləyici (Moskva vilayəti, Kalininqrad şəhəri); 1991-ci ildə SSRİ Ümumi Maşınqayırma Nazirliyinin "Rəhbər İşçilərin və Mütəxəssislərin İxtisasartırma İnstitutut"nda dinləyici (Moskva vilayəti, Kalininqrad şəhəri); 1999–2003 illərdə 3324.07- "məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə doktorluq hazırlığı. == Elmi dərəcəsi == 2006-cı il – 3324.07- "Məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə texnika elmləri doktoru; 2012-ci il – 3324.07- "Məsafədən aerokosmik tədqiqatlar" ixtisası üzrə professor. == Pedoqoji fəaliyyəti == 1990–1995-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "İnformasiya – ölçmə sistemləri" kafedrasında dosent; 2005-ci ildən indiki dövrə qədər Milli Aviasiya Akademiyasının "Ətraf mühitin aerokosmik monitorinqi" kafedrasında dosent, professor. == İctimai fəaliyyəti == 1985–1992-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin Gənc Alimlər Təşkilatının sədr müavini, sədri; 1999-cu ildən "Dövlət İmtahan Mərkəzində" imtahan rəhbəri; 2004-cü ildən MAKA-nın Birləşmiş Elmi-Texniki Şurasının sədr müavini; 2005–2011-ci illərdə MAKA-da fəaliyyət göstərən Dissertasiya Şurasının elmi katibi; 2007-ci ildən "AMAKA-nın Xəbərləri" jurnalının Baş redaktorunun müavini; 2007-ci ildən MAKA-nın Ekspert Şurasının sədri; 2007-ci ildən MAKA-nın Direktorlar Şurasının üzvü, hal-hazırda Direktorlar Şurasının sədr müavini; 2011-ci ildən YAP MAKA Ərazi İlk Partiya Təşkilatının sədri; 2016-cı ildən YAP Binəqədi Rayon Təşkilatının Şura üzvü; == Mükafatları == 1985 – Azərb. SSR Elmlər Akademiyasının Kosmik Tədqiqatlar Elm- İstehsalat Birliyinin "Ən yaxşı gənc alimi diplomu" 1991 – SSRİ Kosmonavtika Federasiyasının "Akademik S. P. Korolyov adına medalı" 2004 – AMEA-nın Yer Elmləri Bölməsinin "Fərmanı" 2005 – AMEA-nın "Fəxri Fərmanı" 2010 – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi medalı" (11 dekabr,№ 1232) 2013 – YAP Binəqədi Rayon Təşkilatının "Fəxri Fərmanı" 2017 – Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin "Fəxri Fərmanı" 2017 – YAP Binəqədi Rayon Təşkilatının "Fəxri Fərmanı" == Elmi maraq dairələri == Hesablama riyaziyyatı və informasiya nəzəriyyəsi; Məsafədən müşahidənin kosmik sistemləri; Kosmik məlumatların emalı metodları; Məsafədən müşahidənin tətbiqi məsələləri; Aerokosmik ekoloji monitorinq.
Çingiz Abdullayev (ictimai xadim)
Çingiz Əli oğlu Abdullayev (1 aprel 1960, Ağstafa) — professor, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, Alman–Azərbaycan Cəmiyyətinin sədri (1994—), "Azərsu" ASC-nin sədrin müşaviri (2011—), sülh səfiri, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin fəxri üzvü. == Ümumi məlumatlar == Çingiz Abdullayev 1 aprel 1960-cı ildə Ağstafa şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1977–1982-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır. 1982–1985-ci illərdə Keşlə maşınqayırma zavodunda mühəndis olaraq başlamışdır. 1985–1990-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında əyani aspirant, elmi işçi və müəllim işləmişdir. 1990–1994-cü illərdə Alman–Azərbaycan Cəmiyyətinin Azərbaycanda nümayəndəsi olmuşdur. 2008–2011-ci illərdə Bakı Slavyan Universitetinin V.f.Humbolt adına tədris və mədəniyyət mərkəzinin rəhbəri olmuşdur. 2011–2015-ci illərdə Bakı Slavyan Universitetinin Avropaşünaslıq kafedrasının professoru, Ölkəşünaslıq laboratoriyasının elmi işçisi vəzifəsində işləmişdir. 2013–2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının eksperti olmuşdur. 2011–2012 və 2015–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dissertasiya Şurasının üzvü olmuşdur.
Yusif Vəliyev (ictimai xadim)
Faiq Baxşəliyev (ictimai-siyasi xadim)
Faiq Nəsir oğlu Baxşəliyev (1951, Kotavan, Ağdaş rayonu – 31 dekabr 2013, Mingəçevir) — Azərbaycan SSR Ali Soveti XII çağırış üzvü, Mingəçevir və Ağdaş icra hakimiyyətlərinin başçısı. == Həyatı == 1951-ci ildə Ağdaş rayonunun Kotavan (Ağdaş) kəndində kolxozçu ailəsində anadan olmuşdur. 1957-ci ildə Kotavan (Ağdaş) kəndinin 8 illik məktəbinin 1-ci sinifinə daxil olub. 1967-ci ildə Ağdaş rayonu Ləki qəsəbəsi orta məktəbini bitirmişdir. 1967-ci ildə Azərbaycan Texniki Universitetinin Avtomobil İstismarı fakultəsinə daxil olmuş və 1972-ci ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1973–1981-ci illərdə Mingəçevir Texniki İnstitutunda müəllim işləmişdir.1981–1990-cı illərdə Mingəçevir şəhər Avtobazasında istismar şöbəsinin rəisi vəzifəsində çalışmışdır. 31 dekabr 2013-cü ildə Mingəçevirdə vəfat etmişdir. 2 oğlu, 1 qızı, 3 nəvəsi var. == Siyasi fəaliytəti == 1990-cı ildə Azərbaycan SSR Ali Soveti XII çağırış deputatı seçilmişdir. 1991–1992-ci illərdə Mingəçevir şəhərinin, 1993–1996-cı illərdə Ağdaş rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
Sahib Məmmədov (ictimai-siyasi xadim)
Sahib Məlik oğlu Məmmədov (15 dekabr 1962, Ucar) — ictimai-siyasi xadim, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü (2008–2021-ci illərdə), Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri. Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktory == Həyatı və əmək fəaliyyəti == 15 dekabr 1962-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunun Müsüslü kəndində dəmiryolçu ailəsində doğulmuşdur; 1970–1980-ci illərdə Ucar rayon Müsüslü kənd orta məktəbində təhsil almışdır; 1981–1991-ci illərdə (donanmada xidmət illəri çıxılmaqla) Bakı Tunel Tikintisi İdarəsində işləmişdir. Əmək fəaliyyətinə Şimali Qafqazda, Baksan dərəsində, Neytirino qəsəbəsində abservatoriya tikintisində başlamışdır; 1981–1984-cü ildə SSRİ Hərbi Dəniz Donamasının Sakit Okean Donanmasında müddətli hərbi xidmət keçmişdir. Sakit Okean Donamasının 17-ci Operativ Eskadrasının tərkibində Cənubi Vyetnamada (Kam-Ran yarımadası) döyüş xidmətində olmuşdur. Həmin eskadranın tərkibində həmçinin Yemən (Sakkotra adası), Efiopiya (Daxlaq adası), Polşa (Qdınıya) xidmətinin davam etdirmiş və Baltik Donamasından tərxis olunmuşdur. Hərbi xidmətlərinə görə "Uzaq səfərlərə görə" medalı ilə və digər hərbi təltiflərə layiq görülmüşdür; 1985–1991-ci illərdə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsində coğrafiya ixtisası (həmçinin coğrafiya müəllimi) üzrə təhsil almışdır; 1997–2003-cü illərdə "Odlar Yurdu" Universitetində hüquqşünası ixtisası üzrə ikinci təhsil almışdır; 2002–2004-cü illərdə Polşada (Varşava) İnsan Hüquqları üzrə Beynəlxlaq Ali Kursu bitirmişdir; 1987–1991-ci illərdə Milli Azadlıq Hərəkatında fəal iştirak etmişdir. 1987-ci ildə İşlədiyi Bakı Tunel Tikintisi İdarəsində bir neçə həmkarı ilə birgə "Azad həmkarlar birliyi" adlı yarımleqal təşkilat yaratmışdır və ona rəhbərlik etmişdir; Azərbaycan Xalq Cəbhəsinin yaradılmasında və təşkilatlanmasında iştirak etmiş, AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) rayon şöbəsinin Bakı Tunel Tikitisi İdarəsi üzrə Dayaq Dəstəsinin təsis edilməsində fəal iştirak etmiş və onun rəhbəri olmuşdur. AXC Oktyabr (Yasamal) (AXC İzmir şöbəsi) Şöbəsinin Məclis Sədri olmuşdur; 1992-ci ildə keçirilən Prezident seçkilərində Yasamal rayon seçki dairəsinin sədri olmuşdur; 1992-ci ildə əvvəlcə Yasamal rayon İcra Hakimiyyəti Başçısının humanitar məslələr üzrə birinci müavini işləmişdir; 1992–1993-cü illərdə Yasamal rayonİcra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir; 1993-cü ilin may ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir və iyul ayınadək həmin vəsifədə işləmişdir; 1993–1997-ci illərdə Azərbaycan Neft-qaz sənayeşi işçilərinin Azad Həmkarlar İttifaqında Əməyin Hüquq müfəttişi vəzifəsində işləmişdir; 1997-ci ildə bir qrup həmkarları ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasını (VƏHML) təsis etmiş və onun İcraiyyə Komitəsinin sədri seçilmişdir. VƏHML 2000-ci ilin mart ayının 18 də Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən ictimi birlik kimi qeydə alənmışdır. Sahib Məmmədov hal hazırda bu təşkilatın icraiyyə komitəsinin sədridir.
Əbu Süleym Fərəc Xadim Türki
Əbu Süleym Fərəc Xadim Türki və ya bəzən səhvən Fərəc ibn Süleym də adlandırılır — Abbasi saray xədimi və məmuru. 819-cu ildə əsir düşmüş xəlifə əleyhdarı İbrahim ibn Mehdini xəlifə Məmunun (h. 813–833) hüzuruna müşayiət etmişdir. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ayalon, David. Eunuchs, Caliphs and Sultans: A Study in Power Relationships. Jerusalem: Magnes Press, The Hebrew University. 1999. ISBN 978-9-6549-3017-8. Bosworth, C. E., ed. (1987).
"Teatr Xadimi" qızıl medalı
"Teatr Xadimi" qızıl medalı — Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən təsis edilən mükafat. Azərbaycan Milli Peşəkar Teatrı günüdə dramaturqlara, yazıçılara səhnəmizdə xidmətləri olan sənət adamlarına təqdim olunur. == Statusu == Teatr sənəti sahəsində müstəsna xidmətləri olan teatr xadimlərinə verilir.
"Teatr Xadimi" qızıl medalı ilə təltif edilənlərin siyahısı
== 2004-cü il ==
"Əməkdar elm xadimi" fəxri adı alanların siyahısı
== 1991 ==
Abbas Abbasov (dövlət xadimi)
Abbas Aydın oğlu Abbasov (4 avqust 1949, Kirovabad) — Azərbaycan Respublikası Baş nazirinin birinci müavini (1992–2006). == Həyatı == Abbas Abbasov 1949-cu il avqustun 4-də Gəncə şəhərində anadan olmuşdur. === Təhsili === 1971-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Həmin il respublika Baytarlıq Laboratoriyasında baytar həkim kimi əmək fəaliyyətinə başlamışdır. 1972–1973-cü illərdə hərbi xidmətdə olmuşdur. == Fəaliyyəti == 1973-cü ildən Abşeron rayonunun quşçuluq sənayesi sahəsində baytar həkim, sex rəisi, 1979–1982-ci illərdə Bakı Broyler Fabrikinin direktoru, 1982-ci ildən Özbəkistan Respublikasının quşçuluq təsərrüfatlarında direktor müavini, 1983–1989-cu illərdə Özbəkistan SSR Dövlət Quşçuluq Sənayesi Komitəsi sədrinin müavini, 1989-cu ildən Abşeron Quşçuluq Aqrar-İstehsalat firmasının baş direktoru, 1990–1991-ci illərdə Abşeron Rayon Partiya Komitəsinin birinci katibi, rayon XDS İcraiyyə Komitəsinin sədri, Azərbaycanın Dövlət müşaviri, vəzifələrində işləmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini vəzifəsində çalışmışdır. Bu dövr ərzində bir neçə dövlət komissiyasının sədri olmuşdur. 2006-cı ildə öz ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hazırda "AST Şirkətlər Qrupu" nun vitse-prezidenti və Müstəqil Dövlətlər Biriliyi (MDB) Dinlərarası Şurasının Qəyyumlar Komitəsinin həmsədridir.
Abbas Bağırov (dövlət xadimi)
Abbas Məmməd oğlu Bağırov (1913, Aldərə, Sünik mərzi, Yelizavetpol quberniyası, Rusiya imperiyası – 1980, Bakı) — Azərbaycan Dəmiryol idarəsi rəisi. == Həyatı == Abbas Məmməd oğlu Bağırov 1913-cü ildə Meğri rayonunun Aldərə kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə Azərbaycan Dəmir Yolunda başlamışdır. İxtisasca hərəkət və yük işləri mühəndisi idi. 1939-cu ildə dəmir yolu Gəncə hissəsinin rəisi, 1953-cü ildə Azərbaycan Dəmir Yolunun rəisi, 1953–1955-ci illərdə Zaqafqaziya Dəmir Yolunun rəisinin müavini vəzifələrində işləmişdi. 1963–1967-ci illərdə Zaqafqaziya dəmir yolu Bakı hissəsinin rəisi, 1967–1979-cu illərdə isə Azərbaycan Dəmir Yolunun rəisi olmuşdur. O, dəfələrlə SSRİ Ali Sovetinə deputat, Azərbaycan KP MK-ya üzv seçilmişdir.
Anar Kərimov (dövlət xadimi, 1977)
Anar Qabil oğlu Kərimov (3 iyun 1977, Füzuli rayonu) — Azərbaycan Respublikasının sabiq mədəniyyət naziri (2021–2022), Azərbaycanın UNESCO yanında sabiq daimi nümayəndəsi (2014–2020). == Həyatı == Anar Kərimov 1977-ci il iyunun 3-də Füzuli rayonunda anadan olub. 1998-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb dili və filologiyası ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinin beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistr dərəcəsini alıb. İraqda (Əl-Mustansiriyyə Universiteti), Misirdə (Diplomatik Tədqiqatlar İnstitutu), Avstriyada (Vyana Diplomatik Akademiyası), İtaliyada (San Remo Beynəlxalq Humanitar Hüquq İnstitutu), Polşada (Beynəlxalq Qızıl Xaç Komitəsi) və s. diplomatik kurslarda iştirak etmişdir. Rus, ingilis və fransız dillərini bilir. Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Anar Kərimov diplomatik karyerasına 2000-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin insan haqları, demokratikləşmə və humanitar məsələlər idarəsində attaşe, üçüncü katib kimi başlamışdır. 2004–2008-ci illərdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi və Avropa İttifaqı yanında Nümayəndəliyinin üçüncü və ikinci katibi işləmişdir. 2008–2009-cu illərdə Xarici İşlər Nazirliyinin humanitar və sosial məsələlər şöbəsində birinci katib vəzifəsində çalışmışdır.
Anar Kərimov (dövlət xadimi, 1979)
Anar Kərimov - (d.1979, Bakı, Azərbaycan SSR) Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini == Həyatı == Anar Kərimov 1979-cu ildə Bakı şəhərində anadan olub. 1999 və 2002-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq üzrə bakalavr və magistr pillələrini fərqlənmə ilə bitirib. 2001-ci ildə Amerikan Universitetində (Vaşinqton, ABŞ) beynəlxalq iqtisadi hüquq üzrə magistr dərəcəsi alıb. İngilis, fransız və rus dillərini bilir. Evlidir, üç övladı var. == Fəaliyyəti == Həmin ildə ABŞ-yəzərbaycan Ticarət Palatasında (ABŞ) hüquqşünas, 2002–2005-ci illərdə Xarici İşlər Nazirliyinin iqtisadi əməkdaşlıq və inkişaf idarəsində attaşe və üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının İsveçrədəki səfirliyində üçüncü katib, 2007-2010-cu illərdə İslam İnkişaf Bankında (S.Ərəbistanı) Türkiyə və Mərkəzi Asiya üzrə baş hüquqşünas, 2010-2011-ci illərdə İqtisadi İnkişaf Nazirliyinin xarici investisiyalar və iqtisadi əlaqələr üzrə şöbələrində şöbə müdirinin müavini və şöbə müdiri, 2011-2018-ci illərdə beynəlxalq layihələrdə ekspert və özəl sektorda rəhbər vəzifələrdə işləyib. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, Azərbaycan-Britaniya Hüquqşünaslar Assosiasiyasının həmtəsisçisi və Azərbaycan - İtaliya Ticarət Palatasının vitse-prezidenti olub. Hüquq elmləri namizədi olan A.Kərimov Bakı Dövlət Universitetində hüquq fakultəsinin ingilis dilli magistratura proqramında müəllim kimi fəaliyyət göstərib. Daha sonra əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri təyin edilib. Hal-hazırda isə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışmaqdadır.
Anar Tağıyev (dövlət xadimi)
Anar Aqil oğlu Tağıyev (25 mart 1981, Bakı) — Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı (2019). == Həyatı == Anar Tağıyev 25 mart 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri 1 saylı orta məktəbini, 2001-ci ildə Bakı Dövlət Universitetini, 2005-ci ildə isə Moskva Dövlət Vilayət Universitetini bitirmişdir. Təhsil aldığı müddətdə 1999-cu ildən 2002-ci ilədək "Eurostyle" şirkətində ümumi işlər üzrə hüquqşünas, 2006-cı ildə H. Əliyev adına Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışmışdır. 2006–2008-ci illərdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləmişdir. 2008–2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş" şöbəsinin, 2010–2011-ci ilədək isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş" şöbəsinin müdiri vəzifələrinə təyin olunmuşdur. 2011–2019-cu illərdə isə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2019-cu il tarixli Sərəncamı ilə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. == Ailəsi == Ailəlidir, 3 övladı var.
Anti-Sosialist Pambıq Xadimləri İttifaqı
Antisosialist Pambıq Xadimləri İttifaqı — Belçikanın keçmiş həmkarlar ittifaqı təşkilatlarından biri. Hazırkı varisi Xristian Həmkarlar İttifaqı Konfederasiyasıdır. == Tarixi == 1886-cı ildə yaranmışdır.
Aslan Abbasov (dövlət xadimi)
Aslan Məmməd oğlu Abbasov (11 mart 1950, Kirovabad – 11 iyun 2021, Bakı) — azərbaycanlı kimyagər alim və siyasətçi, Azərbaycan SSR Ali Sovetinin XII, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, İnsan Hüquqları Daimi Komissiyasının Sədr müavini (1995–2000), Azərbaycan Texnologiya Universitetinin Prorektoru (2016–2019), Yeni Azərbaycan Partiyası Səbail Rayonu Təşkilatının Siyasi Şurasının üzvü (1996–2021). == Həyatı == Aslan Məmməd oğlu Abbasov 1950-ci il martın 11-də Gəncə şəhərində doğulmuşdur. 1967–1972-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunun Kimya Texnologiya fakültəsində "Kimya mühəndisliyi" ixtisası üzrə ali təhsil almışdır. 1985-ci ildə Azərbaycan Elmi Tədqiqat Olefin İnstitutunda kimya elmləri namizədi elmi dərəcəsi almışdır. 11 iyun 2021-ci ildə Bakı şəhərində vəfat etmiş və doğma Gəncə şəhərində ailə məzarlığında dəfn edilmişdir. === Ailəsi === Ailəlidir, 3 övladı var. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəylinin atasıdır. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin atasıdır. Azərbaycanlı alim Lütviyyə Abbasovanın həyat yoldaşıdır. == Əmək fəaliyyəti == 2016–2019 Azərbaycan Texnologiya Universitetinin prorektoru.
Aslan Aslanov (dövlət xadimi)
Aslan Əli oğlu Aslanov — Şəmkir rayon İcra Hakimiyyətinin başçısı (1993-2005), YAP Siyasi Şurasının Üzvü, biologiya elmləri namizədi, Beynəlxalq Ekologiya Akademiyasının həqiqi üzvü, Gürcüstan Yazıçılar İttifaqının fəxri üzvü, Tbilisinin fəxri vətəndaşı polkovnik. == Həyatı == Aslan Əli oğlu Aslanov 1961-ci ildə Şəmkir rayonunun Əliyaqublu kəndində anadan olub. 1993-2005-ci illərdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. Daha sonra kənd təsərrüfatı nazirinin 1-ci müavini vəzifəsində çalışıb. 23 avqust 2018-ci ildə vəfat edib.
Aslan Hüseynov (dövlət xadimi)
Aslan Ağahüseyn oğlu Hüseynov (7 noyabr 1916, Salyan, Cavad qəzası – 19 avqust 1991) — Azərbaycan dövlət, siyasi və təsərrüfat xadimi, Salyan və Yardımlı Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi. (1970–1975), SSRİ Ali Sovetinin VII, VIII və IX çağırış, Azərbaycan SSR Ali Sovetinin VI və X çağırış deputatı. == Həyatı == Aslan Hüseynov 1916-cı ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır. 1931–1947-ci illərdə Salyan Rayon Prokurorluğunun nəzarət komitəsinin katibi, Salyan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin məsul katibi olmuş, Sov. İKP yanında Ali Partiya Məktəbində təhsil almış və Sovet Ordusunda xidmət etmişdir. 1947–1949-cu illərdə Azərbaycan Kommunist Partiyası Salyan Rayon Komitəsinin inspektoru, şöbə müdiri, tikinti-quraşdırma təşkilatlarının siyasi şöbə rəisinin müavini və rəisi olmuşdur. == Siyasi fəaliyyəti == 1957-ci ildə Azərbaycan Kommunist Partiyası Salyan Rayon Komitəsinin birinci katibi təyin olunmuşdur. 1961-ci ildə isə Azərbaycan Kommunist Partiyası Salyan Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1970-ci ildə isə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi təyin olunmuşdur.
Aydın Məmmədov (dövlət xadimi)
Aydın İsrafil oğlu Məmmədov — Azərbaycan SSR daxili işlər naziri (1987-1990). Aydın Yusif oğlu Məmmədov — "Azərbxariciticarət" Birliyinin baş direktoru, Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X və XI çağırışlarının deputatı, Azərbaycan SSR əhaliyə məişət xidməti naziri, Azərbaycan Kommunist Partiyası Mingəçevir Şəhər Komitəsinin birinci katibi, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Oktyabr Rayon Komitəsinin birinci katibi, Azərbaycan SSR maarif nazirinin müavini, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin ikinci, sonra isə birinci katibi.
Aydın Məmmədov (dövlət xadimi, 1932)
Aydın Yusif oğlu Məmmədov (15 may 1932, Kəpənəkçi, Lüksemburq rayonu – 1 noyabr 2022) — Azərbaycan dövlət xadimi, "Azərbxariciticarət" Birliyinin baş direktoru, Azərbaycan SSR Xalq Nəzarəti Komitəsinin sədri (1988–1990), Azərbaycan SSR əhaliyə məişət xidməti naziri (1983–1986), Azərbaycan Kommunist Partiyasının Mingəçevir Şəhər Komitəsinin (1981–1983) və Oktyabr Rayon Komitəsinin (1968–1971) birinci katibi, Bakı Şəhər Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1971–1978), Azərbaycan SSR maarif nazirinin müavini (1964-cü ildən), Azərbaycan LKGİ Mərkəzi Komitəsinin birinci katibi, Azərbaycan SSR Ali Sovetinin VIII, IX, X, XI və XII çağırış deputatı. == Həyatı == Aydın Yusif oğlu Məmmədov 1932-ci ildə Gürcüstan Sovet Sosialist Respublikasının Marneuli rayonunun Kəpənəkçi kəndində doğulmuşdur. 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda ali təhsilini tamamlamışdır. O, həmçinin 1960–1964-cü illərdə Sov. İKP MK yanında Ali Partiya Məktəbində ali təhsil və Sov. İKP MK yanında İctimai Elmlər Akademiyasında aspirantura təhsili almışdır. İqtisad elmləri namizədidir. Aydın Məmmədov 1956-cı ildən əmək fəaliyyətinə başlamışdır. == Siyasi fəaliyyəti == === Sovet dövrü === Aydın Məmmədov 1957-ci ildən Azərbaycan LKGİ Sumqayıt Şəhər Komitəsinin birinci katibi, Azərbaycan LKGİ Mərkəzi Komitəsinin ikinci, sonra isə birinci katibi vəzifələrini daşımışdır. Aydın Məmmədov 1958-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur.
Aydın Məmmədov (dövlət xadimi, 1939)
Aydın İsrafil oğlu Məmmədov (22 mart 1939, Astara – 12 dekabr 2001) — Azərbaycan dövlət xadimi, general-mayor, Azərbaycan SSR daxili işlər naziri (1987–1990). == Həyatı == Aydın Məmmədov 22 mart 1939-cu ildə Astara şəhərində anadan olmuşdur. 1956-cı ildə Bakı Dənizçilik Məktəbini, 1970-ci ildə Odessa Dəniz Donanması İnstitutunu bitirmişdir, 1983-cü ildə isə Bakı Ali Partiya Məktəbini bitirmişdir. 1956–1960-cı illərdə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin "Qəhrəman Mehdi" gəmisində matros, 1965–1969-cu illərdə Bakı Dənizçilik Məktəbi rəisinin siyasi işlər üzrə müavini vəzifələrində çalışmışdır. Ailəli və 2 övladı olmuşdur. == Siyasi fəaliyyəti == Aydın Məmmədov 1960-cı ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. Aydın Məmmədov 1960-cı ildən Bakı şəhər 26 Bakı Komissarı Rayon Komsomol Komitəsinin təlimatçısı, 1960–1963-cü illərdə Bakı Dənizçilik Məktəbi Komsomol Komitəsinin katibi, 1963–1965-ci illərdə Dəniz Gəmiçiliyi Komsomol Komitəsinin katibi vəzifələrində çalışmışdır. Aydın Məmmədov 1969–1971-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Partiya Komitəsi katibinin müavini, 1971–1978-ci illərdə Xəzər Hövzə Dəniz və Çay Donanması İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri, 1978–1980-ci illərdə Xəzər Dəniz Gəmiçiliyi Partiya Komitəsinin katibi, 1980–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin nəqliyyat və rabitə şöbəsinin müdiri olmuşdur. Aydın Məmmədov 1987–1990-cı illərdə Azərbaycan SSR daxili işlər naziri vəzifəsində işləmişdir. Aydın Məmmədov 26 iyul 1981-ci il tarixində 337 nömrəli Küçəkənd seçki dairəsi üzrə Azərbaycan SSR Ali Sovetinin X çağırış, 1985-ci ildə isə 195 nömrəli Pensər seçki dairəsi üzrə XI çağırış deputatı seçilmişdir.
Azərbaycan SSR Əməkdar incəsənət xadimi
Azərbaycan SSR Əməkdar incəsənət xadimi — 25 mart 1928-ci ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən Azərbaycan mədəniyyətinin inkişaf etdirilməsi işində xüsusi fərqlənən incəsənət xadimlərinə verilirdi. == Ədəbiyyat == Фәхри адлары // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 540–541.
Azərbaycan SSR əməkdar elm və texnika xadimlərinin siyahısı
== 1960-cı illər ==
Azərbaycan SSR əməkdar elm xadimi
Azərbaycan SSR əməkdar elm xadimi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар елм хадими) — 1928-ci il martın 25-də təsis edilmiş fəxri ad. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən elmin müxtəlif sahələrinin inkişaf etdirilməsi işində xüsusi fərqlənən görkəmli elm xadimlərinə verilirdi. == Ədəbiyyat == Азәрбајҹан ССР ганунлары вә Азәрбајҹан ССР Али Совети Рәјасәт Һеј'әтинин фәрманлары мәҹмуәси. 1938—1963-ҹү илләр (az.). Б.: Азәрбајҹан ССР Али Советинин нәшри. 1963. 558 сәһ.
Azərbaycan SSR əməkdar elm xadimlərinin siyahısı
== 1920-ci illər ==
Azərbaycan SSR əməkdar incəsənət xadimlərinin siyahısı
== 1920-ci illər ==
Azərbaycan SSR əməkdar mədəniyyət xadimlərinin siyahısı
== 1970-ci illər ==
Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan Teatr Xadimləri İttifaqı — Azərbaycan teatr xadimlərini və səhnə həvəskarını tərkibində birləşdirən ən böyük ictimai təşkilatı. == Tarixi == 1897-ci ildə "Artistlər İttifaqı" adı ilə yaranmış birlik 1917-ci ildən "Müsəlman Artistləri İttifaqı", 1920-ci ildən "Türk Aktyorlar İttifaqı", 1945-ci ildən "Azərbaycan Teatr Cəmiyyəti" kimi fəaliyyətini davam etdirmiş, 1987-ci il 27 fevral tarixli təsis konfransının qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqı adlandırılmışdır. Sovet hakimiyyəti dönəminə qədərki illərdə Teatr Xadimləri İttifaqının sələfləri olan teatr birlikləri və cəmiyyətlərinə Sultan Məcid Qənizadə, Əbdürrəhim bəy Haqverdiyev, Həbib bəy Mahmudbəyov, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları, Abbas Mirzə Şərifzadə kimi maarifpərvər ziyalılar başçılıq etmişlər. Sonralar isə Teatr Cəmiyyətinə xalq artistləri Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Mərdanov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Lütfiyar İmanov, Həsənağa Turabov rəhbərlik etmişlər. XIX əsrin sonlarında kiçik bir cəmiyyət kimi fəaliyyətə başlayan bu ictimai birlik ötən əsrin 50-ci illərindən etibarən artıq teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşmışdır. Milli teatr prosesində fəal iştirak edən Azərbaycan Teatr Xadimləri İttifaqı müstəqillik illərində müxtəlif formatlı teatr festivalları təşkil etmişdir. Bunlardan dörd "Monotamaşa", iki "Him-cim" (Pantomim), iki "Eksperimental tamaşalar", "Festivallar festivalı", "Milli klassika", Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Milli Teatr Gününə həsr olunmuş gənc rejissorların "Yeni teatr" Respublika Festivalı, Uşaq tamaşaları Festivalı, "Beynəlxaq Çexov Festivalının "İpək yolu" mərhələsi", "Boş məkanın dolğunluğu", "2+1" Eksperimental teatr festivalı kimi tədbirlər Azərbaycanın teatr həyatında xüsusi canlanma yaratmış, teatr sənətinin inkişafında böyük rol oynamışdır. Keçirilən festivallar Azərbaycanın teatr aləmində yeni-yeni adlar üzə çıxarmış, istedadlı gənclərin yetişməsində böyük rol oynamışdır. İttifaq son illərdə ölkədə bədii qiraət sahəsinə marağı artırmaq məqsədilə görkəmli qiraət ustaları Həsən Əbluc və Müxlis Cənizadənin xatirələrinə həsr edilmiş bədii qiraət müsabiqələri keçirmişdir. Teatr Xadimləri İttifaqı həmçinin Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə teatr rəssamlarının I Biyennal sərgisini də keçirmişdir.
Dövlət xadimi
Dövlət xadimi — Dövlət hakimiyyətinin siyasi xadimi.
Sənət xadimi
İncəsənət xadimi və ya artist — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Teatr xadimi
Teatr (yunanca: τό θέατρον théatron "tamaşa yeri"; və θεάομαι theaomai "tamaşa etmək sözündəndir") — incəsənətin bir növü olub hiss, fikir və emosiyaları tamaşaçı və ya tamaşaçılar qrupuna bir və ya bir qrup aktyor tərəfindən ötürülməsini əks etdirir. Teatr tamaşası nümayiş olunan bina da teatr adlanır. == Tarixi == Teatr rəqs formasında hələ daş dövründə mövcud olsa da, onun yeni əsasları antik Yunanıstanda işlənir və teatr sənətinin inkişafına təkan verir. "Teatron"nun yaradılması ilə bir tərəfdən yunan demokratiyasının müzakirəsinə imkan verilmiş, digər tərəfdən dini bayramların keçirilməsi mümkün olmuşdur. Çünki, o dövrdə din və siyasət bir vəhdət kimi çıxış edirdi. Aristotel öz işlərində teatr elmini də əsaslandırmışdır. O hadisə, məkan və vaxtı dramada birləşdirməyi tələb etmişdir. Dini bayramların keçirilməsi üçün yaradılan "Dionis teatrı" teatr üçün prototip rolunu oynayırdı. O aralıq dənizi hövzəsində yerləşən Yunanıstan koloniyasına daxil olan bütün ölkələrə aparılmışdır. Tamaşaçılar yerindən başqa orada "skene", (hansı ki, sonra "sçene", yəni "səhnə" şəklində yayılmışdır) də qurulurdu.
Vadim Abramov
Vadim Abramov (rus. Вадим Карленович Абрамов; 5 avqust 1962, Bakı) — Sovet və Özbəkistan futbolçusu və futbol məşqçisi. == Həyatı == Vadim Karlenoviç Abramov 1962-ci ildə Azərbaycanın paytaxtı olan Bakı şəhərində dünyaya gəlmişdir. O, 2010–2012-ci illərdə Özbəkistan milli futbol yığmasının baş məşqçisi vəzifəsində olmuşdur. == Karyera == Abramov, 2003–2005-ci illər ərzidə Trantor Daşkənd futbol klubunun baş məşqçi vəzifəsində çalışıb. Futbol klubu 2004-cü ildə Özbəkistan Kubokunda finala çıxmış və bir il sonra Liqada 4-cü yerdə qərarlaşmışdır. O, 2006-cı ildə Lokomotiv Taşkənd futbol klubuun baş məşqçisi olmuşdur. Klub 2009 mövsümünü 6-cı sırada tamamlamışdır. Abramov 6 aprel 2010-cu ildə Mirjalol Qasımovu əvəzləyərək Özbəkistan Milli Komandasının baş məşqçisi vəzifəsinə təyin olunmuşdur. Abramov 28 noyabr 2013-cü ildə Astananın yeni baş məşqçisi seçildi.
Vadim Borets
Vadim Borets — Moldova futbolçusu. == Birlik Kubokunda iştirakı == 2010-cu ildə Bakı ilə Birlik Kubokuna qatılacaq Vadim Borets artıq iki dəfə bu turnirin qalibi olub. Moldovalı futbolçu bu yarışda 1994-cü ildən etibarən müxtəlif komandaların heyətində 38 oyun keçirib. Bu nəticə ilə o, Mixayıl Zimlinski (46 oyun) və Oleq Bloqonadejdnidən (40) sonra üçüncü ən çox oyun keçirən futbolçudur. Qeyd edək ki, adıçəkilən hər iki futbolçu peşəkar karyerasını bitirib. Vadim Birlik Kubokunu iki dəfə başı üzərinə qaldırmağı bacarıb. İlk dəfə Şerif Tiraspol, ikinci dəfə isə Neftçi Bakı ilə qalib olmuşdur.
Vadim Perelman
Vadim Perelman - amerikalı kinorejissor. == Həyatı == Vadim Perelman 1963-cü ildə Kiyev şəhərində anadan olmuşdur. 1977-ci ildə ailəsi ilə birlikdə Vyana şəhərinə, oradan da Kanadaya köçmüşdür. 1990-cı ildən Los-Ancelesdə yaşayır.
Vadim Qocayev
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Vadim Ryabixn
Vadim Skorovarov
Vadim Skorovarov (4 avqust 1996) — Özbəkistanlı atıcı. Vadim Skorovarov Özbəkistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vadim Skorovarov birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 620.9 xal toplayaraq 28-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Vadim Streltsov
Vadim Nikolaeviç Streltsov (belar. Вадзім Стральцоў; doğ. 30 aprel 1986, Mogilyov şəhəri, BSSR) — Belarus ağır atleti. 94 kq çəki dərəcəsində çıxış edib. 2015 Ağır atletika üzrə Dünya Çempionatının qalibi, 2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, Belarus respublikasının əməkdar idman ustası.Qatrda keçirilən beşinci beynəlxalq turnirinin və 2019 Avropa çempionatının bürünc mükafatşısı. İlk məşqçiləri - Aleksandır Gonçarov, Valentin Korotkin, Anatoli Lobaçev. Ailəlidir, iki qızı var. == Bioqrafiyası == 1986-cə ildə Moğilyov vilayətinin Qavrilinka kəndində anadan olmuş. 2006-cı ildə Streltsov 85 kq çəki dərəcəsində dünya çempionatında ilk debütünü etdi: Çinin Quançjou şəhərində keçirilən yeniyetmələrin dünya çempionatında ilk qızıl medalını qazandı. 2007-ci ildə eyni kateqoriyada Çianqmay keçirilən dünya çempionatında bürünc medala layiq görülüdü.
Vadim Vasilyev
Vadim Vasilyev (17 may 1972, Bakı) — Sabiq Azərbaycan futbolçusu. == Həyatı == Vadim Vasilyev 17 may 1972-ci ildə Bakıda anadan olmuşdur. 2024-cü ilin fevral ayında 51 yaşında ikən Vadim Vasilyev insult keçirib. AFFA-nın dəstəyi ilə özəl xəstəxanalardan birinə yerləşdirilən keçmiş forvardın müalicəsi reanimasiyada davam etdirilib. == Karyera statistikası == === Millidə === 2 noyabr 2015 tarixinə aid bu statistik məlumatlar dəqiqdir.
Vadim Xubanov
Xubanov Vadim Ələddin oğlu (1963, Moskva) — Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini. == Həyatı == Vadim Xubanov 1963-cü ildə Moskva şəhərində anadan olmuşdur. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. Əmək fəaliyyətinə 1985-ci ildə SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun baş iqtisadçısı vəzifəsində başlamışdır. 1985-ci ildən 1987-ci ilədək ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1987-ci ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublikası kontorunun 26 Bakı komissarı adına rayon şöbəsində iqtisadçı, həmin ildən Mənzil-kommunal Təsərrüfatı və Sosial İnkişaf Bankında iqtisadçı, böyük iqtisadçı, I dərəcəli iqtisadçı işləmişdir. 1991-ci ildən Azərbaycan Respublikası Xarici Əlaqələr Bankında Kredit-plan şöbəsinin rəisi, 1992-ci ildə Azərbaycan Respublikası Beynəlxalq Bankında İqtisadi təhlil, beynəlxalq əlaqələrin inkişafı müdiriyyətinin direktoru vəzifəsində işləmişdir. 1993-cü ildən Səhmdar-Kommersiya Beynəlxalq Bankı İdarə Heyəti sədrinin müavini, 1995-ci ildən isə İdarə Heyəti sədrinin birinci müavini işləmişdir. 1996-cı il iyunun 14-dən Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü, həmin ilin sentyabrın 24-dən isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilmişdir. 2001-ci ilin dekabr ayında Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə ikinci dəfə, 2006-cı ilin dekabr ayında üçüncü dəfə, 2012-ci ilin fevral ayında dördüncü dəfə, 2017-ci ilin mart ayında isə beşinci dəfə Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü seçilmişdir.
Vadim Şulgin
Vadim Şulqin — Azərbaycan memarı. == Həyatı == == Layihələri == Vadim Şulqin Bakıdakı "Mirvari" kafesini layihələndirib. Vadim Şulqin Kandeladan fərqli olaraq “Mirvari”nin qanadlarını səkkiz deyil, altıguşəli edib. Şulqin sonradan Bakının gözəl və öz möhtəşəmliyini qoruyan Heydər Əliyev Sarayını da layihələndirib. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Vadim Şulqinə həsr edilmişdir.
Vadim Şulqin
Vadim Şulqin — Azərbaycan memarı. == Həyatı == == Layihələri == Vadim Şulqin Bakıdakı "Mirvari" kafesini layihələndirib. Vadim Şulqin Kandeladan fərqli olaraq “Mirvari”nin qanadlarını səkkiz deyil, altıguşəli edib. Şulqin sonradan Bakının gözəl və öz möhtəşəmliyini qoruyan Heydər Əliyev Sarayını da layihələndirib. == Xatirəsi == 2018-ci ildə "Azərmarka" tərəfindən buraxılmış Azərbaycan Memarlar İttifaqına həsr olunmuş "Markalı kitabda"kı 12 markadan biri Vadim Şulqinə həsr edilmişdir.
Vadim Əbdürrəşidov
Vadim Yusif oğlu Əbdürrəşidov (rus. Вади́м Юсу́пович Абдраши́тов, tatar. Вадим Йосыф улы Габдерәшитов; 19 yanvar 1945, Xarkov – 12 fevral 2023) — SSRİ və Rusiya kinorejissoru və müəllimi. Rusiya Federasiyasının xalq artisti (1992). == Həyatı == Vadim Yusupoviç Əbdürrəşidov 19 yanvar 1945-ci ildə Ukrayna SSR-də, Xarkovda hərbçi ailəsində anadan olmuşdur. Atası Yusif Şakiroviç Əbdürrəşidov hərbçi və etnik tatar olmuşdur. Anası Qalina Nikolayevna Əbdürrəşidova kimya mühəndisi idi. O, Moskvada yaşamış və işləmişdir. Əbdürrəşidov 1959–1961-ci illərdə Alma-Ata Dəmir Yolu Nəqliyyatı Texnikumunu, 1961–1964-cü illərdə Moskva Fizika və Texnologiya İnstitutunu, 1967-ci ildə Dmitri Mendeleyev adına Moskva Kimya Texnologiyası İnstitutunun Kimya-texnoloji proseslərin kibernetikası kafedrasını bitirmişdir. 1967–1970-ci illərdə Moskva elektrovakuum cihazları zavodunda işləmişdir.
Vadim Ələsgərov
Vadim Ağaba oğlu Ələsgərov (24 noyabr 1993; Qusar rayonu, Azərbaycan — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Vadim Ələsgərov 1993-cü il noyabrın 24-də Qusar rayonunun Urva kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Vadim Ələsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Vadim Ələsgərov oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qusar rayonunun Urva kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vadim Ələsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vadim Ələsgərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
İncəsənət xadimi
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Vadim Abdullayev
Vadim Abdullayev (17 dekabr 1994, Masallı) — Azərbaycan Premyer Liqasında mübarizə aparan Araz-Naxçıvan PFKdə çıxış edən futbolçu. == Həyatı == 17 dekabr 1994-cu ildə Masallı rayonunda anadan olmuşdur. == Karyerası == === Klub karyerası === 2012-ci ildə Bakı FK-da yarımmüdafiəçi kimi professional karyerasına başlamışdır. 2014-ci ildə Simurq PİK-ə transfer olmuş, bir il sonra Qəbələ FK-da mübarizə aparmağa başlamışdır. 2016-il də Sumqayıt FK-ya keçmiş və mövsümün sonunda 2017-ci ildə Şüvəlan FK-ya transfer olmuşdur. 2018-in transfer mövsümündən Sabah FK-da oynamağa başlamışdır. 2022-ci ilin yayından etibarən karyerasını Araz-Naxçıvan PFK-da davam etdirir və Araz-Naxçıvanın heyətində I Divizionda 2022-2023 sezonunun çempionu olmuşdur. === Milli yığma === Azərbaycanın U-17 və U-21 yiğma komandalarının heyətində çıxış etmiş, U-17 millimizdə 1, U-21-in heyətində isə 4 oyunda iştirak etmişdir.
Elm xadimi
Alim — ərəb dilindən tərcümədə elmlə məşğul olan, düşünən və yaradıcı təbəqənin nümayəndəsi olan şəxsdir. Alimlər digər insanlardan öz bacarıqları, savad və düşüncələri ilə fərqlənirlər. Onlar bir tədqiqat sahəsi ilə sistematik şəkildə məşğul olaraq yeni biliklərin əldə olunmasına çalışırlar. Alimlərin məqsədi mövcud iş şəraitində birbaşa və ya dolayı yolla insanların həyat tərzinin yaxşılaşdırılmasından ibarətdir. Ona görə də, tarix boyu alimlərin işləri dövlətlərdə söz sahibi olan şəxslər və qurumlar tərəfindən dəstəklənmiş və nəzarət edilmişdir. İlk təşkil olunmuş şəkildə aparılan elmi işlərə Qədim Yunanıstanda, Platon akademiyasında rast gəlinir. Əvvəllər elmlə məşğul olan şəxslər saray əyanları kimi xüsusi imtiyazlara malik olsalar da, sonradan onlara verilən elmi dərəcələrlə cəmiyyətdə elitar bir təbəqə yaranmışdır.
Vadim Getman
Vadim Petroviç Getman (ukr. Вадим Петрович Гетьман; 12 iyul 1935, Snitin[d], Xarkov vilayəti – 22 aprel 1998, Kiyev) — Ukraynalı sovet iqtisadçı, maliyyəçi və siyasətçisi. Ukrayna Milli Bankının ikinci rəhbəri (1992–1993), "Ukrayna Qəhrəmanı" (2005) mükafatı laureatı. == Həyatı == Məktəbi bitirdikdən sonra universitetin coğrafiya fakültəsinə daxil olmaq üçün Kiyevə gedə Vadim, imtahanları əla qiymətlərlə versə də Universitetə qəbul olunmadı. 1956-cı ildə Vadim Getman adına Kiyev Milli İqtisadiyyat Universitetini bitirmiş, sonra Zaporojya vilayətinin müxtəlif maliyyə və planlaşdırma orqanlarında çalışmışdır. 1975-ci ildə Getman Ukrayna SSR Qiymətlər üzrə Dövlət Komitəsi rəhbərinin birinci müavini təyin edilib. 1987-ci ildə Ukrayna SSR Aqrar-Sənaye Bankının (1990-cı ildən — "Ukrayna" bankı) idarə heyətinin rəhbəri olub. (SSRİ-nin dağılmasından sonra Getman Ukrayna Aqroprombankının Ümumittifaq Bankından ayrılmasına nail oldu və bununla da Ukraynada ilk kommersiya bankını təsis etdi). Milli valyutanın yaradılmasının təşəbbüskarlarından biri olub. Getman bu vəzifədə 1992-ci ilin martına qədər, Ukrayna Milli Bankının idarə heyətinin rəhbəri seçilənə qədər qaldı.
Vadim Xlupyanets
Vadim Vasiloviç Xlupyanets (ukr. Вадим Васильович Хлуп'янець;4 iyun 1996, Donetsk – 15 noyabr 2022, Baxmut[d], Donetsk vilayəti) — Kiyev Milli Akademik Operetta Teatrında ukraynalı balet artisti və Rusiya-Ukrayna müharibəsinin iştirakçısı. O, Rusiyanın Ukraynaya hücumu zamanı həlak olub. == Həyatı == Xlupyanets 4 iyun 1996-cı ildə Donetskdə anadan olub və 91 saylı məktəbdə təhsil alıb. Donetskin separatçı qüvvələr tərəfindən işğalından sonra onun ailəsi Jitomir vilayətinin Naroditski rayonunun Starıy Doroxin kəndindəki qohumlarının yanına köçüb. O, 2014-cü il iyunun 16-dan mühacir kimi Naroditski qəsəbəsində yaşayıb. O, Kiyev Xoreoqrafiya Texnikumunu bitirib. 2015-ci ildə Kiyev Milli Akademik Operetta Teatrında balet artisti kimi işə başlayıb. O, həmçinin idmanla, o cümlədən futbol və şahmatla məşğul olub, teatrın idman həyatında fəal iştirak edib. 2017-ci ildə o, Kiyevdə teatr komandaları arasında keçirilən mini-futbol turnirində ən yaxşı bombardir kimi tanınıb.
Xanım
Xanım — qadın adı. Xanım İsmayılqızı — şairə, bəstəkar. Xanım Balacayeva — Azərbaycan şahmatçısı.
Xadım Həsən Paşa
Xadım Həsən Paşa (ö. 15 aprel 1598) — III Mehmed dövründə 5 ay 6 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamı. Həyatının ilk illəri haqqında məlumat yoxdur. Əndərunda yetişmiş, sarayın hərəm xədimlərindən biri olmuşdu. Ardından baş xəzinədar olmuş, 1580-ci ildə vəzirliklə Misir bəylərbəyliyinə təyin edilmişdir. Ancaq 3 il qaldığı bu vəzifədə zülmkar olması və bəzi rüşvət məsələlərinə adının qarışması səbəbilə vəzifədən alınmış, bir müddət Yeddiqüllə zindanlarında həbs tutulmuşdur. Bu əsnada mal-mülkü müsadirə edilən Həsən Paşa, Validə Nurbanu Sultana olan yaxınlığı və saraya göndərdiyi hədiyyələr sayəsində bağışlandı və Anadolu bəylərbəyliyi ilə paytaxtdan uzaqlaşdı. Bu vəzifədə ikən Gəncə mühasirəsində iştirak etdi və ardından 1588-ci ildə Şirvan bəylərbəyi oldu. Haqqındakı şikayətlər səbəbilə vəzirliyi ləğv edilsə də, çox keçmədən yenidən bağışlandı. 22 yanvar 1594-cü ildə qübbə vəzirliyinə təyin edilərək paytaxta çağırıldı.
Alma xanım
Ama Xanım
Amma Xanım - türk və altay mifologiyalarında Yaradıcı Tanrıça. Amma Xanım olaraq da deyilir. İskitlerdeki Apa (Abay) adlı Tanrıça ilə arasında bir bağ ola bilər. Umay ilə eyni Tanrıça olduğu irəli sürülür. Şumerlərdə də Ama adlı bir Tanrıça mövcuddur. Anadoluda ama, eme, apa, ebe kimi sözlər həmişə qadın qohumları izah edir. Bəzən evi qoruyan bir Tanrıça olaraq adı keçir. == Etimologiya == (Am/Em) kökündən törəmişdir. Bu kök türkçe və monqolcada qadınlıq, dərman, eşq kimi anlayışlarla əlaqəlidir. Amı sözcüyü monqolcada həyat deməkdir.
Anna Xanım
Anna Xanım və ya Anna Bəyim (fars. آنا خانم‎; v. 6 sentyabr 1647) — Səfəvi hökmdarı Şah Səfinin (1629–1642) həyat yoldaşı və onun varisi, I Şah Səfidən sonra Səfəvi hökmdarı olacaq II Şah Abbasın (1642–1666) anası. == Həyatının erkən dövrü == Anna Xanım çərkəz kökənlidir. O, I Şah Abbasın oğlu Məhəmməd Baqir Mirzənin böyük oğlu Sam Mirzə (I Şah Səfi) ilə evləndirilmişdir. Bu izdivacdan da gələcək Səfəvi hökmdarı II Şah Abbas dünyaya gəlmişdir. == Şah anası kimi == I Şah Səfinin ölümündən sonra 1642-ci ildə oğlu II Şah Abbas taxta çıxdı. Onun hakimiyyətinin ilk 3 ilində Sarı Tağı xan, Məhəmməd Əli xan, Canı xan Anna Xanımın rəhbərliyində birləşərək dövləti idarə etdi. Sarı Tağı xan baş vəzir vəzifəsini tutdu. Amma bu fraksiyada əsas söz sahibi Anna Xanım idi.
Aqilə Xanım
Aqilə (Ruqiyyə) Xanım (Osmanlı türkcəsi: عقیلہ خاتون‎);(d. 1607 - ö. 1630) — II Osmanın ilk nikahlı hərəmi və Şeyxülislam Əsad Əfəndinin qızıdır. == Həyatı == II. Osmanın əsrlərdir davam edən Osmanlı adətlərinə zidd olaraq saray ərkanından kənar bir qadınla evlənməsi o dönəmdə hər kəs tərəfindən təəccüblə qarşılanmışdı. Bu evliliyə qarşı çıxanlar arasında Aqilə Xanımın atası Şeyxülislam Əsad Əfəndi də vardı. Bütün bu qarşıdurmalara baxmayaraq nikah bağlandı. II. Osmanın vəfatından bir neçə ay əvvəl əkiz övladları dünyaya gələn Aqilə Xanım ərinin vəfatının ardından köhnə saraya sürgün edildi. 1627-ci ildə Qənizadə Nadir Əfəndi ilə nikahlandı. Ölüm tarixi bilinməməklə birlikdə, təqribən 1630-cu ildə vəfat etdiyi bilinməktədir. Övladları isə uşaq yaşlarında naməlum səbəblərdən vəfat etdi.
Arifə Xanım
Arifə Xanım — Osmanlı Dövləti Türk Divan Ədəbiyyatı şairidir. Doğulduğu tarix və məkan bilinmir. XVI əsrdə yaşadığı haqqında məlumat vardır. Osmanlı Dövlətində divan ədəbiyyatı şairlərindən olduğu deyilir. Şeirlərinin məcmuasından ibarət bir divanı olduğu haqda məlumat olsa da, hələ də tapılmamışdır. Arifə xanımdan sadecə iki misradan ibarət bir şeir nümunəsi qalmışdır. Ölüm tarixi və harada öldüyü bilinmir. Arifə Xanımdan bir şeir nümunəsi Niyyət-i əzm ü əməl səbir ü səbat Bəşəri məqsədinə nail edər.
Ay Xanım
Ay Xanım (fars. آی‌خانم‎, özb. Oyxonim) — Əfqanıstanın şimalında, Pənc çayının sol sahilində, Kökçə çayının mənsəbində yerdə kənd. Ay Xanım yaxınlığında 1965–1978-ci illərdə aparılan qazıntılar nəticəsində Yunan-Baktriya şəhəri aşkar edilmişdir. Bu, həmin mədəniyyətə məxsus məlum olan ən qədim yaşayış məntəqəsidir. Alimlər buranın Oksiana İsgəndəriyyəsi (q.yun. Ἀλεξάνδρεια ἡ ἐπὶ τοῦ Ὄξου) olduğunu güman edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Tarn, W. W. The Greeks in Bactria and India. Chicago: Ares. 1984.
Birinci xanım
Birinci xanım və ya birinci ledi, (o cümlədən birinci centlmen) — bəzi ölkələridə dövlət başçısı seçilmiş şəxsin həyat yoldaşının qeyri-rəsmi titulu. Bu ifadə adətən baş nazir və ya hökumət başçısı üçün işlədilmir. Əvvəllər birinci xanım ifadəsi ABŞ prezidentlərinin həyat yoldaşlarını ifadə etmək üçün istifadə edilirdi, lakin sonradan digər dillərə keçərək hazırda idarə forması monarxiya olmayan hər hansı bir dövlət başçısının həyat yoldaşına müraciət etmək üçün istifadə olunur. Parlamentar respublikalarda və konstitusiya monarxiyalarında bu termin adətən hökumət başçısının (baş nazirin) həyat yoldaşına şamil edilir. Bəzi ölkələrdə (Rusiya daxil olmaqla) bu termin dövlət dilinə tərcümə olunur, məsələn, Latın Amerikasında Primera Dama, Fransada - Première Dame kimi ifadə olunur. ABŞ-də bu termin ilk dəfə 1849-cu ildə prezident Zakari Teylorun 4-cü prezident Ceyms Medisonun həyat yoldaşı Dolli Medisonun dəfn mərasimi zamanı onun haqqında vida nitqində istifadə edilmişdir. Bununla belə, “birinci xanım” adlandırılmağa başlayan ilk qadın ABŞ-nin 15-ci prezidenti Ceyms Byukenenın qardaşı qızı Harriet Leyndir (Byukenen ABŞ-nin yeganə subay prezidenti idi və onun hakimiyyəti dövründə birinci xanımın vəzifələrini qardaşı qızı yerinə yetirirdi).Lakin bu anlayış yalnız 1877-ci ildən ümumi istifadə olunmağa başladı. O zaman, jurnalist Meri Eyms prezident Raterford Heysin andiçmə mərasimi ilə əlaqədar qəzet reportajında "birinci xanım" ifadəsini onun həyat yoldaşı, Birləşmiş Ştatlarda populyar bir qadın olan Lyusi Heys haqqında yazarkən istifadə etmişdir. == Birinci xanımın etiketi == Birinci xanımlar üçün bir sıra əsas davranış normaları mövcuddur. Belə ki, protokola əsasən, rəsmi tədbirlərdə prezidentlərin xanımları onlardan bir qədər geridə qalmalıdır.
Dilfirib xanım
Dilfirib xanım (d. 1890 — ö. 1952) — 35. Osmanlı sultanı V Mehmedin beşinci xanımı. == Həyatı == Əslən çərkəz olan Dilfirib xanım 1890-cı ildə İstanbulda dünyaya gəlmişdir. Çox gənc yaşda saraya verilmiş, burada saray təhsili almışdır. Xidmət etdiyi illərdə Şahzadə Mehmed Rəşadın nəzərini cəlb etdi və 1907-ci ildə onunla vəliəhd sarayında evləndi. Sultan Mehmed Rəşadın 1918-ci ildə vəfatından sonra bir müddət sarayda qaldı və daha sonra Ərənköydəki bir villaya köçdü. Bir müddət sonra bir həkimlə evlənən Dilfirib xanımın bu evlilikdən bir oğlu dünyaya gəldi. Uzun müddət burada yaşadıqdan sonra, Vaniköydəki villasında 1952-ci ildə xərçəng xəstəliyindən vəfat etdi.
Düzdidil xanım
Düzdidil xanım (d. 1825 - ö. 18 avqust 1845) — 31. Osmanlı sultanı Əbdülməcidin üçüncü xanımı. == Həyatı == Düzdidil xanım 1825-ci ildə Şimali Qafqazda dünyaya gəlmişdir. Əslən ubıx əsillidir və əsl adı Ayşə Dişan idi. 6 yaşında İstanbula gətirilən Ayşə Osmanlı sarayına təslim edildi. Adı dəyişdirildi və Düzdidil oldu. Dərhal saray təlimi alan Düzdidil piano təhsili də aldı. Nəhayət, 1842-ci ildə Sultan Əbdülməcidlə evləndirildi.
Fikriyə xanım
Fikriyə xanım (türk. Fikriye Hanım; d.1887, Larisa — ö.31 may 1924, Ankara) — Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Fransız, Alman və Yunan dillərində səlis danışa bilən Fikriyə xanım eyni zamanda ud və piano da çala bilirdi. == Həyatı == 1887-ci ildə Selanikdə anadan oldu. Atatürkün anası Zibeydə xanımın ikinci həyat yoldaşı Raqib bəyin qardaşı Məmduh Xeyrəddin bəy ilə Vəsfiyə xanımın qızıdır. Gənc yaşda bir misirli ilə evlənən Fikiryə xanım evliliyi uzun sürmədi ailesinin yanına qayıtdı. 1923-cü ilə qədər Çanqaya köşkündə Mustafa Kamal Paşaya köməklik göstərirdi. Zəif bədən quruluşuna sahib olan Fikriyə xanım tez-tez xəstələnməsi səbəbilə təhsil ala bilməmişdi. Bu hal isə onun gələcək planlarına təsir göstərmişdi. Ağciyərlərindən əziyyət çəkən Fikriyə xanım Münhenə getməli idi.
Füsunkar xanım
Füsunkar xanım — Avropada, orta əsrlərdə yüksək mənəviyyata — (cəsarət, sadiqlik, qadına qarşı alicənablıq) malik kişinin — cəngavərin öz təxəyyülündə yaratdığı kurtuaz sevgi obyekti olan obraz. Füsunkar xanım həm mənəvi, həm də cismani kamillik idealı idi. Çox vaxt cəngavər özünə qadını görmədən seçirdi. Əsas şərt qadına xidmət, onun bütün tələblərini yerinə yetirmək və bütün rəqiblərdən, xüsusilə qəddar və ya qısqanc ərdən qorumaqdır. Füsunkar xanım obrazı heç şübhəsiz kişi, üstəlik, cəngavər təsəvvürünün məhsulu olub və cəngavər kişilər üçün yaradılmışdı. Füsunkar xanım kurtuaz ədəbiyyatın mərkəzi obrazıdır, məsələn: Flamenka "Flamenka", İzolda "Tristan və İzolda" romanında. Son füsunkar xanım obrazlarından biri, Servantesin ölməz "Don Kixot" əsərində rast gəlinir.
Göyərçin xanım
Gövhər Qazıyeva (azərb. Gövhər Əhməd qızı Qazıyeva‎; 1887, Tiflis – 1960, İran) — Azərbaycanın ilk peşəkar aktrisası (ilk rolunu 1906-cı ildə oynayıb). "Göyərçin" ləqəbi ilə tanınmışdır. == Həyatı == Gövhər Qazıyeva 1887-ci ildə Tiflis şəhərində ziyalı ailəsində anadan olub. O, orada Nəcib Qızlar İnstitutunu bitirib, rus və Azərbaycan dilində mükəmməl təhsil alıb. == Fəaliyyəti == XIX əsrin sonu - XX əsrin əvvəli Tiflisin teatr mühiti, çox maraqlı və rəngarəng idi. Tiflis zadəgan teatrında həvəskar azərbaycanlı aktyorlar da tez-tez tamaşalar verirdilər. Bu zaman Tiflisdə bir neçə Azərbaycan teatr truppası fəaliyyət göstərirdi. Bunlardan mühümləri Mirzə Əli Abbasovun rəhbərlik etdiyi "Dram cəmiyyəti" və Həbib bəy Köçərlinskinin başçılıq etdiyi "Səadət" truppası idi. 1906-cı ildən səhnə fəaliyyətinə başlayan Gövhər Qazıyeva hər iki truppanın tamaşalarında uğurla çıxış etmişdir.
Heyran xanım
Heyran xanım (1790, Naxçıvan - 1848, Təbriz) — Azərbaycan şairəsi. == Həyatı == Heyran xanım XVIII əsrin sonlarında kürd mənşəli Dünbuli, türk mənşəli Kəngərli xanları ailəsində doğulmuşdur. Naxçıvanda təhsil almış, ərəb və fars dillərini, klassik Azərbaycan və fars ədəbiyyatını öyrənmişdir. XIX əsrin əvvəllərində Rusiya-İran toqquşmaları dövründə çoxlu xoylu naxçıvanlılar ilə birlikdə onun da ailəsi Naxçıvandan İrana köçürülmüşdür. XIX əsrin 60-cı illərində vəfat etmişdir. Füzuli ədəbi məktəbinin davamçılarından, klassik Azərbaycan poeziyasının tanınmış nümayəndələrindəndir. Azərbaycan və fars dillərində, əsasən, aşiqanə şeirlər yazmışdır. Rudəki, İzzəddin Həsənoğlu, Sədi Şirazi, Hafiz Şirazi, İmadəddin Nəsimi, Əlişir Nəvai, Məhəmməd Füzuli, Qövsi Təbrizi və başqa şairlərə nəzirələri var. Əruzun heca vəzninə yaxın bəhrlərində, sadə xalq dilində yazmışdır. Bəzi şerləri şifahi xalq ədəbiyyatı nümunələrinə yaxındır.
Mələkbər xanım
Mələkbər xanım (ö. oktyabr 1890) — Osmanlıların Misir və Sudan hakimi Səid Paşanın ikinci xanımı. == Həyatı == Doğum tarixi və saraya necə alındığı məlum deyil. Ancaq çərkəz əsilli olan bu qızcığazın Səid Paşaya Misirdəki hakimiyyətini ələ aldıqdan sonra təqdim edildiyi bilinir. Cütlüyün Mahmud və Mehmed Tosun adlı 2 oğlu dünyaya gəldi. Səid Paşanın ilk xanımı İnci xanımdan övladı yox idi və bir çoxları paşanın övladının olması üçün Mələkbər xanımla birlikdə olduğunu düşünürdü. Digər tərəfdən Səid Paşa ilk xanımına çox bağlı idi və bütün rəsmi görüşlərə və səyahətlərə onunla birlikdə qatılırdı. 1863-cü ildə Səid Paşanın vəfatının ardından Mələkbər xanım bir daha evlənmədi və qalan ömrünü kiçik oğlu Mehmed Tosun Paşa ilə birlikdə keçirdi. 1890-cı ilin oktyabrında İsgəndəriyyədə vəfat edən İnci xanım öncə buradakı Nəbi Danial məscidinə, daha sonra isə Qahirədəki Əl-Rifai məscidinə dəfn edildi. == Övladları == Mahmud bəy (ö.
Nakihət Xanım
Nakihət Xanım (və ya Nakihət Begüm), Səfəvi şahı II Abbasın (1642–1666) çərkəz kökənli həyat yoldaşı. II Şah Abbasın varisi və ondan sonrakı Səfəvi şahı Şah Süleyman Səfəvinin anasıdır. İlk əvvəllər Səfəvi sarayında kəniz olmuş, sonradan kəbinli həyat yoldaşı və şahın əsas arvadı olmuşdur. Şah ailəsinin digər qadınları kimi, ölümündən sonra İraqdakı Şiə müqəddəs türbələrində dəfn edilmişdir. Bu yerlər 1639-cu il, Qəsri-Şirin sülh müqaviləsi imzalanan zamandan formal olaraq Osmanlı dövlətinə tabe idi. == İstinadlar == == Mənbə == Bierbrier, Morris. "The Descendants of Theodora Comnena of Trebizond". The Genealogist. 12 (1). 1998.
Pərixan xanım
Pərixan Sultan (tam titulu: Dürri-dürət Padşahi Şahhiran Sultan Cahan və Cahaniyan Fatimə üz-Zamani Pərixan Sultan; 3 avqust 1548 — 12 fevral 1578) — Səfəvi Sultanı, Səfəvilər dövlətinin hökmdarı atası I Təhmasib, anası Şamxal sultanın bacısı Sultan Ağa xanım idi. == Həyatı == Pərixan Sultan 3 avqust 1548-ci ildə Əhərdə doğulmuşdur. Hələ 1558-ci ildə əmisioğlu Sultan Bədiüzzaman Mirzə ilə nişanlandırılmışıdır. Atasının ən sevdiyi qızı olub, ən yaxın məsləhətçilərindən idi. Bibisi Məhinbanu Sultandan xüsusi təlim, tərbiyə almış onun 'Naibə'lik varisi olmuşdur. Bu sayədə də çoxlu nüfuz əldə etmişdir.İsgəndər bəy Münşi, onun haqqında deyir: == Heydər Mirzə dövründə == Atasının ölüm ayağında qardaşlarından İsmayılın tərəfini tuturdu. Rumlu, Əfşar və Qacar tayfaları da onun tərəfində idi: Təhmasibin ölümündən sonra İsmayıl hələ də Qəhqəhə qalasında olduğu üçün 14 may 1576-cı ildə Heydər mirzə hakimiyyəti ələ keçirdi. Təhlükəli vəziyyəti görən Pərixan xanım Heydərlə mülayim davranmağa səy göstərsə də, əslində ona plan hazırlamışdı… Heydər mirzə ona inandığı üçün qardaşı Süleyman mirzə və Pərixan Sultanın dayısı-Şamxal Sultana saraydan getməyə icazə verdi. Lakin Pərixan bilirdi ki, Heydər Mirzə və fəsad anası-Gürcü qızı Tinatin onu və qardaş, bacılarını sarayda sağ qoymayacaq. Bu səbəbdən fürsətdən istifadə edən Pərixan xanım dayısına sarayın əsas qapısının açarını verdi.
Qaçqın xanım
Qaçqın xanım — Bəhruz Kəngərliin çəkdiyi şəkil, Bakıda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılır. Azərbaycan xalqınızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin, xalqımızın dəyərli nümunəsi sayılır. Portret təkcə sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir.
Navəkmisal xanım
Navəkmisal xanım (d. 1828 - ö. 5 avqust 1854) — 31. Osmanlı sultanı Əbdülməcidin on səkkizinci xanımı. == Həyatı == Navəkmisal xanım 1828-ci ildə Şimali Qafqazda əsilzadə ailəsində dünyaya gəlmişdir. Atası Rüstəm bəy Biberd, anası isə Batıxan Kızılbəyin qızı Fatma Kızılbəy idi. Özündən başqa Suzidilarə xanım (ö. 1919) adlı bir bacısı da vardı. Xalası Kəşfiraz xanım Rəfiyə Sultanın süd anası idi. Bu səbəblə bacısı qızlarını daha yaxşı həyat yaşamaları üçün İstanbula, Osmanlı sarayına gətirtmişdi.
Badam
Badam (lat. Prunus subg. Amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Badam yarımcinsinin 40 növə qədər ağac və kolu məlumdur. Azərbaycanda 4 növü yayılmışdır. Badam yabanı halda Orta Asiyada, Dağıstanda, Azərbaycanda bitir. Naxçıvanın dağlıq hissələrində yabanı badamlıqlar vaxtilə böyük sahələr tutmuşdur. "Badamlı" adını daşıyan suyu ilə məşhur olan kənd keçmişdə yabanı badamlıqla əhatə olunduğu halda, indi əl çatmayan yerlərdə azacıq badam ağacları qalmışdır. Qeyd etmək lazımdır ki, mədəni badam sortları yabanı badama çox yaxındır və ancaq meyvələrinin böyüklüyü, qabıqlarının nazikliyi ilə fərqlənirlər. Badam yarpaqlar əmələ gəlməmiş mart-apreldə (bəzən fevralda) çiçəkləyir.
Qasım Qasımzadə (dövlət xadimi)
Qasım Qasımzadə, Qasım Qasımov və ya Ağa Qasım Qasımzadə (1889, Xələnc, Quba qəzası – 20 oktyabr 1959, Tehran) — Bakı Şəhər İctimai Özünüidarəsinin sədri, Bakı Şəhər Dumasının deputatı, Nicat Cəmiyyətinin sədri, İran Senatının senatoru, İranın Xarici İşlər Nazirliyinin hüquq müşaviri, hüquq elmləri doktoru. == Həyatı == Qasım Qasımzadə 1889-cu ildə Quba qəzasının Xələnc kəndində Hacı Mahmud Qasım oğlu ilə Şəhrəbanu Allahverdi qızının ailəsində anadan olmuşdur. Atası Hacı Mahmud Qasım oğlu Bakının 2-ci gildiya taciri olub. Qasım Qasımzadə 1899-cu ilin sentyabr ayından 8 iyun 1906-cı il tarixinədək Bakı real məktəbində təhsil almışdır. 15 sentyabr 1906-cı il tarixindən 9 iyun 1907-ci il tarixinədək həmin məktəbdə əlavə sinifdə də təhsil almışdır. 2 iyun 1907-ci ildə əlavə olaraq 8-ci sinif həcmində latın dilindən də imtahan verərək tam orta təhsilini başa vurmuşdur. 6 iyul 1907-ci ildə Sankt-Peterburq Universitetinin Hüquq fakültəsinə qəbul olunmaq üçün universitet rektoruna ərizə yazmış və universitetə qəbul edilmişdir. 1911-ci ildə ali təhsilini bitirdikdən sonra Bakıya qayıdan Qasım Qasımzadə burada vəkillik fəaliyyəti göstərməyə başlamışdır. Aprel işğalından sonra Qasım Qasımzadə professor Zidelin təqdimatı və Pəhləvi hökumətinin dəvəti ilə ailəsiylə birgə İrana gəlmiş və burada Tehran Universitetinin Hüquq fakültəsində professor olaraq çalışmağa başlamışdır. O, ailəsi ilə birgə daha sonra isə Fransaya qaçmışdır.