Koşenil yastıcası (lat. Dactylopius coccus) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin yarımsərtqanadlılar dəstəsinin yastıcalar fəsiləsinin yastıca cinsinə aid heyvan növü.
Koşenil yastıcası | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Ranqsız: Dəstəüstü: Dəstə: Yarımdəstə: İnfradəstə: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Koşenil yastıcası |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xalçaçılıq sənətində istifadə olunan rəngləri almaq üçün müxtəlif bitkilərlə yanaşı, orta əsrlərdən cürbəcür həşəratlardan istifadə olunmuşdur. Onların içərisində qırmızı rəng almaq üçün ən geniş yayılmışı koşenil yastıcasıdır. Azərbaycanda xalq arasında ona "qırmız böcəyi", "qurd qırmız", "palıd cücüsü" deyilirdi.
Meksikada (Amerikada) bitən, xüsusilə kaktus bitkisilə çoxalan, boyaq maddəsi olan həşəratdır. İlin müəyyən vaxtlarında koşenildə boyağın daha çox olduğu vaxt onlar səbətə yığılır, dərhal buxarla öldürülür və "gümüşü" adlanan, üzəri boz təbəqə ilə örtülü, yaxşı növ hesab olunan koşenil alınır. Həmçinin dişi koşenillər qaynar suda da öldürülə bilər, lakin bu zaman gümüşüyə nisbətən daha aşağı növ hesab olunan "qara" koşenil alınır.
Koşenilin boyaq maddəsini yun və ipəyi eynilə bitki boyaqları kimi, xüsusilə yüksək bədii türkmən xalçalarında olduğu kimi istifadə olunan çox parlaq, hərarətli rənglərə boyayırlar. Bu maddə ya sərbəst boyaq kimi, ya da boyaqotu ilə birgə işlədilərək parlaqlığı ilə qədim Şərq xalçaları üçün xarakterik olan özünəməxsus çalarlar verir (bunu heç bir digər boyaqlarla almaq olmaz).
Davamlılığına görə koşenilin boyaqotundan geri qalmasına baxmayaraq, ondan bədii xalçaların istehsalında istifadə edilir.
Boyama gücü (koşenilin boyama qabiliyyəti) ortadır, dolğun rəngin alınması üçün ipliyin çəkisinin 20-25%-i qədər koşenil istifadə olunur.
Koşenilin əsasən iki növü var:
Şərqin boyama ustaları adi koşenildən başqa, özünəməxsus göyümtül çaları olan ammonyaklı koşenildən də istifadə edirlər. Boyama üsuluna görə onlar bir-birindən fərqlənmir.
Ammonyaklı koşenilin hazırlanması üsulu aşağıdakı kimidir:
Bir hissə koşenil üç hissə 25%-lik texniki ammonyakla qarışdırılıb yarımmaye kütlə halına salınır.
Kütlə bankaya tökülərək kip bağlanılır və 3 həftə otaq temperaturunda saxlandıqdan sonra, zəif odda qızdırılaraq ammonyakı çıxarılıır. Alınmış bərk kütlə odda elə qurudulur ki, yanmasın. Beləliklə, boyamada istifadə olunan ammonyaklı koşenil alınır.
Keçmiş SSRİ-nin bəzi cənub rayonlarında koşenil axtarılıb tapılıb və aydın olub ki, onun xaricdən gətirilənlə oxşar xüsusiyyətləri vardır, lakin boyama gücü nisbətən zəifdir.