Dəfnə Joy Foster
Dəfnə Coy Foster (ing. Defne Joy Foster; 2 sentyabr 1975, İncirlik[d], Adana ili – 2 fevral 2011, İstanbul) — Türk və amerikan əsilli aparıcı, aktrisa və DJ. Aktrisa 2003–2006-cı illər ərzində yayımlanan "Sihirli Annem" teleserialında oynadığı "Eda" obrazı ilə ölkəsində məşhurluq qazanmışdır. Bundan başqa Dayə, Ruhsar və Ağ Yalanlar kimi seriallarda da epizodik rollarda çəkilmişdir.
== Həyatı ==
Dəfnə 2 sentyabr 1975-ci ildə Türkiyə'nin İncirlik əyalətində anadan olub. Atası afroamerikalı Stiv NATO-da zabit olaraq fəaliyyət göstərir, anası Xədicə isə türkdür. Dəfnə orta təhsilini Alsancakda aldıqdan sonra fərdi təhsilini İzmirdə davam etdirdi. 2008-ci ildə İlkər Yasin Solmaz ilə evlənib və 2009-cu il 13 iyunda Can Qılınc adında bir oğlu olub. 2 fevral 2011-ci ildə Caddebostanda yazıçı Əhməd Altanın oğlu Kərəm Xalid Altanın evində ölü tapılıb. İlk versiya olaraq ölüm səbəbi astma xəstəliyi göstərilib. Astma xəstəsi olan Dəfnənin ölmədən az əvvəl spirtli içki qəbul etdiyi deyilir.