Katrankimilər

Katrankimilər (lat. Squaliformes) — heyvanlar aləminin xordalılar tipinin qığırdaqlı balıqlar sinfinə aid heyvan dəstəsi.

Katrankimilər
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Yarımtip:
İnfrasinif:
Dəstəüstü:
Dəstə:
Katrankimilər
Beynəlxalq elmi adı

Kanrankimilər dəstəsi 7 fəsiləyə aid 80-ə yaxın akula növünü özündə birləşdirir.

Dəstəyə aid nüməyəndələrində adətən tikanlı axçası olan 2 kürək üzgəci, 5 qəlsəmə yarığı olur. Bu nümayəndələrdə nə anal üzgəci, nə də göz qapaqları olur. Digər dəstələrə nisbətən, Kanrankimilərin nümayəndələri müxtəlif ölçü və formalara malik olur. Onlara qütb və tropik sularda, açıq okeanda və kiçik sahil sularında, bir sözlə, dünyanın hər yerində rast gəlmək olur.

Katrankimilər dəstəsinin 3 fəsiləsi, 20 növdən çox növü məlumdur. Əksəriyyətinin uzunluğu 1-2,5 m-ə qədərdir. Lakin qütbakulası kimi nəhənglər (6,5 m) ilə yanaşı cırtdanları da (20-25 sm) vardır. Dəstənin nümayəndələri balıqlarla, xərçəngkimilərlə, holoturilərlə və qurdlarla daha çox qidalanır. Bu akulaların bəziləri əksər vaxtlarda sürü halında yaşayır, ov alətlərinə düşən balıqlarla qidalanaraq zərər verirlər.

Zəif böyüyən balıqlar olduqlarından cinsiyyət yetkinliyinə gec çatırlar, Katran akula 19 yaşında, uzunluğu 1 metr olduqda nəsil verir. Bu akula yumurtadiridoğandır. Yumurta mayalandıqdan 6-7 ay sonra uzunluğu 20-26 sm olan 30 qədər bala çıxır. Amerikanın şimal sularında yaşayan və yırtıcı həyat keçirən qütb akulası 500-ə qədər yumurta qoyur, yırtıcıdır, balina və suiti cəmdəkləri ilə qidalanır.

Cırtdan akulaların qarın tərəfdə xırda fotoforlar var. Akula qıcıqlandıqda fotoforlar açıq-yaşıl rəng saçır.

Katrankimilərin bəzi nümayəndələri ovlanaraq istifadə edilir. Onlardan alınan katreks adlı dərmanla xərçəng xəstəliyini müalicə edirlər.