Kolxoz bazarı (Sumqayıt)

Kolxoz bazarıSumqayıt şəhərində mövcud olmuş ən böyük ticarət mərkəzlərindən biri.

SSRİ dövründə kolxoz bazarına rəhbərlik edən Ağamirzə Əhədov 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndə vəzifəsindən uzaqlaşdırılımış[1] və bazar Mais adlı başqa bir iş adamına verilmişdir[2]. Lakin 1993-cü ilin iyun hadisələri nəticəsində AXC hakimiyyətdən devrilən kimi bazarın keçmiş sahibi yerinə qayıtmışdır. Bundan sonra Ağamirzə Əhədov kolxoz bazarını sökdürüb, onun yerində böyük ticarət mərkəzini – "Karvan"ı tikdirmişdir[1].