KVARTÁL

[ alm. əsli lat. ]
1. İlin dörddə biri; üçaylıq, rüb. Kvartal planı. İlin birinci kvartalı. İkinci kvartalın hesabatı.
2. köhn. 1862-ci ilə qədər Rusiyada: şəhərin bir məhəlləsinin polis idarəsi, polis şöbəsi.
□ Kvartal nəzarətçisi – çar Rusiyasında: məhəlləyə baxan polis məmuru.
// Keçmişdə canlı dildə səhv olaraq “polis nəfəri, polis məmuru” mənasında da işlənmişdir.
Dolanır bazarı darğa, kvartal; Döyülür sifətlər, yolunur saqqal. Q.Zakir.
Nə pristav, nə köməkçi, nə kvartal, nə qazaq; Hamısı qurd kimi soymaqlığa xalqı ki, qoçaq; Məsləhətçin eləyiblər neçə əşxası qaçaq. S.Ə.Şirvani.

3. xüs. Meşənin, tarlanın, üzümlüyün və s.-nin kvadrat şəklində bölündüyü sahələrdən biri.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KVARTAL kvartal bax 1. rüb; 2. polis 1
KVÁRTA
KVARTÉT
OBASTAN VİKİ
Kvartal (inzibati bölgü)
Kvartal bir şəhərin daxilində yerləşən xüsusi bir ərazidir. Rəsmi inzibati sərhədlərdən asılı olmayaraq mövcudluğu ilə məhəllə anlayışından fərqli olan kvartal anlayışının müxtəlif cür izahı mövcuddur.

Digər lüğətlərdə