koşar 2021
koşi 2021
OBASTAN VİKİ
Koşenil
Koşenil yastıcası
Koşenil yastıcası (lat. Dactylopius coccus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin yastıcalar fəsiləsinin yastıca cinsinə aid heyvan növü. Xalçaçılıq sənətində istifadə olunan rəngləri almaq üçün müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən cürbəcür həşəratlardan istifadə olunmuşdur. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenil yastıcasıdır. Azərbaycanda xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi. Meksikada (Amerikada) bitən, xüsusilə kaktus bitkisilə çoxalan, boyaq maddəsi olan həşəratdır. İlin müəyyən vaxtlarında koşenildə boyağın daha çox olduğu vaxt onlar səbətə yığılır, dərhal buxarla öldürülür və "gümüşü" adlanan, üzəri boz təbəqə ilə örtülü, yaxşı növ hesab olunan koşenil alınır. Həmçinin dişi koşenillər qaynar suda da öldürülə bilər, lakin bu zaman gümüşüyə nisbətən daha aşağı növ hesab olunan "qara" koşenil alınır. Koşenilin boyaq maddəsini yun və ipəyi eynilə bitki boyaqları kimi, xüsusilə yüksək bədii türkmən xalçalarında olduğu kimi istifadə olunan çox parlaq, hərarətli rənglərə boyayırlar. Bu maddə ya sərbəst boyaq kimi, ya da boyaqotu ilə birgə işlədilərək parlaqlığı ilə qədim Şərq xalçaları üçün xarakterik olan özünəməxsus çalarlar verir (bunu heç bir digər boyaqlarla almaq olmaz).
Polşa koşenili
Polşa koşenili (lat. Porphyrophora polonica) — Yarımsərtqanadlılar dəstəsinə, Margarodidae sinfinə daxil olan həşərat növü. Dişilərin bədənləri enli dairəvi formaya malikdir. Bədənlərinin uzunluğu isə 1,5–6,6 mm arasında dəyişşir. Rəngləri qırmızı və tünd qırmızı-bənövşəyi rəngdə olur. Gözləri yaxşı inkişaf etmişdir, Ayaqları iridir. Xüsusi ilə ön ayaqları daha yaxşı inkişaf etmişdir. Yaxşı qazma xüsusiyyətinə malik formadadır. Erkəklər 2,25–3,5 mm uzunluğa malik olur. Mavi-bənövşəyi rəngdə olurlar.