KNOW

v 1. bilmək; to ~ smb.’s name / address bir kəsin adını / ünvanını bilmək; to ~ all about smth. bir şey haqqında hər şeyi bilmək; to ~one’s lesson dərsini bilmək; to ~ a foreign language bir xarici dil bilmək; 2. bacarmaq, bilmək; to ~ to read / to write / to swim / to dance, etc. oxumağı / yazmağı / üzməyi / rəqs etməyi və s. bacarmaq / bilmək; 3. tanımaq; to ~ smb. bir kəsi tanımaq; to ~ smb. personally bir kəsi şəxsən tanımaq; to get to ~ smb. better bir kəsi daha yaxından tanımaq; to ~ smb. by his voice / walk bir kəsi səsindən / yerişindən tanımaq; 4. fərqləndirmək; to ~ a friend from a foe / good from evil dostu düşməndən / yaxşını yamandan fərqləndirmək

KNOTTY
KNOWING
OBASTAN VİKİ
Do I Wanna Know?
"Do I Wanna Know? – ingilis rok qrupu Arctic Monkeys-in Aleks Törner tərəfindən yazılmış mahnısı. 19 iyun 2013-cü ildə Domino Recording Company tərəfindən AM adlı beşinci studiya albomundan ikinci sinql olaraq buraxılmışdır. iTunes-da rəqəmsal endirmə və musiqi videosu ilə bərabər yayımlandı. Sinql kimi buraxılmazdan əvvəl mahnının premyerası qrup tərəfindən 2013-cü ilin may ayında AM Tour-da canlı ifa edildi və burada o, tez-tez açılış treki kimi səsləndirildi. "Do I Wanna Know?" Böyük Britaniya Singles Chart-da 11-ci yerə yüksəldi, bir sıra digər ölkələrdə pillələrə düşdü, ABŞ-də Billboard Hot 100 hitlərinə daxil olan ilk Arctic Monkeys mahnısı oldu və 2014-cü ilin martında 70-ci yerə yüksəldi. Mahnı 2015-ci ildə 57-ci Grammy Mükafatlarında Ən Yaxşı Rok Performansına namizəd oldu. 2019-cu ilin dekabrında mahnı Guitar World-un onilliyin ən yaxşı 20 gitara rifi siyahısında üçüncü yeri tutdu.
You Know I'm No Good
"You Know I'm No Good", ingilis musiqiçi Emi Uaynhaus-un ikinci studio albomu Back to Black'in ikinci təklisidir (single-dır). Musiqi 2007-ci ilin yanvar ayında Birləşmiş Krallıq-da və İrlandiya-da, 2008-ci ilin fevral ayında isə ABŞ-də dərc olunmuşdur.
Did You Know That There's a Tunnel Under Ocean Blvd
Did You Know That There's a Tunnel Under Ocean Blvd — amerikalı müğənni Lana Del Reyin doqquzuncu studiya albomu. 24 mart 2023-cü ildə Polydor və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüserliyini Del Reyin özü, Mike Hermosa, Jack Antonoff, Drew Erickson, Zak Daues və Benji etmişdir. Bəzi trekləri Jon Batiste, Bleachers, Father John Misty, Tommy Genesis, SYML və Riopy ifa edib.
Should've Known Better
Should've Known Better (azərbaycanca: Yaxşı bilmək lazım idi) — Danimarka 2012 Avroviziya Mahnı Müsabiqəsində təmsil edən Soluna Samay ifa etdiyi mahnıdır. 23-ci yeri tutdu.
Heaven Knows
Heaven Knows — ingiltərəli musiqiçi PinkPantheress-in ilk albomu. 10 noyabr 2023-cü ildə Warner UK tərəfindən buraxılıb. Bu albom onun 2021-ci ildə buraxdığı "To Hell with It" miksteypindən sonra gəlir. Albom "Boy's a Liar Pt. 2" (Ice Spice ilə), "Mosquito", "Capable of Love" və "Nice to Meet You" (Central Cee ilə) mahnılarını ehtiva edir. == Haqqında == PinkPantheress 2023-cü ildə NME-yə verdiyi müsahibəsində müxtəlif musiqi növlərini sınamaq istədiyini və ilk albomunu bu il buraxmağı planlaşdırdığını dedi. O, "Boy's a Liar Pt. 2" və "Mosquito" mahnılarının uğurundan sonra oktyabrın 12-də albom çıxaracağını elan etdi. O, albomun son iki ildə yazdığı mahnılardan təşkil olunduğunu və mövzusunun tək olarkən daxili dincliyin tapılması haqqında olduğunu dilə gətirib.
Free Knowledge Foundation
Free Knowledge Foundation (FKF) — azad proqram və azad standartlar da daxil olmaqla açıq biliyi təşviq etmək məqsədi daşıyan təşkilat. 2004-cü ildə təsis edilmişdir və İspaniyanın Madrid şəhərində yerləşir. Pablo Maxon 2004-cü ildən FKF-nin prezidentidir. 2005-ci ildə Fond Riçard Stolmanı Fəxri Patron təyin etmişdir. 2006-cı ildə FKF Avropa Azad Proqram Təminatı Fondunun ortaq təşkilatı olmuşdur. == Libremeeting == FKF "LibreMeeting" – Madrid Beynəlxalq Pulsuz Bilik Görüşünü təşkil edir. Adətən Madriddən 50 km məsafədə yerləşən Miraflores-de-la-Syerra şəhərindəki La-Kristalera Mülkündə keçirilir. Fond "libre.org" mükafatlarını "LibreMeeting"də təqdim edir. Bu mükafatlar azad biliyi təbliğ edən insanlara və ya təşkilatlara verilir. == Digərləri == FKF "Libremeeting"dən başqa tədbirlər də təşkil edir və azad proqram təminatı və azad bilik ilə bağlı müvafiq beynəlxalq tədbirlərdə məruzəçilərlə iştirak edir.
On the Internet, nobody knows you're a dog
İnternetdə heç kim sizin it olduğunuzu bilmir (ing. On the Internet, nobody knows you're a dog) — Piter Ştaynerin 5 iyul 1993-cü ildə "The New Yorker"da dərc olunan karikaturasının başlığı, internet anonimliyi haqqında məsəl və internet memi. Bu sözlər iş masasının arxasındakı stulda oturan, pəncəsini qarşısındakı kompüterin klaviaturasına qoymuş, yanındakı yerdə oturan daha kiçik itlə danışan böyük bir itin sözləridir. Ştayner 2013-cü ilə qədər onun təkrar nəşrindən 200,000 ilə 250,000 ABŞ dolları arasında gəlir əldə etmişdi və bu, "The New Yorker"dən ən çox reproduksiya edilən karikaturaya çevrilmişdi. Orijinal karikatura auksionda satımış və komiks üçün ödənilən ən yüksək qiymətə görə rekord qırmışdır. == Tarixi == Karikaturaçı rəssam və 1979-cu ildən "The New Yorker" jurnalının müəllifi olan Piter Ştayner 1993-cü ildə onlayn hesaba sahib olmasına baxmayaraq, o zaman internetə xüsusi maraq hiss etmədiyini söyləmişdi. O, karikaturanı yalnız "başlıq uydurmaq" elementi ilə çəkmiş, ona heç bir "dərin" məna əlavə etmədiyini xatırlatmışdır. Ştayner daha sonra onun karikaturası özünəməxsus bir həyat alan zaman özünü "smaylik" yaratmış kimi hiss etdiyini və "onun necə bu qədər məşhur və tanınmış hala gəldiyini başa düşə bilmədiyini" qeyd etmişdir. 6 oktyabr 2023-cü ildə orijinal sənət əsəri "Heritage Auctions" illüstrasiya sənəti satışında 175.000 ABŞ dollarına satılmışdır. == Konteksti == Bir vaxtlar dövlət mühəndislərinin və akademiklərinin eksklüziv sahəsi olan internet o vaxtdan "The New Yorker" kimi ümumi maraq doğuran jurnalların müzakirə mövzusuna çevrilmişdi.
Open Knowledge Foundation
Open Knowledge Foundation (OKF) — məzmun və verilənlər daxil olmaqla, informasiyanı ödənişsiz təbliğ edən və paylaşan qlobal, qeyri-kommersiya şəbəkəsi. 20 may 2004-cü ildə Kembricdə Rufus Pollok tərəfindən təsis edilmişdir. Bu, İngiltərə və Uelsdə zəmanətlə məhdud olan özəl şirkət kimi təsis edilmişdir. 2016-cı ilin mayından 2019-cu ilin mayınadək təşkilat "Open Knowledge International" adlandırılmış, lakin 2019-cu ilin may ayında "Open Knowledge Foundation" adına qayıtmaq qərarına gəlmişdir. == Məqsədlər == "Open Knowledge Foundation"ın məqsədləri bunlardır: Açıq bilik ideyasının həm nə olduğunu, həm də nə üçün yaxşı ideya olduğunu təbliğ etmək. "OKCon" kimi açıq bilik tədbirlərinin həyata keçirilməsi. "Open Economics" və ya "Open Shakespeare" kimi açıq bilik layihələri üzərində işləmək. Açıq bilik layihələri, icmalar və resurslar üçün infrastrukturun və potensial olaraq evin təmin edilməsi. Məsələn, "KnowledgeForge" xidməti və CKAN. Birləşmiş Krallıq, Avropa və beynəlxalq səviyyələrdə açıq bilik məsələlərində fəaliyyət göstərmək. == Şəxslər == Renata Avila Pinto 2021-ci ilin oktyabrında "Open Knowledge Foundation"ın yeni Baş İcraçı Direktoru vəzifəsinə gəlmişdir.