KÜFTƏBOZBAŞ

is. Küftə, kartof, noxud və s.-dən hazırlanan bozbaş növü. Küftə-bozbaş bişirmək.
[Səkinə] küftəbozbaş dolu qazanın ağzını örtmüşdü. M.İbrahimov.

KÜFTƏ
KÜFTƏLİK
OBASTAN VİKİ
Küftəbozbaş
Küftəbozbaş — Azərbaycanın milli yeməyi. == Tərkibi == Qoyun əti - 163q, quyruq - 20q, düyü - 15q, təzə alça - 30q, noxud - 25 q, kartof - 150q, baş soğan - 18q, zəfəran - 0,1q, quru nanə - 0,1q, istiot, duz. == Hazırlanma qaydası == Küftəbozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədə yuyulmuş quru alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartof və narın çərtilib qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.

Digər lüğətlərdə