KƏNDİRBAZLIQ

is.
1. Kəndirbazın peşəsi, sənəti, məşğuliyyəti; akrobatlıq, canbazlıq.
2. məc. Hoqqabazlıq, oyunbazlıq.
[Kərbəlayı Qulam:] …Allaha şükür, bir-birimizi yaxşı tanıyırıq, kəndirbazlıq nə lazım, atam? N.Vəzirov.

□ Kəndirbazlıq etmək (çıxarmaq) – oyunbazlıq etmək, hoqqabazlıq etmək.
Bəs bu Nemətullayev burada nə kəndirbazlıq çıxardır? S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • KƏNDİRBAZLIQ kəndirbazlıq bax canbazlıq
KƏNDİRBAZ
KƏNDİRQAYIŞ

Digər lüğətlərdə