Karavella

Karavella (port. Caravela, isp. Carabela) — XV əsrdən etibarən istifadə olunmağa başlanmış yelkənli gəmi. Sürətlə hərəkət edirdi, həm də tutumlu idi. Əsas üstünlüyü: çoxlu yelkenləri var idi.

Karavella
port. Caravela, isp. Carabela
Tarixi XV əsr
Sinifi Yelkənli
Növü Karavella
Təyinatı Çoğrafi kəşflər üçün
Top 40
Dor ağacı 1-2
Yelkəni 2-6
Uzunluğu 15-35
Eni 4-9
Su sıxışdırması 50-200
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karavellaların ilkin nümunələri tək bir yelkəndən ibarət olmuşdur. XVII əsrdə isə karavella tipli gəmilərdə köklü dəyişikliklər edilmişdir. XVI əsrdə Portuqaliyada hazırlanan karavellalar 50 - 160 ton ağırlığında olan yükü daşıya bilirdi. Uzun səfərlər üçün nəzərdə tutulan karavellalarda 2 - 6 arası yelkən olurdu. Bu gəmilərin əsas cəhətlərindən biri küləyin hansı istiqamətdən əsməsinə baxmayaraq, yelkənlərin istiqamətini dəyişməklə nəzərdə tutulan yerə tez bir zamanda çatması idi. Zamanla Portuqaliya imperiyasının donaması üçündə karavellaların hazırlanmasına başlanıldı. Donamada saxlanılan karavellalar daha lüks şəkildə hazırlanırdı. Burada olan gəmilər bir neçə mərtəbədən ibarət olur, gəminin zirzəmi hissəsində həbsxana, bir mərtəbə yuxarıda isə mətbəx belə yerləşirdi. Karavellalar 3 ay heç bir limanda lövbər salmadan rahat şəkildə hərəkət edə bilirdi. Karavellaların yeganə mənfi cəhəti kimi gəmi heyəti üçün yerin dar olmasında idi.