karatlıq
karbamid
OBASTAN VİKİ
Karavella
Karavella (port. Caravela, isp. Carabela) — XV əsrdən etibarən istifadə olunmağa başlanmış yelkənli gəmi. Sürətlə hərəkət edirdi, həm də tutumlu idi. Əsas üstünlüyü: çoxlu yelkenləri var idi. Karavellaların ilkin nümunələri tək bir yelkəndən ibarət olmuşdur. XVII əsrdə isə karavella tipli gəmilərdə köklü dəyişikliklər edilmişdir. XVI əsrdə Portuqaliyada hazırlanan karavellalar 50 - 160 ton ağırlığında olan yükü daşıya bilirdi. Uzun səfərlər üçün nəzərdə tutulan karavellalarda 2 - 6 arası yelkən olurdu. Bu gəmilərin əsas cəhətlərindən biri küləyin hansı istiqamətdən əsməsinə baxmayaraq, yelkənlərin istiqamətini dəyişməklə nəzərdə tutulan yerə tez bir zamanda çatması idi.