kolxida 2021
kolxoz-kooperativ
OBASTAN VİKİ
Kolxoz
Kolxoz (rus. коллективное хозяйство söz birləşməsinin baş hərflərinin birləşməsi; kollektiv təsərrüfat) — SSRİ-də iri, yüksək səviyyədə mexanikləşdirilmiş kənd təsərrüfatını elliklə aparmaq üçün 1930–1980-ci illərində kənd zəhmətkeşlərinin sosialist tipli istehsal birləşməsi. 1979-cu ildə SSRİ-də 26,5 min kolxoz və onların tərkibində 12,9 milyon kolxozçu həyəti var idi. Kolxozlar Vladimir Leninin kooperativ planı əsasında yaradılmışdır. Kolxoz kəndlilər üçün kommunizm məktəbi rolunu oynamışdır. Sovet İttifaqı Kommunist Partiyası Proqramında yazılmışdır: "Kolxoz quruluşu sovet sosialist cəmiyyətinin ayrılmaz hissəsidir. Bu yol V. İ. Leninin göstərdiyi, tarixən yoxlanılmış və kəndlilərin xüsusiyyətlərinə uyğun olan bir yoldur, onların tədriclə kommunizmə keşməsi yoludur". == Formaları == SSRİ-də kolxozların 3 forması olmuşdur. Onlar kənd təsərrüfatı kommunası, torpağı birgə becərmək şirkəti (TBŞ), kənd təsərrüfatı arteli. Bunlar arasında əsas fərq istehsal vasitələrinin ictimailəşdirilməsi dərəcəsindən və gəlirlərin bölüşdürülməsi qaydasından ibarətdir.
Kolxoz bazarı (Sumqayıt)
Kolxoz bazarı — Sumqayıt şəhərində mövcud olmuş ən böyük ticarət mərkəzlərindən biri. SSRİ dövründə kolxoz bazarına rəhbərlik edən Ağamirzə Əhədov 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə vəzifəsindən uzaqlaşdırılımış və bazar Mais adlı başqa bir iş adamına verilmişdir. Lakin 1993-cü ilin iyun hadisələri nəticəsində AXC hakimiyyətdən devrilən kimi bazarın keçmiş sahibi yerinə qayıtmışdır. Bundan sonra Ağamirzə Əhədov kolxoz bazarını sökdürüb, onun yerində böyük ticarət mərkəzini – "Karvan"ı tikdirmişdir.
Bizim kolxoz (film, 1959)
Bizim kolxoz qısametrajlı sənədli filmi rejissor Əli Musayev tərəfindən 1959-cu ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Mərəzə rayonundakı Xilmilli kəndindən, onun əmək adamlarından bəhs edir. == Məzmun == Film Mərəzə rayonundakı Xilmilli kəndindən, onun əmək adamlarından bəhs edir.
Kolxoz Quş Fermaları (1952)
Kolxoz quş fermaları (film, 1952)
Kolxoz tarlalarının qəhrəmanları (film, 1950)
"Bolqarıstan" kolxozu (film, 1959)
"Bolqarıstan" kolxozu — qısametrajlı sənədli film. 1959-cu ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın qabaqcıl təsərrüfatlarından biri-Bərdə rayonundakı "Bolqarıstan" kolxozuna, onun əmək adamlarına, belə bir nümunəvi təsərrüfata başçılıq edən kolxoz sədrinə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın qabaqcıl təsərrüfatlarından biri-Bərdə rayonundakı "Bolqarıstan" kolxozuna, onun əmək adamlarına, belə bir nümunəvi təsərrüfata başçılıq edən kolxoz sədrinə həsr olunmuşdur.
Azərbaycan kolxozçusu, tank dəstəsi yaradaq! (film, 1942)
Azərbaycan kolxozçusu, tank dəstəsi yaradaq! filmi rejissor Mirzə Mustafayev tərəfindən 1942-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Film-süjet "Ordenli Azərbaycan" kinojurnalının xüsusi buraxılışıdır. Film kolxozçular arasında tankların istehsalı üzrə fonda vəsait toplanması prosesinə həsr olunmuşdur. == Məzmun == Film-süjet "Ordenli Azərbaycan" kinojurnalının xüsusi buraxılışıdır. Film kolxozçular arasında tankların istehsalı üzrə fonda vəsait toplanması prosesinə həsr olunmuşdur. == Filmin üzərində işləyən == Müəllif: Mirzə Mustafayev Operator: Mirzə Mustafayev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Fəhlə və kolxozçu
"Fəhlə və kolxozçu" (rus. «Рабо́чий и колхо́зница») — Sovet heykəltaraşlığı tarixində əbədiyyət qazanan əsərlərdən biri. Bu əsər keçmiş SSRİ-nin sadəcə sənət deyil, həm də siyasi simvollarından biri olmuşdur. Əsərin müəllifi SSRİ xalq rəssamı, 5 dəfə Stalin mükafatı laureatı Vera Muxinadır. Abidənin hündürlüyü 24,5 metr (pavilyon-postamentin hündürlüyü 34,5 metr), ümumi ağırlığı isə 185 tondur. == Mənası == İşıqlı gələcək rəmzi olan əsərin mənası fəhlə və kəndli ittifaqını oraq və çəkicin timsalında əbədiləşdirməkdir. == Tarixi == "Fəhlə və kolxozçu" kompozisiyası 1937-ci ildə Ümumdünya sərgisində göstərilmək üçün yaradılmış və Parisə aparılır. Parislilər bu heykəli özlərində saxlamaq üçün imza yığırlar. Fransız yazıçısı, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Romen Rollan rəy kitabında belə yazmışdı: "Sena sahillərində iki sovet nəhəngi ram olmayan ruh yüksəkliyi ilə oraq və çəkici ucaldırlar və biz onların sinələrindən xalqı azadlığa, birliyə səsləyən və onların qələbəsinə gətirib çıxaran qəhrəmanlıq himninin axdığını eşidirik". Məşhur qrafik Frans Mazerel heyrətini belə ifadə edib: "Sizin əsəriniz biz fransız sənətkarlarının başına sanki bir qaynar qazan su tökdü.
Salauat kolxozu (Əbyəlil)
Salauat kolxozu kəndi (başq. Салауат совхозы) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Buranqol kənd sovetliyinə daxil olan kənd. == Əhali == 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Salauat kolxozu kəndinin milli tərkibi: başqırdlar 100 %. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askorovo): 57 km., kənd sovetliyindən (Buranqol): 15 km. ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 104 km. == Tarixi == 2006-cı ildə qəsəbə statusundan xutor statusuna salınmışdır. == İstinadlar == == Mənbə == Совет муниципальных образований Республики Башкортостан.
Vartaşen kolxozçusu
"Oğuz yurdu" — Oğuz rayonunda çıxan qəzet. Rayon qəzeti 1934-cü ildə "Vartaşen kolxozçusu" adı ilə nəşrə başlamış, sonralar "Varlı həyat", "Lenin bayrağı" adı ilə fəaliyyət göstərmişdir. 1929-cu ildə rayonun Xalxal kəndində müəllim kimi fəaliyyətə başlayan Sultan Əfəndiyev qəzetin ilk redaktoru təyin edilib (1934–1954-cü illər). Sonralar Qara Abidzadə, Abuzər Qasımov, Həsən Nəcməddinov, Sirin Salahov, Nemət Əhmədov, Əyyub Yusifov, Rasim Amanov, Adil Tağıyev, Nazim Hüseynli redaktorluq etmişlər. Oğuz Rayon İcra Hakimiyyətinin başçısı A. Əlihüseynov 30 aprel 2009-cu il tarixində "Rayonda çıxan "Oğuz yurdu" qəzetinin ilk sayının çapdan çıxmasının 75 illiyinin qeyd olunması haqqında" sərəncam vermişdir. 2014-cü il iyunun 12-də Oğuz rayonunda "Oğuz yurdu" qəzetinin 80 illik yubileyi keçirilib.
Zərbəçi kolxozçuların I toplanışı (film, 1936)
"Bolqarıstan" kolxozu
"Bolqarıstan" kolxozu — qısametrajlı sənədli film. 1959-cu ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanın qabaqcıl təsərrüfatlarından biri-Bərdə rayonundakı "Bolqarıstan" kolxozuna, onun əmək adamlarına, belə bir nümunəvi təsərrüfata başçılıq edən kolxoz sədrinə həsr olunmuşdur. == Məzmun == Film Azərbaycanın qabaqcıl təsərrüfatlarından biri-Bərdə rayonundakı "Bolqarıstan" kolxozuna, onun əmək adamlarına, belə bir nümunəvi təsərrüfata başçılıq edən kolxoz sədrinə həsr olunmuşdur.

Значение слова в других словарях