katorqa
katrion
OBASTAN VİKİ
Katrankimilər
Katrankimilər (lat. Squaliformes) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinə aid heyvan dəstəsi. Kanrankimilər dəstəsi 7 fəsiləyə aid 80-ə yaxın akula növünü özündə birləşdirir. Dəstəyə aid nüməyəndələrində adətən tikanlı axçası olan 2 kürək üzgəci, 5 qəlsəmə yarığı olur. Bu nümayəndələrdə nə anal üzgəci, nə də göz qapaqları olur. Digər dəstələrə nisbətən, Kanrankimilərin nümayəndələri müxtəlif ölçü və formalara malik olur. Onlara qütb və tropik sularda, açıq okeanda və kiçik sahil sularında, bir sözlə, dünyanın hər yerində rast gəlmək olur. Katrankimilər dəstəsinin 3 fəsiləsi, 20 növdən çox növü məlumdur. Əksəriyyətinin uzunluğu 1-2,5 m-ə qədərdir. Lakin qütbakulası kimi nəhənglər (6,5 m) ilə yanaşı cırtdanları da (20-25 sm) vardır.
I Katranide
I Katranide (erm. Կատրանիդե Ա; 825 – ən tezi 879) — Baqratidlər Krallığının ilk kraliçası və Pakraduni sülaləsinin üzvü. O, ilk Baqratuni kralı—Böyük Aşotun (885-890) arvadı idi. Katranide Ermənistanın Baş Gərni şəhərində yerləşən xaçkarı (879) ilə tanınır. Onun əcdadları haqqında az şey məlumdur. Buna baxmayaraq, onların övladlarının və nəvələrinin adları məlumdur. Onların 4 oğlu və 3 qızı olub.