1. Kilid vurulmaq, kilidlə bağlanmaq. Qapı kilidlənmişdi.
– Evin qapısı dışarıdan kilidlənmişdi.
2. məc. Bərk, möhkəm qapanmaq; açılmamaq. Göz qapaqları kilidlənmək.
– …[Mehribanın] dişləri kilidlənmiş, əl-ayağı quruyub əsdiyi halda qorxunc və vəhşi bir səslə çığırırdı.
İdrak da boğular, söz də, sənət də; Ağıl kilidlənər dildə, dodaqda; Azadlıq olmayan bir məmləkətdə; Nadan başda gəzər, aqil ayaqda.
3. məc. Bağlanmaq, tutulmaq.
Qurtuluş yolları kilidləndi bax…