kantçılıq
kantele
OBASTAN VİKİ
Mori Kante
Mori Kante (29 mart 1950 – 22 may 2020, Konakri) — Qvineya musiqiçisi, müğənni və mahnı müəllifidir. == Həyat və karyera == Mori Kante 29 mart 1950-ci ildə Fransız Qvineyasının Albadaria şəhərində anadan olub. Yeddi yaşında olanda xoru çalmaq və səs ənənələrini öyrənmək üçün Maliyə göndərildi. 1971-ci ildə Salif Keita'nın müğənni olduğu Rail Band cəmiyyətinə qatıldı. 1973-cü ildə Keitanın ayrılmasından sonra Kante müğənni cəmiyyətdəki boşluğu doldurdu. Mori Kante 1987-ci ildə səsləndirdiyi "Yé ké yé ké" mahnısı ilə beynəlxalq səviyyədə ən yaxşı tanındı. Yé ké yé ké, Afrikanın indiyə qədər ən çox satılan mahnısı oldu. 16 oktyabr 2001-ci ildə Kanté Birləşmiş Millətlər Təşkilatının (FAO) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri seçilib. == Ölüm == Gine musiqiçisi Mory Kanté, 22 may 2020-ci ildə Gine'nin Konakri şəhərində 70 yaşında vəfat etdi.
Nqolo Kante
Nqolo Kante (fr. N'Golo Kanté; 29 mart 1991, Paris) — Mali əsilli Fransız futbolçu, İngiltərənin Çelsi klubunun və Fransa millisinin müdafiə yarımmüdafiəçisi. 2018-ci ildə Dünya Çempionu. 2020/21 UEFA Çempionlar liqası qalibi.
Alexandro Kantero
Alexandro Kantero Sançez (8 iyun 2000, Madrid) – İspaniya klubu olan Levantenin futbolçusu. == Karyerası == === Levante-2 === Levante-2–də ilk matçına 20 yanvar 2019-cu ildə keçirilən Levante 2-Kornella matçının 67-ci dəqiqəsində çıxıb. Matç 0–0 hesablı heç-heçə ilə başa çatıb. Levante-2-də ilk dəfə 24 mart 2019-cu ildə keçirilən Levante 2-Sabadell matçında fərqlənib. Matçın 4-cü və 46-cı dəqiqələrində qol vurub. Beləliklə, bu matçda Alexandro Kantero Levante-2 də dublda etmiş oldu. Matç Levante 2-nin 3–1 hesablı qələbəsi ilə başa çatıb. === Levante === Levantenin heyətində ilk matçına 30 aprel 2021-ci ildə keçirilən Selta Viqo-Levante matçında çıxıb. Start heyətdə meydana çıxan Kantero 79-cu dəqiqədə əvəzlənib. Matç Selta Viqonun 2–0 hesablı qələbəsi ilə başa çatıb.
Dmitri Kantemir
Dmitri Konstantinoviç Kantemir rum. Dimitrie Cantemir; 26 oktyabr 1674[…], Dmitriye-Kantemir[d] – 21 avqust (1 sentyabr) 1723[…], Dmitrovsk[d], Kiyev quberniyası) — Rusiya və Moldov dövlət xadimi. == Həyatı == Dmitri Kantemir moldav hakimi Konstantin Kan Temirin (1627–1693) oğlu idi. 22 il İstanbulda yaşamışdı. Burada diplomatik missiyanı yerinə yetirirdi. Bu zaman ərzində türk dilini gözəlcə öyrənmiş, bu xalqın mədəniyyətinə, ədəbiyyatına və tarixinə bələd olmuşdu. Öz zəmanəsinin yaxşı təhsil görmüş bir adamı idi. İstanbulda, həm də "Patriarx məktəbi"ndə təhsil almışdı. Bu məktəb əski Vizantiya ənənələrini hifz etmiş məktəb-təhsil ocağı idi. Beləliklə, türk dilini bilən, ərəb və fars dillərinə də aşina olan Kantemir həm də yunan-latın təlimi almışdı.
Enes Kanter
Enes Kanter (türk. Enes Kanter; doğulub 20 may 1992-ci il, Sürix, İsveçrə) — türk basketbolçusu. Son vaxtlar NBA-da Boston Seltiks komandasında oynamış. 2011-ci ildə keçirilən NBA Draftın birinci raunduna 3 nömrə ilə seçilmişdir. == Bioqrafiyası == 2006-2008-ci illərdə Fənərbaxça Ülker gənclər komandasında oynamışdır. Sonra 2008-2009-cu il mövsümündə böyüklər komandasına keçdi, lakin nadir hallarda oynaya bildi. Komandanın ən azı doqquz matçında - dördü Avroliqada, beşi isə Türkiyə çempionatında oynamışdır. Fənərbaxça və Olympiakos Kanterə peşəkar müqavilələr təklif etdilər, lakin ABŞ-dəki kolleclərdən birində oynamaq istədiyi üçün imtina etdi. === Kollej === Kanter ABŞ-yə getdi və Kaliforniyanın Simi-Velli şəhərinin Stounridj hazırlıq məktəbində oynamağa başladı. 14 aprel 2010-cu ildə Kanter Kentukki Universitetinə keçdi və NCAA-da çıxış etməyə başladı.
Sen-Kanten
Sen-Kante — Fransanın şimalında O-de-Frans regionunda bir şəhərdir. Ena departamentinin ən böyük şəhəridir. Lillyadan 107 km cənubda və Parisdən 150 km şimal-şərqdə yerləşir. Somma çayının sağ sahilindədir. Əhalisi 55878 nəfərdir (2014) == Tarixi == Şəhər III əsrdə xristian Kvintinin şərəfinə adlandırılıb. Şəhər o zaman indiki ərazisidən 11 km aralıda yerləşirdir. Kral dövründən sonraa şəhər əsas ipəkçilik mərkəzi oldu. XV vəba xəstəliyi zamanı Fransa kralı və Burdund hersoqaniya burada vəfat edir.
Sen-Kanten-Fallavye
Sen-Kanten-Fallavye (fr. Saint-Quentin-Fallavier) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. La-Verpiyer kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38449. Kommunanın 2012-ci il üçün əhalisi 5932 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 206 ilə 364 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 26 km cənub-şərqdə, Qrenobldan 70 km şimal-qərbdə yerləşir. == Əhalisi == Əhalinin dinamikası (INSEE): == Tarixi == === Terror aktı 2015-ci il === Sen-Kanten-Fallavyedə terror aktı 26 iyun 2015-ci ildə Air Products şirkətində baş verdi .
Sen-Kanten-syur-İzer
Sen-Kanten-syur-İzer (fr. Saint-Quentin-sur-Isère) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38450. Kommunanın 1999-cu il üçün əhalisi 1 231 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 176 ilə 1 008 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 18 km şimal-qərbdə yerləşir.
Sen-Kanten-sür-İzer
Sen-Kanten-syur-İzer (fr. Saint-Quentin-sur-Isère) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38450. Kommunanın 1999-cu il üçün əhalisi 1 231 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 176 ilə 1 008 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 18 km şimal-qərbdə yerləşir.
Sen-Kanten (rayon)
Sen-Kanten (fr. Saint-Quentin) — Fransanın O-De-Frans regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Ena (departament). Suprefektura — Sen-Kanten. Rayon əhalisi 2014-cı ildə 130 918 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 122 nəf / km². Rayon sahəsi — 1 071 km².
Zaur Kantemirov
Zaur İslam oğlu Kantemirov (28 avqust 1942, Bakı – 27 sentyabr 2021, Bakı) — Azərbaycan Respublikasının əməkdar rəssamı (1992), qrafika, plakat, rəngkarlıq, monumental sənət, sənaye dizaynı, fotoqrafiya sahələrində böyük uğurlar qazanmış müasir Azərbaycan rəssamıdır. == Həyatı == Zaur İslam oğlu Kantemirov 1942-ci il avqust ayının 28-də Bakıda dünyaya gəlib. O, M. Əliyev adına Dövlət İncəsənət İnstitutunun məzunudur. Əməkdar rəssam çoxsaylı beynəlxalq, ümumittifaq və respublika sərgilərinin iştirakçısı və mükafatçısı olub. Həmçinin müstəqil Azərbaycanın ilk poçt markalarından birinin müəllifidir. Son illər şüşə materialını əsas hədəf götürərək fantastik layihələrə imza atıb. "Şüşə qəlbli" təxəllüsünü də elə bu işlərinə görə qazanıb. Görkəmli sənətkar 27 sentyabr 2021-ci ildə 79 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.